• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Əkinçilik ET İnstitutunun əməkdaşı beynəlxalq elmi konfransda iştirak edib

İqtisadiyyat

31-10-2025, 11:06
Əkinçilik ET İnstitutunun əməkdaşı beynəlxalq elmi konfransda iştirak edib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun təşkilatçılığı ilə keçirilən “İşğaldan azad olunmuş torpaqlarda biomüxtəlifliyin qorunması və dayanıqlı ekoloji inkişaf” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Liderxeber.az xəbər verir ki, konfrans iştirakçıları Dendrologiya İnstitutunun fəaliyyətini əks etdirən sərgi ilə tanış olublar. 

Sonra Qarabağda qazanılmış tarixi Zəfəri əks etdirən videoçarx nümayiş olunub.

Konfransda Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Günay Yusifova iştirak edib. O, təqdimat əsasında “Qliadin blok komponentlərinin dənin keyfiyyət göstəriciləri ilə əlaqəsi” mövzusunda məruzə edib.

Tədbiri Dendrologiya İnstitutunun baş direktoru biologiya üzrə fəlsəfə doktoru, dosent Minarə Həsənova açaraq “Konstitusiya və Suverenlik İli”nə və Zəfərimizin 5-ci ildönümünə həsr olunan konfransın elmi əhəmiyyətini qeyd edib. O, tədbirin məqsədinin Qarabağda biomüxtəlifliyin mövcud vəziyyətinin kompleks tədqiqi, nadir və nəsli kəsilməkdə olan növlərin qiymətləndirilməsi, antropogen təsirlərin azaldılması yollarının elmi əsaslarla öyrənilməsi, eləcə də regionda dayanıqlı ekoloji inkişafı təmin edən müasir yanaşmaların müzakirəsi olduğunu söyləyib.

M. Həsənova Dendrologiya İnstitutunun bu istiqamətdə həyata keçirdiyi tədqiqat layihələri, meşə ekosistemlərinin reintroduksiya proqramları və nadir növlərin mühafizəsi üzrə əldə edilmiş nəticələr barədə məlumat verib. “Dendrologiya İnstitutu Azərbaycanın bütün bölgələri ilə toxum mübadiləsi həyata keçirir”, - deyən Minarə Həsənova hazırda təcrübə sahəsində toxumçuluq vasitəsilə çoxaldılmış 100 mindən çox bitkinin olduğunu bildirib. Qeyd edib ki, Elm və Təhsil Nazirliyinin məktəbyanı ərazilərinin yaşıllaşdırılmasında bu bitkilərdən istifadə edilməsi institut direktorlarına tövsiyə olunub. Həmçinin Dendrologiya İnstitutu tərəfindən “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində təcrübə sahəsində çoxaldılmış bitkilərin işğaldan azad olunmuş ərazilərdə əkilməsi prosesi həyata keçirilib. Minarə Həsənova beynəlxalq konfransın biomüxtəlifliyin qorunması və dayanıqlı ekoloji inkişaf məsələlərinin ətraflı müzakirəsi baxımından əhəmiyyətli platforma rolunu oynadığını söyləyib. O, tədbirin səmərəli elmi əməkdaşlıq əlaqələrinin qurulmasına, ortaq layihələrin və yeni ideyaların meydana çıxmasına təkan verəcəyinə əminliyini bildirib.

Məruzələrdə Qarabağ və Şimali Qazaxıstan təbiət zonalarının ekoloji xüsusiyyətləri müqayisəli təhlil edilib, həmçinin Qarabağda aparılmış ekoloji bərpa tədbirləri çərçivəsində bitki və heyvanat aləminin ilkin inventarizasiyası, torpaq və su ekosistemlərinin monitorinqi, nadir növlərin təbii mühitə qaytarılması və biomüxtəliflik xəritələşdirməsi istiqamətində əldə olunmuş mühüm nəticələr təqdim edilib.

Bundan başqa, Qarabağ və Şərqi Zəngəzur bölgələrində biomüxtəlifliyin qorunması üzrə regional elmi proqramların hazırlanması, ekoloji bərpa proseslərinə beynəlxalq ekspertlərin və elmi təşkilatların cəlb olunması, dendrologiya və molekulyar biologiya sahələrində birgə laborator tədqiqatların genişləndirilməsinin zəruriliyi vurğulanıb.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

18-10-2024, 21:45

Əkinçilik ET İnstitutunda COP29 çərçivəsində beynəlxalq elmi-praktiki konfrans keçirilib

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

25-01-2024, 12:10

Əcnəbilərin Azərbaycan dili üzrə imtahanlarda iştirakı üçün qeydiyyat elan edilib

Ölkə

23-05-2024, 15:38

"Arxeoloji turizm və dayanıqlı idarəetmə" mövzusunda beynəlxalq konfrans işə başlayıb

Ölkə

15-07-2025, 20:58

Neftçalada “Qərbi Azərbaycan irsi” kitabının təqdimat mərasimi keçirilib

Ölkə
Bu cərimənin məbləği kəskin azaldılır
Bu cərimənin məbləği kəskin azaldılır
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı
Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası
Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası
DYP elektroskuter istifadəçilərinə müraciət etdi
DYP elektroskuter istifadəçilərinə müraciət etdi
Siyasət
Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
Bu gün, 17:25
Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
Dünən, 14:42
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
Penitensiar xidmətə yeni rəis təyin edildi
Dünən, 13:26
Penitensiar xidmətə yeni rəis təyin edildi
Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək - Ünvan açıqlandı
Dünən, 12:20
Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək - Ünvan açıqlandı
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
26-10-2026, 14:00
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
26-10-2026, 12:18
Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
Xəbər Lenti
  • Bu gün, 17:36
    Kredit borcu zaminin əmlakına qadağa üçün əsas deyil
  • Bu gün, 17:25
    Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
  • Bu gün, 16:39
    Prezidentdən daşınmaz əmlakla bağlı - Fərman
  • Bu gün, 16:22
    Azərbaycan Kubokunda 1:9 hesabı ilə uduzdular
  • Bu gün, 16:00
    Bu cərimənin məbləği kəskin azaldılır
  • Bu gün, 15:11
    Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı
  • Bu gün, 15:03
    Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası
  • Bu gün, 14:37
    İspaniya Superkuboku matçları Azərbaycanda keçirilə bilər
  • Bu gün, 14:10
    DYP elektroskuter istifadəçilərinə müraciət etdi
  • Bu gün, 13:30
    İspaniyada sürət qatarları toqquşdu - 10 ölü
  • Bu gün, 12:52
    Gələn il yaşayış minimumu və ehtiyac meyarı — Bu qədər olacaq
  • Bu gün, 11:40
    Serbiyada İsrail səfirliyinin əməkdaşına hücum olub - Fotolar
  • Bu gün, 11:12
    Yasamalda məktəbdə bədbəxt hadisə - Şagird öldü - Yenilənib
  • Bu gün, 10:30
    Şagirdlərin elektron yerdəyişməsinə başlanılır
  • Bu gün, 10:18
    İsraildə seçkilərin ilkin nəticələri - Netanyahunun bloku liderdir
  • Bu gün, 10:14
    Telefondan istifadə edən sürücülər necə cərimələnəcək?
  • Bu gün, 10:00
    Azərbaycan millisi U-15 dünya çempionatında növbəti matçını keçirəcək
  • Bu gün, 09:09
    Benzin qiymətlərinə görə Baydeni tənqid etdi - Mübahisələrə səbəb oldu
  • Bu gün, 09:00
    ABŞ-dən Körfəz ölkələrinə müharibə - Xəbərdarlığı
  • Dünən, 20:54
    Vyanada Azərbaycan səssiz filmləri nümayiş olunub - FOTO
  • Dünən, 16:48
    Hansı məktəblərə nə qədər vəsait ayrılacaq?
  • Dünən, 16:39
    Hava dəyişəcək - Xəbərdarlıq
  • Dünən, 15:00
    Bir ailənin üç üzvü bıçaqlandı, ana öldü - Oğul saxlanıldı
  • Dünən, 14:42
    Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
  • Dünən, 14:30
    Avropa liderləri Putinlə danışdı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə