• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Qarabağın tarixi kəndi yenidən qurulur

İqtisadiyyat

29-07-2026, 16:28
Qarabağın tarixi kəndi yenidən qurulur

İşğaldan azad olunan Füzuli rayonunda genişmiqyaslı bərpa və quruculuq işləri sürətlə davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən "Böyük Qayıdış" Proqramı çərçivəsində rayonun şəhərlə yanaşı, kəndləri də yenidən qurulur, müasir infrastruktur yaradılır. Hazırda bu işlər Füzuli rayonunun zəngin tarixə malik Pirəhmədli kəndində də uğurla davam etdirilir.

Pirəhmədli kəndinin adına hələ Səfəvilər dövləti dövründə rast gəlinir. Daha sonrakı dövrdə isə kənd xanlıqlar zamanı Qarabağ xanlığının Xırdapara Dizaq mahalının bir müddət başkəndi olub. Zəngin keçmişə malik bu yaşayış məntəqəsi işğal dövründə tamamilə dağıdılıb, kənddə demək olar ki, daş-daş üstə qalmayıb. Azərbaycan Ordusunun 2020-ci ildə qazandığı tarixi Zəfər nəticəsində Pirəhmədli də digər yaşayış yerləri kimi işğaldan azad edilib və bu gün kənd yenidən dirçələrək müasir simada qurulur.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Təranə Quliyeva bildirib ki, Füzuli rayonunun Pirəhmədli kəndində həyata keçirilən yenidənqurma layihəsi üzrə tikinti işləri planlaşdırılmış qrafikə uyğun davam etdirilir. Layihə çərçivəsində kəndin müasir yaşayış məntəqəsi kimi formalaşdırılması, sakinlərin rahat və təhlükəsiz yaşayış şəraiti ilə təmin olunması nəzərdə tutulur.

"Ümumilikdə layihə 89,63 hektardan çox ərazini əhatə edir və burada 347 ədəd fərdi yaşayış evinin inşası nəzərdə tutulub. Eyni zamanda, 277 mənzilli, 4 mərtəbəli 8 yaşayış binasının tikintisi də planlaşdırılır. İlkin mərhələdə layihələndirilən ərazinin sahəsi 74,69 hektar təşkil edir. İnşası nəzərdə tutulan 280 fərdi yaşayış evindən 146-sının ilin sonunadək yekunlaşdırılması planlaşdırılır.

Birinci mərhələdə 280 ailənin kəndə köçürülməsi nəzərdə tutulur. Hazırda fərdi yaşayış evləri ilə yanaşı, məktəb, uşaq bağçası, tibb məntəqəsi və inzibati bina kimi sosial təyinatlı obyektlərin tikintisi davam edir. Eyni zamanda, kənddaxili yolların, mühəndis-kommunikasiya xətlərinin və digər infrastruktur layihələrinin icrası istiqamətində hazırlıq işləri aparılır. Məqsəd Pirəhmədli sakinlərinin doğma yurdlarına ən qısa zamanda təhlükəsiz və rahat qayıdışını təmin etməkdir".

Kəndin tikinti işlərində çalışan Füzuli sakini Mobil Əliyev deyir ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu xalqımıza tarixi Zəfər sevincini yaşadıb: "30 illik həsrətimizə son qoyuldu. Bu torpaqlar uğrunda canlarını fəda edən şəhidlərimizin ruhu şad olsun, qazilərimizə Allahdan cansağlığı diləyirəm. Ölkə rəhbərimiz İlham Əliyevə minnətdarıq. Şəhidlərimizin bizə əmanət qoyduğu azad olunmuş torpaqlar bu gün yenidən qurulur.

Mən də bir Füzuli sakini olaraq doğma rayonumda qürur və fəxrlə çalışıram. Pirəhmədli kəndi işğal dövründə tamamilə viran edilmişdi, burada daş-daş üstə qalmamışdı. Artıq 8 aydır ki, burada çalışıram. Dövlətimizin həyata keçirdiyi quruculuq işləri nəticəsində Pirəhmədli yenidən dirçəlir, müasir evlər, sosial obyektlər tikilir. Bu quruculuq prosesində mənim də əməyimin olması qürurvericidir". (Azərtac)

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

27-03-2025, 14:10

İlham Əliyev və birinci xanım Ağdamın Sarıcalı kəndinin ilk mərhələsinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ölkə

26-05-2025, 10:26

Prezident bu şəxsləri əfv etdi - Siyahı

Ölkə

17-10-2023, 00:00

Bu gün Füzuli Günüdür, şəhərin işğaldan azad olunmasından 3 il ötür

Siyasət

10-05-2025, 16:20

İlham Əliyev Ağdamın Kəngərli kəndinə köçən sakinlərlə görüşüb, onlara evlərin açarlarını təqdim edib - YENİLƏNİB

Ölkə
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə!
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə!
Yeni marşrut xətti istifadəyə verilir
Yeni marşrut xətti istifadəyə verilir
Vətən Müharibəsi Qəhrəmanının yubileyidir
Vətən Müharibəsi Qəhrəmanının yubileyidir
“Tayqa kəsişməsi”nə işıqforlar qoyuldu
“Tayqa kəsişməsi”nə işıqforlar qoyuldu
Siyasət
Bakı Bəyannaməsi qəbul edildi
Dünən, 16:34
Bakı Bəyannaməsi qəbul edildi
Bakıda görüşdülər - Foto
Dünən, 15:20
Bakıda görüşdülər - Foto
Bakıda MDB dövlətlərinin Məşvərət Şurasının 39-cu iclası keçirildi - Fotolar
Dünən, 14:57
Bakıda MDB dövlətlərinin Məşvərət Şurasının 39-cu iclası keçirildi - Fotolar
Bu gün Bakıdan İrəvana təyyarə uçacaq - Kimləri aparacaq?
Dünən, 13:32
Bu gün Bakıdan İrəvana təyyarə uçacaq - Kimləri aparacaq?
“Bu mexanizmlər hazırlanmayanadək müharibələr davam edəcək” - Yenilənib
Dünən, 12:49
“Bu mexanizmlər hazırlanmayanadək müharibələr davam edəcək” - Yenilənib
“Bu, regionumuzda təhlükəsizlik sistemini möhkəmləndirir”
Dünən, 12:25
“Bu, regionumuzda təhlükəsizlik sistemini möhkəmləndirir”
Xəbər Lenti
  • Bu gün, 10:09
    Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı - Siyahı
  • Bu gün, 09:31
    Tütünü bahalaşdırıb 12 milyard qazanacaqlar
  • Bu gün, 09:08
    İran Hörmüzün açılması üçün şərtini açıqladı
  • Bu gün, 09:00
    BMT-də Baş katib seçkiləri dalana dirəndi - “Böyük beşlik” veto qoydu
  • Bu gün, 08:46
    Füzuli Şəhəri Günüdür
  • Dünən, 18:07
    Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə!
  • Dünən, 17:56
    Yeni marşrut xətti istifadəyə verilir
  • Dünən, 17:15
    Vətən Müharibəsi Qəhrəmanının yubileyidir
  • Dünən, 16:49
    423 reys təxirə salındı - Moskva hava limanları hazırda
  • Dünən, 15:33
    “Tayqa kəsişməsi”nə işıqforlar qoyuldu
  • Dünən, 15:15
    Bakının bu rayonunda 30 bina söküləcək
  • Dünən, 14:11
    İki bələdiyyənin adı dəyişəcək
  • Dünən, 13:23
    Bu marşrut avtobuslarının dayanacaqları dəyişdirilir
  • Dünən, 12:13
    Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
  • Dünən, 11:44
    Millimiz DÇ-də yarımfinal matçına çıxır
  • Dünən, 11:16
    “Ukrayna münaqişəsi Zelenskisiz həll olunacaq”
  • Dünən, 10:18
    Jurnalistlərin IX qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı
  • Dünən, 09:23
    “Şamaxı” “Şəfa”ya, “Sumqayıt” “Araz-Naxçıvan”a qarşı
  • Dünən, 08:56
    Kürdəmirdə yük maşını “Mercedes”ə çırpıldı - Ölən var
  • Dünən, 17:11
    Pezeşkian Ermənistana gedir
  • Dünən, 16:44
    Azərbaycan daha 2 il AQEM-ə sədrlik edəcək
  • Dünən, 16:34
    Bakı Bəyannaməsi qəbul edildi
  • Dünən, 16:00
    U -23 millimiz qələbə qazandı - Yenilənib
  • Dünən, 15:20
    Bakıda görüşdülər - Foto
  • Dünən, 15:11
    Oyuncaq ayıdan yaranan - “Vinni-Pux” 100 yaşında
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə