• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Deputat: “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi dostluğun növbəti təzahürüdür

İqtisadiyyat

22-05-2024, 13:55
Deputat: “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi dostluğun növbəti təzahürüdür

Əsrlər boyu İran və Azərbaycan xalqları bir yerdə yaşayıb-yaratmışlar və bu gün bu möhkəm zəmin üzərində qurulan dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə qalxıb. Bir neçə gün əvvəl mayın 19-da ilk dəfə olaraq İran və Azərbaycan prezidentlərinin sərhəddə keçirilən görüşü bir daha onu göstərir ki, bu sərhəd dostluq və qardaşlıq sərhədidir.

Qeyd etmək lazımdır ki, həmin tarixdə “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir və bu layihələrin reallaşdırılması ölkələrimiz arasında dostluğun növbəti təzahürüdür.

Bu gün iki ölkə arasında istər beynəlxalq məsələlərlə əlaqədar, istərsə də regional təhlükəsizlik məsələləri ilə bağlı fikirlər üst-üstə düşür. Bu, çox önəmli bir amildir. Çünki bölgənin sabitliyi üçün, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran-Azərbaycan dostluğu, qardaşlığı önəmli amildir.

Ölkələrimiz üzv olduğu bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir. Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında, ECO-da və BMT-də bir-birimizə dəstək verməklə, eyni zamanda, öz siyasətimizi, öz niyyətimizi ifadə edirik.

Prezident İlham Əliyev mayın 19-da Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimindəki çıxışında bəyan etdi ki, bizi birləşdirən layihələr arasında nəqliyyat layihələri xüsusi rol oynayır. Bu gün nəinki ölkələrimiz üçün, daha geniş coğrafiya üçün böyük əhəmiyyət daşıyan Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılması ilə əlaqədar birgə səylər göstərilib. Bu günə qədər göstərilən səylər artıq real layihələrə çevrilib. Bundan sonra həm İran ərazisində, həm Azərbaycan ərazisində müasir dəmir yolu infrastrukturunun yaradılması və modernləşdirilməsi Şimal-Cənub Nəqliyyat Dəhlizini dünyanın ən önəmli nəqliyyat damarına çevirəcəkdir.

Ağbənd istiqamətində yeni avtomobil körpüsü tikiləndən sonra isə o da Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsi olacaq. Bu körpü təkcə Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirən körpü deyil, bu, beynəlxalq nəqliyyat dəhlizinin bir parçasıdır. Bu həm Şimal-Cənub, eyni zamanda, Şərq-Qərb Nəqliyyat dəhlizlərinin bir hissəsi olacaq.

Cənab Prezident İlham Əliyev çıxışında Azərbaycanın azad edilmiş torpaqlarında həyata keçirilən genişmiqyaslı nəqliyyat layihələri, energetika sahəsində planlar, Qarabağ və Şərqi Zəngəzur bölgələrinin, eləcə də Naxçıvan bölgəsinin Azərbaycanda “yaşıl enerji” zonaları elan edilməsi, ticarət dövriyyəsinin artırılması, yeni birgə müəssisələrin yaradılması, Azərbaycanla Ermənistan arasında sülh sazişi, İranın bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin təmin edilməsi istiqamətində önəmli və dəyərli səyləri, Azərbaycan diplomatiyasının prioritetləri, regional məsələlərin region ölkələrinin bilavasitə iştirakı və iradəsi ilə həll olunmasının vacibliyi barədə dəyərli fikirlərini bölüşdü.

Qeyd etmək lazımdır ki, bu, son illər ərzində İran-Azərbaycan ölkə rəhbərlərinin artıq beşinci görüşü idi. Bu görüşlərin çox böyük mahiyyəti və əhəmiyyəti olmaqla yanaşı, həm də xalqlarımıza, bölgəyə və dünyaya ciddi mesajdır.

Jalə Əhmədova

Milli Məclisin deputatı

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

22-05-2024, 09:46

Azərbaycan və İran üçün ekoloji, enerji, iqtisadi əhəmiyyət daşıyan infrastruktur

Ölkə

23-04-2024, 09:20

Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO

İqtisadiyyat

14-03-2024, 14:13

“Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının tikintisi 96% yekunlaşıb - FOTO

Ölkə

17-10-2023, 13:32

Prezident Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb

Ölkə

24-04-2024, 17:46

Korrupsiyaya qarşı sistemli mübarizə aparılır

Ölkə
Maşınla 13 yaşlı oğlanı vurub öldürdü - Yenilənib
Maşınla 13 yaşlı oğlanı vurub öldürdü - Yenilənib
Naxçıvan reysləri təxirə salındı
Naxçıvan reysləri təxirə salındı
Küləklə bağlı - Xəbərdarlıq
Küləklə bağlı - Xəbərdarlıq
Ağsuda dağlıq ərazidə yanğın - Video
Ağsuda dağlıq ərazidə yanğın - Video
Siyasət
Ərdoğan Əliyevə zəng edib
Bu gün, 09:44
Ərdoğan Əliyevə zəng edib
İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - Fotolar
26-09-2026, 12:00
İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - Fotolar
“30 ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür”
26-09-2026, 10:28
“30 ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür”
“Bu gün iki mühüm müqavilə imzalanacaq” - Prezident açıqladı
26-09-2026, 09:47
“Bu gün iki mühüm müqavilə imzalanacaq” - Prezident açıqladı
Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək
24-09-2026, 16:17
Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək
“Təhlükəsizlik artıq yalnız sərhədlərin qorunmasından ibarət deyil” - Əli Nağıyev
24-09-2026, 11:11
“Təhlükəsizlik artıq yalnız sərhədlərin qorunmasından ibarət deyil” - Əli Nağıyev
Xəbər Lenti
  • Dünən, 17:23
    Maşınla 13 yaşlı oğlanı vurub öldürdü - Yenilənib
  • Dünən, 16:40
    Naxçıvan reysləri təxirə salındı
  • Dünən, 16:33
    Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
  • Dünən, 16:25
    Küləklə bağlı - Xəbərdarlıq
  • Dünən, 16:08
    Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin iclası keçirildi - Fotolar
  • Dünən, 16:04
    Azərbaycan millisi 16 qol buraxdı
  • Dünən, 15:15
    Aİ-dən Tatarıstan rəhbərinə qarşı sanksiya
  • Dünən, 14:21
    Ağsuda dağlıq ərazidə yanğın - Video
  • Dünən, 14:11
    6 ayda 35 minə yaxın adamı it dişləyib - 1 nəfərdə quduzluq olub
  • Dünən, 14:03
    Netanyahu BCM-də Ərdoğana qarşı iddia qaldırılmasını tapşırıb - KİV
  • Dünən, 13:48
    Jurnalist Əvəz Zeynallı vəfat etdi
  • Dünən, 13:33
    Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək
  • Dünən, 13:21
    Ermənistanda benzin və dizelin qiymətində - Tarixi rekord
  • Dünən, 12:38
    İrlandiyalılardan İsrailə etiraz - Rəqib oyunçularla görüşmədilər
  • Dünən, 12:21
    Kamran Əliyev ali xüsusi və ali hərbi rütbələri təqdim etdi
  • Dünən, 11:15
    Bakıda yeni tunel tikiləcək
  • Dünən, 11:10
    Qazi aşpaz vəfat etdi - Foto
  • Dünən, 10:41
    Prokurorluq əməkdaşları təltif edildi - Siyahı
  • Dünən, 10:07
    Qızılın qiyməti son ayların ən aşağı səviyyəsinə düşdü
  • Dünən, 09:44
    Ərdoğan Əliyevə zəng edib
  • Dünən, 09:07
    UEFA Millətlər Liqasında günün oyunları: Türkiyə və İtaliya üz-üzə
  • Dünən, 08:46
    Yanğın zavodun boş anbar ərazisində baş verib - “Azərsun Holdinq”dən açıqlama
  • Dünən, 08:39
    Novxanı- Pirşağı yolunda ağır qəza - 2 nəfər yaralandı
  • 26-09-2026, 13:44
    Tramp Si Cinpinə üçtərəfli danışıqlar təklif edib
  • 26-09-2026, 13:01
    Laçında traktor minaya düşdü
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə