• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

“NeoOrdo” layihəsinin təqdimat mərasimi keçirilib

İqtisadiyyat

13-01-2026, 11:03
“NeoOrdo” layihəsinin təqdimat mərasimi keçirilib

Sea Breeze istirahət mərkəzində “Aztürk Holdinq” tərəfindən həyata keçirilən “NeoOrdo” layihəsinin rəsmi təqdimat mərasimi baş tutub.

Liderxeber.az xəbər verir ki, tədbirdə çıxış edən “Aztürk Holdinq”in vitse-prezidenti Güləli Bağırov layihənin konsepsiyası, məqsədləri və gələcək inkişaf perspektivləri barədə ətraflı məlumat verib. O bildirib ki, “NeoOrdo” müasir yanaşmalara əsaslanan, innovativ həlləri və dayanıqlı inkişaf prinsiplərini özündə birləşdirən strateji layihədir və regionun sosial-iqtisadi potensialının gücləndirilməsinə xidmət edir.

Güləli Bağırov çıxışı zamanı holdinqin beynəlxalq əməkdaşlıqlara xüsusi önəm verdiyini də vurğulayıb. O qeyd edib ki, Çinə həyata keçirilən işgüzar səfərlər çərçivəsində bir sıra aparıcı Çin şirkətləri ilə görüşlər keçirilib, qarşılıqlı anlaşma memorandumları və əməkdaşlıq müqavilələri imzalanıb. Əldə olunan razılaşmalara əsasən, Çin şirkətləri Azərbaycanda logistika, səhiyyə və turizm sahələrinə investisiya yatırmaq niyyətindədirlər. Bu əməkdaşlıqların ölkəyə qabaqcıl texnologiyaların cəlb olunmasına, xidmət keyfiyyətinin yüksəldilməsinə və ümumi iqtisadi potensialın daha da möhkəmləndirilməsinə mühüm töhfə verəcəyi bildirilib.

Təqdimat mərasimində iştirak edən dövlət qurumlarının nümayəndələri də çıxış edərək “NeoOrdo” layihəsinin ölkənin iqtisadi və sosial inkişafı baxımından əhəmiyyətini vurğulayıblar. Çıxışlarda layihənin müasir şəhərsalma yanaşmalarının tətbiqi, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması baxımından mühüm rol oynayacağı qeyd olunub.

Çıxışının sonunda Güləli Bağırov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin–Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi ilə bağlı fikirlərini xatırladaraq, dövlət başçısının iki ölkə arasında iqtisadi, ticarət və investisiya əlaqələrinin genişləndirilməsinə verdiyi xüsusi əhəmiyyəti vurğulayıb. Bildirilib ki, “Aztürk Holdinq”in beynəlxalq miqyaslı layihələri Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq Azərbaycan–Çin əməkdaşlığının praktiki müstəvidə daha da dərinləşməsinə xidmət edir.

Rəsmi hissədən sonra qonaqlar layihə ilə bağlı təqdimat materialları ilə tanış olub, fikir mübadiləsi aparıblar. Tədbir qarşılıqlı əməkdaşlıq və gələcək perspektivlərə dair müzakirələrlə davam edib.

“NeoOrdo” layihəsi “Aztürk Holdinq”in innovasiya və uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi qiymətləndirilir və regionda yeni imkanların yaradılmasını hədəfləyir.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Dünya

3-07-2024, 18:05

Astanada Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə qəbul olunub

İqtisadiyyat

9-12-2025, 10:56

Güləli Bağırov: “Çin-Azərbaycan iqtisadi əməkdaşlıq mərkəzi açılır" - FOTO

Siyasət

30-08-2025, 17:07

Azərbaycan-Şanxay Əməkdaşlıq Təşkilatı əlaqələri yeni müstəvidə

İqtisadiyyat

13-12-2025, 11:57

“Azturk Holding”dən strateji addım: Azərbaycanda süni intellekt üzrə iri istehsal mərkəzi - FOTOLAR

Ölkə
Gələn il yaşayış minimumu və ehtiyac meyarı — Bu qədər olacaq
Gələn il yaşayış minimumu və ehtiyac meyarı — Bu qədər olacaq
Yasamalda məktəbdə bədbəxt hadisə - Şagird öldü - Yenilənib
Yasamalda məktəbdə bədbəxt hadisə - Şagird öldü - Yenilənib
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır
Telefondan istifadə edən sürücülər necə cərimələnəcək?
Telefondan istifadə edən sürücülər necə cərimələnəcək?
Siyasət
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
Dünən, 14:42
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
Penitensiar xidmətə yeni rəis təyin edildi
Dünən, 13:26
Penitensiar xidmətə yeni rəis təyin edildi
Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək - Ünvan açıqlandı
Dünən, 12:20
Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək - Ünvan açıqlandı
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
Dünən, 14:00
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
26-10-2026, 12:18
Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
23-10-2026, 16:10
İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
Xəbər Lenti
  • Bu gün, 13:30
    İspaniyada sürət qatarları toqquşdu - 10 ölü
  • Bu gün, 12:52
    Gələn il yaşayış minimumu və ehtiyac meyarı — Bu qədər olacaq
  • Bu gün, 11:40
    Serbiyada İsrail səfirliyinin əməkdaşına hücum olub - Fotolar
  • Bu gün, 11:12
    Yasamalda məktəbdə bədbəxt hadisə - Şagird öldü - Yenilənib
  • Bu gün, 10:30
    Şagirdlərin elektron yerdəyişməsinə başlanılır
  • Bu gün, 10:18
    İsraildə seçkilərin ilkin nəticələri - Netanyahunun bloku liderdir
  • Bu gün, 10:14
    Telefondan istifadə edən sürücülər necə cərimələnəcək?
  • Bu gün, 10:00
    Azərbaycan millisi U-15 dünya çempionatında növbəti matçını keçirəcək
  • Bu gün, 09:09
    Benzin qiymətlərinə görə Baydeni tənqid etdi - Mübahisələrə səbəb oldu
  • Bu gün, 09:00
    ABŞ-dən Körfəz ölkələrinə müharibə - Xəbərdarlığı
  • Dünən, 20:54
    Vyanada Azərbaycan səssiz filmləri nümayiş olunub - FOTO
  • Dünən, 16:48
    Hansı məktəblərə nə qədər vəsait ayrılacaq?
  • Dünən, 16:39
    Hava dəyişəcək - Xəbərdarlıq
  • Dünən, 15:00
    Bir ailənin üç üzvü bıçaqlandı, ana öldü - Oğul saxlanıldı
  • Dünən, 14:42
    Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
  • Dünən, 14:30
    Avropa liderləri Putinlə danışdı
  • Dünən, 13:26
    Penitensiar xidmətə yeni rəis təyin edildi
  • Dünən, 13:23
    Sabahın havası
  • Dünən, 12:20
    Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək - Ünvan açıqlandı
  • Dünən, 11:52
    Qiymətli kağızlara bu halda bütövlükdə həbs qoyulacaq
  • Dünən, 11:40
    Uçuş heyətinin iş və istirahət vaxtına - Dəyişiklik olunur
  • Dünən, 11:18
    Daha bir güləşçimiz dünya çempionu ola bilər
  • Dünən, 11:05
    “Həzi Aslanov” - “İçərişəhər” xəttində birbaşa hərəkət bərpa olundu
  • Dünən, 10:12
    Dünyanın ən böyük elektrik gəmisi xidmətə başladı - Fotolar
  • Dünən, 10:03
    Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə