• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Kaspersky dayanıqlı inkişaf (ESG) haqqında illik hesabatını dərc edib

İqtisadiyyat

23-05-2024, 09:37
Kaspersky dayanıqlı inkişaf (ESG) haqqında illik hesabatını dərc edib

Kaspersky 2022-ci ilin iyulundan 2023-cü ilin dekabrına qədərki dövrdə davamlı inkişaf strategiyası çərçivəsində fəaliyyətlərinin nəticələrini paylaşdığı ESG hesabatını təqdim edib. Hesabat beş əsas sahəni əhatə edir: kiberdayanıqlılıq, etika və şəffaflıq, gələcək texnologiyalar, insanlar üçün imkanlar və ətraf mühitə qayğı.

Kiberdayanıqlılıq
Kaspersky-nin kiberdayanıqlı gələcəyin qurulmasına əsas töhfəsi kibertəhlükələrdən müdafiədir. Ümumilikdə, hesabat dövründə şirkətin həlləri dünya üzrə 437 milyondan çox kiberhücumun dəf edilməsinə nail olub.

Kaspersky tədqiqatçıları gizli təqib proqramları – gizli müşahidə üçün istifadə olunan və şəxsin şəxsi həyatına müdaxilə edən kommersiya proqramları ilə edilən hücumların sayının artdığını qeyd edib. Şirkətin məlumatına görə, 2023-cü ildə dünya üzrə 31 mindən çox insan kibertəqiblə üzləşib. Kaspersky dünyanın hər yerindəki qeyri-kommersiya hüquq müdafiə təşkilatları və informasiya təhlükəsizliyi tərtibatçıları ilə əməkdaşlıq edərək bu problemi həll etməyə çalışır.

Gələcək texnologiyalar
Təşkilatları və istifadəçiləri artıq məlum olan kibertəhlükələrdən qorumaqla yanaşı, Kaspersky sənayedə ilk dəfə kiberimmun yanaşmanı təklif edərək kiberdayanıqlılığa doğru daha bir addım atır. Bu yanaşma əsasən təhlükəsiz İT sistemləri yaratmağı hədəfləyir. “KasperskyOS” əməliyyat sistemi bu konsepsiyanın əsas halqasıdır. Kaspersky həm məlum olan, həm də hələ də məlum olmayan kiberhücumlara qarşı daxili müdafiəyə malik sistemlər yaradır.

Ətraf mühitə qayğı 
Kaspersky fiziki daşıyıcılarda məhsulların satışını rəqəmsal daşıyıcıların xeyrinə azaldır. Hesabat dövründə B2C satışlarında qablaşdırılmış məhsulların payı 11%-dən 7%-ə qədər azalıb. Elektron lisenziyaların və POSA kartlarının qlobal satışdakı payı 40%-ə yaxınlaşır və artacağı proqnozlaşdırılır.

2023-cü ilin avqustunda şirkət pərakəndə mağazalardan məhsul almağa vərdiş etmiş müştəriləri “My Kaspersky” portalı vasitəsilə onlayn elektron alış-veriş etməyə həvəsləndirmək üçün “Retail to subscription” abunəlik layihəsinə start verdi. Bu layihə plastik qablaşdırma və çap materiallarının istehsalını azaltmağa və ətraf mühitə mənfi təsirləri minimuma endirməyə kömək edəcək.
2022-ci ildə Kaspersky həlləri kriptovalyuta emal etmək məqsədilə başqalarının cihazlarından istifadə etmək üçün 200 milyondan çox cəhdin qarşısını alıb və nəticədə 3 min tona qədər karbon qazı emissiyasının atmosferə buraxılmasının qarşısını alıb. Bu rəqəm hər il 652 avtomobil tərəfindən buraxılan karbon tullantılarının həcminı bərabərdir.

Şirkət işçilərin hava səyahətinin karbon izini də minimuma endirməyə çalışır. 2023-cü ildə həmin emissiyaların həcmini onların ilk dəfə hesablandığı 2019-cu il (3,1 min ton) ilə müqayisədə iki dəfə aşağı səviyyədə saxlamağa nail olub.
31 dekabr 2023-cü il tarixinə şirkətlə elektron sənəd mübadiləsi sistemindən istifadə edən kontragentlərin sayı 498-ə çatıb (2021-ci ildə 2 olub).

İnsanlar üçün imkanlar
Şirkət işçilərə daxili və xarici təlim imkanları təqdim edir. Hesabat dövründə Kaspersky kadrların inkişafı və təliminə 112,5 milyon rubl sərmayə qoyub. 2023-cü ildə kadr hazırlığı və inkişafı xərcləri əvvəlki illə müqayisədə13,5% artıb.
Kaspersky-ni işəgötürən kimi tövsiyə etmək istəyən işçilərin payını əks etdirən qlobal iş məmnunluğu indeksi (eNPS) 2023-cü ildə adambaşına 4,5 faiz artaraq rekord həddə - 56,8-ə çatıb ki, bu da Rusiya bazarı üçün orta səviyyədən yüksəkdir [1] .
2022-ci ildə Beynəlxalq Əlillər Günü münasibətilə əlilliyi olan işçilərin peşəkar və şəxsi inkişafına həsr olunmuş “Aşdığımız sərhədlər” adlı daxili korporativ xüsusi layihəyə start verilib. 2023-cü ildə şirkət işçilərinin əlilliyi olan və əlil uşaq böyüdənlərin peşəkar və şəxsi hekayələri haqqında hekayələri bir araya gətirən vebsayt yaradılıb.
2023-cü ildə şirkət əlilliyi olan insanlar üçün həllərində bir sıra təkmilləşdirmələr edib. “Kaspersky for Windows” həlli indi yüksək kontrast rejimini dəstəkləyir ki, bu da oxunaqlılığı, elementlərin parlaqlığını, naviqasiyanı yaxşılaşdırır və proqramla qarşılıqlı əlaqəni rəng korluğu olan istifadəçilər üçün daha səmərəli və rahat edir. “Kaspersky for Mac” həlli indi fərdi seçimlər əsasında interfeysi fərdiləşdirməyə imkan verən “macOS Dark Mode” və “Display Settings” tənzimləmələri ilə tam uyğundur üçün və görmə qüsuru olan istifadəçilər üçün əlçatanlığı təmin edən “VoiceOver” funksiyasına malikdir.

Hərtərəfli kibertəhlükəsizlik bacarıqlarına malik nəsil yetişdiririk
“Kaspersky Academy” beynəlxalq təhsil layihəsi çərçivəsində 2022-2023-cü illər ərzində dünyanın üzrə 8 mindən çox tələbə təhsil alıb. 2023-cü ildə şirkət kibertəhlükəsizlik sahəsində təcrübə və bilikləri və şirkətin ən son texnologiyalarını tələbələrin təlim prosesinə inteqrasiya etməyə imkan verən “Kaspersky Academy Alliance” tərəfdaşlıq proqramını işə salmaqla universitetlərlə əməkdaşlıq formatlarının siyahısını genişləndirib. Qazaxıstan, Özbəkistan, Peru, Hindistan və İspaniya da daxil olmaqla müxtəlif ölkələrdən 20 universitet artıq bu proqrama qoşulub.

Açıqlıq və şəffaflıq
2023-cü ildə Kaspersky “İnformasiya Şəffaflığı üzrə Qlobal Təşəbbüs”ün beşinci ildönümünü qeyd edib. Hesabat dövründə Səudiyyə Ərəbistanı, Ruanda, İtaliya və Hollandiyada yeni Şəffaflıq mərkəzləri açılıb. Bu mərkəzlərdə müştərilər, tərəfdaşlar və kibertəhlükəsizliyə cavabdeh olan hökumət tənzimləyiciləri mənbə kodunu öyrənməklə şirkətin həllərinin etibarlılığını yoxlaya, həmçinin şirkətin daxili prosesləri haqqında ətraflı məlumat əldə edə bilərlər. 2023-cü ilin oktyabrında Birləşmiş Millətlər Təşkilatının himayəsi ilə keçirilən İnternet İdarəçiliyi Forumunda Kaspersky həmçinin maşın öyrənmə sistemlərinin inkişafı və istifadəsi üçün etik prinsiplərini təqdim edib.
“ESG prinsipləri şirkətlərə sosial cəhətdən əsaslandırılmış biznes qərarları qəbul etməyə və investorların, dövlət qurumlarının və müştərilərin etibarını qazanmağa kömək edir. Bugünkü hərəkətlərimizin sabahkı dünyaya qaçılmaz təsir göstərdiyini anlayırıq. Buna görə də biz təkcə kiberriskləri azaltmağa deyil, həm də əməkdaşlıq, innovasiya və məsuliyyətli biznes təcrübələri vasitəsilə müsbət dəyişikliyi təşviq etməyə və hər kəs üçün daha yaxşı və daha təhlükəsiz gələcək yaratmağa çalışırıq”, - deyə Kaspersky-nin Dayanıqlılıq üzrə Layihə Meneceri Mariya Losyukova bildirir.

“Xeyriyyəçiliyin cəmiyyətimiz üçün normaya və təkcə insanların deyil, biznes şirkətlərinin də gündəlik həyatının bir hissəsinə çevrilməsi üçün xeyirxah işlərə səssiz qalmamaq, ictimai məkanda onlardan danışmaq vacibdir. “Həyat bəxş et” fondu 17 ildir ki, mövcuddur və 13 il ərzində Kaspersky bizə müxtəlif yollarla kömək edir: himayəmizdə olan xəstələrin müalicəsi üçün ünvanlı yardımlar edir, şirkətin ofisində donor günləri keçirir, fondun xeyrinə könüllü maliyyə dəstəyini təşviq edir, həmçinin fondun sistemli iş sahələrinə dəstək veriir, bu il həmin dəstəyi könüllülər layihəsi və “Həyat keyfiyyəti” layihəsində görmüşük”, - deyə “Həyat bəxş et” fondunun direktoru Yekaterina Şergova qeyd edir. 

“Hər şey 2011-ci ildə şirkətin ofisində keçirilən ilk donor kampaniyası ilə başladı və o vaxtdan bəri hər il şirkətin 200-dən çox əməkdaş donor qan olmadan sağalmaları mümkün olmayan onkoloji xəstəlikdən əziyyət çəkən uşaqlar üçün qan verir. Ümid edirik ki, Kaspersky-nin nümunəsi şirkətlər üçün faydalı və adəti təcrübə olacaq və kimsə bu hesabata baxacaq və ola bilsin ki, donor kampaniyası təşkil edəcək, “Cəsarət qutusu” yaradacaq, ianə edəcək və həmkarları ilə birlikdə öz xeyriyyə fondu yaratmaq qərarına gələcək”, Şerqova əlavə edib.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

26-01-2024, 17:32

Baş Prokurorluqda geniş kollegiya iclası keçirilib - FOTO

Ölkə

23-04-2024, 09:20

Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO

Ölkə

1-09-2023, 16:33

Azərbaycanda uşaqları ilə onlayn təhlükəsizlik qaydalarını müzakirə etməyən valideynlər var

Ölkə

26-12-2023, 15:22

Peşə məktəbləri üçün dərsliklərin hazırlanması qaydası təsdiq edilib

Ölkə

17-05-2024, 09:25

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar

Ölkə
Bakıda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olacaq
Bakıda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olacaq
Heyvan bazarları mərhələli şəkildə müvəqqəti bağlanır: Proses başladı
Heyvan bazarları mərhələli şəkildə müvəqqəti bağlanır: Proses başladı
Həbsxanaya düşmək üçün soyğunçuluq etdi: Bakıda qəribə cinayət
Həbsxanaya düşmək üçün soyğunçuluq etdi: Bakıda qəribə cinayət
Azərbaycanın əsas rəqəmsal mükafatı "NETTY 2025" üçün müraciətlərin qəbulu davam edir
Azərbaycanın əsas rəqəmsal mükafatı "NETTY 2025" üçün müraciətlərin qəbulu davam edir
Siyasət
General-mayor İlqar Abbasov vəzifəsindən azad edildi - SƏRƏNCAM
Dünən, 17:27
General-mayor İlqar Abbasov vəzifəsindən azad edildi - SƏRƏNCAM
Prezidentlər təkbətək görüşdü - Fotolar
21-10-2025, 12:00
Prezidentlər təkbətək görüşdü - Fotolar
Astanada Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilir
21-10-2025, 10:08
Astanada Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilir
“Astanada ikinci iclas keçiriləcək”
18-10-2025, 12:02
“Astanada ikinci iclas keçiriləcək”
Prezident yeni səfiri qəbul etdi - Fotolar
16-10-2025, 13:21
Prezident yeni səfiri qəbul etdi - Fotolar
İran gəmiləri Azərbaycana gəldi - Fotolar
15-10-2025, 18:05
İran gəmiləri Azərbaycana gəldi - Fotolar
Xəbər Lenti
  • Bu gün, 12:02
    Bakıda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olacaq
  • Bu gün, 11:57
    Madurodan bəyanat: Venesuelanı ABŞ-dən qorumaq üçün beynəlxalq briqadalar yaradılacaq
  • Bu gün, 10:31
    Gənclərdə ürək xəstəlikləri: Alimlər sağlam qalmağın yollarını araşdırıblar
  • Bu gün, 09:49
    Heyvan bazarları mərhələli şəkildə müvəqqəti bağlanır: Proses başladı
  • Bu gün, 09:28
    Britaniya məscidlərin təhlükəsizliyinin təmin edilməsinə milyonlarla funt sterlinq ayıracaq
  • Dünən, 17:27
    General-mayor İlqar Abbasov vəzifəsindən azad edildi - SƏRƏNCAM
  • Dünən, 17:00
    Premyer Liqa: "Turan Tovuz" səfərdə "Karvan-Yevlax"ı məğlub edib
  • Dünən, 16:47
    Həbsxanaya düşmək üçün soyğunçuluq etdi: Bakıda qəribə cinayət
  • Dünən, 15:54
    Bodrumda qayığın batması nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb
  • Dünən, 15:10
    Azərbaycanın əsas rəqəmsal mükafatı "NETTY 2025" üçün müraciətlərin qəbulu davam edir
  • Dünən, 14:08
    Zaqatalada oğlu döyülən atanın ürəyi partladı
  • Dünən, 14:00
    Hansı halda əməyin mühafizəsi xidmətləri yaradılmalıdır?
  • Dünən, 13:32
    Gələn il 17 mindən çox işaxtaranın peşə hazırlığına cəlbi planlaşdırılır
  • Dünən, 13:26
    Bu müəllimlərə maaşdan əlavə 2 min manat veriləcək
  • Dünən, 13:21
    İlham Əliyev dövlət agentliyinə iki milyon manat ayırdı
  • Dünən, 12:38
    Bu sahədə güzəştlərin siyahısı genişləndirilir
  • Dünən, 12:16
    Onlar da icbari tibbi sığortadan istifadə edə biləcək
  • Dünən, 11:39
    Gənc ofisiant bu şadlıq sarayında ölübmüş
  • Dünən, 11:23
    Qaribaşviliyə qarşı ittiham irəli sürüldü
  • Dünən, 11:19
    Bakıya gələn avtobuslar üçün yeni zolaq yaradıldı - Fotolar
  • Dünən, 10:50
    Azərbaycan Premyer Liqasında IX tura iki oyunla start verilir
  • Dünən, 10:48
    Gələn il büdcə gəlirlərinin 44 faizi vergilərin payına düşəcək
  • Dünən, 10:20
    İki boksçumuz AÇ-nin finalında
  • Dünən, 10:02
    Payız səyahətləri üçün 10 ən yaxşı ölkə - Fotolar
  • Dünən, 09:39
    Hər gün mixək çubuğu çeynəyin...
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə