• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

5-ci “Yüksəliş” müsabiqəsində 3 qalib Kapital Bank əməkdaşıdır

İqtisadiyyat

23-07-2025, 18:35
5-ci “Yüksəliş” müsabiqəsində 3 qalib Kapital Bank əməkdaşıdır

Artıq 5 ildir ki, ən-ənəvi olaraq keçirilən “Yüksəliş” müsabiqəsinin 2025-ci il üçün olan qalibləri rəsmi olaraq elan edilib.

Liderxeber.az xəbər verir ki, müsabiqədə bilik mübarizəsini uğurla tamamlayan 124 nəfər final mərhələsinə yüksəlib. 

Onlardan 20 nəfəri isə qalib adını qazanıb. Gərgin imtahan mərhələrindən keçərək qalib adına layiq görünənlər sırasında Kapital Bank-ın 3 əməkdaşı - Satış Kanalları Departamentinin direktoru Toğrul Xəlilov, Birbaşa Satış və Xidmət şöbəsinin meneceri Qoşqar Daşdiyev və Pərakəndə Risk Texnologiyaları sahəsinin məhsul sahibi Məmməd Həsənov da yer alıb. Maliyyə sahəsində böyük təcrübəsi olan Toğrul Xəlilov 2015-ci ildən etibarən Kapital Bank-da çalışır. O, fəaliyyət dövründə Partnyor şəbəkəsinin idarə edilməsi, İpoteka və kredit sahəsi, Bank məhsulları sahəsi, Pərakəndə məhsullar sahəsi kimi strukturlarda rəhbər vəzifələrdə çalışıb. 2023-cü ildən etibarən bankın Satış Kanalları Departamentinin direktoru olaraq fəaliyyətini davam etdirir.

Kapital Bank-da Satış kanalları şöbəsində mütəxəssis olaraq fəaliyyətə başlayan Qoşqar Daşdiyev daha sonra Birbaşa satış və Xidmət şöbəsində bölmə rəhbəri və menecer vəzifəsinədək yüksəlib.

Layihənin növbəti qalibi Məmməd Həsənov bankda 2023-cü ildən etibarən fəaliyyət göstərir. Risk texnologiyaları sahəsində geniş təcrübəyə malikdir.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilib. Layihənin məqsədi gənc və perspektivli idarəçilərin aşkarlanması, inkişaf etdirilməsi və ölkənin müxtəlif sahələrində liderlik potensiallarının artırılmasıdır. Müsabiqə 5 mərhələdən - qeydiyyat, onlayn, əyani, yarımfinal və finaldan ibarətdir. Yarımfinal mərhələsi çərçivəsində namizədlər 9 səriştə üzrə (strateji düşüncə, effektiv liderlik, qərarvermə, nəticəyönümlülük, işin effektivliyinin idarə edilməsi, adaptivlik, innovativ düşüncə, komanda işi və əməkdaşlıq, etika və dürüstlük), final mərhələsində “İdarəçi rollar modeli” üzrə qiymətləndirilirlər. Qiymətləndirmə prosesi beynəlxalq təcrübəyə əsaslanan və obyektivliyi ilə seçilən “Qiymətləndirmə konfransı (Assessment Conference)” metodu ilə həyata keçirilir. Dünyada ən etibarlı qiymətləndirmə metodu hesab olunur bu metod hər bir iştirakçının performansına çoxşaxəli yanaşmanı təmin edir və yekun qərarların kollegial əsasda verilməsinə imkan yaradır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 121 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

26-08-2024, 08:50

Mehriban Əliyevanın doğum günüdür

Ölkə

24-07-2024, 17:01

Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri bəlli olub

Ölkə

1-10-2024, 14:04

Hikmət Hacıyev dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib

Ölkə

21-07-2025, 14:16

Beşinci “Yüksəliş” müsabiqəsinin finalı başa çatdı - Foto

Ölkə
Bu cərimənin məbləği kəskin azaldılır
Bu cərimənin məbləği kəskin azaldılır
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı
Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası
Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası
DYP elektroskuter istifadəçilərinə müraciət etdi
DYP elektroskuter istifadəçilərinə müraciət etdi
Siyasət
Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
Bu gün, 17:25
Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
Dünən, 14:42
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
Penitensiar xidmətə yeni rəis təyin edildi
Dünən, 13:26
Penitensiar xidmətə yeni rəis təyin edildi
Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək - Ünvan açıqlandı
Dünən, 12:20
Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək - Ünvan açıqlandı
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
26-10-2026, 14:00
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
26-10-2026, 12:18
Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
Xəbər Lenti
  • Bu gün, 17:36
    Kredit borcu zaminin əmlakına qadağa üçün əsas deyil
  • Bu gün, 17:25
    Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
  • Bu gün, 16:39
    Prezidentdən daşınmaz əmlakla bağlı - Fərman
  • Bu gün, 16:22
    Azərbaycan Kubokunda 1:9 hesabı ilə uduzdular
  • Bu gün, 16:00
    Bu cərimənin məbləği kəskin azaldılır
  • Bu gün, 15:11
    Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı
  • Bu gün, 15:03
    Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası
  • Bu gün, 14:37
    İspaniya Superkuboku matçları Azərbaycanda keçirilə bilər
  • Bu gün, 14:10
    DYP elektroskuter istifadəçilərinə müraciət etdi
  • Bu gün, 13:30
    İspaniyada sürət qatarları toqquşdu - 10 ölü
  • Bu gün, 12:52
    Gələn il yaşayış minimumu və ehtiyac meyarı — Bu qədər olacaq
  • Bu gün, 11:40
    Serbiyada İsrail səfirliyinin əməkdaşına hücum olub - Fotolar
  • Bu gün, 11:12
    Yasamalda məktəbdə bədbəxt hadisə - Şagird öldü - Yenilənib
  • Bu gün, 10:30
    Şagirdlərin elektron yerdəyişməsinə başlanılır
  • Bu gün, 10:18
    İsraildə seçkilərin ilkin nəticələri - Netanyahunun bloku liderdir
  • Bu gün, 10:14
    Telefondan istifadə edən sürücülər necə cərimələnəcək?
  • Bu gün, 10:00
    Azərbaycan millisi U-15 dünya çempionatında növbəti matçını keçirəcək
  • Bu gün, 09:09
    Benzin qiymətlərinə görə Baydeni tənqid etdi - Mübahisələrə səbəb oldu
  • Bu gün, 09:00
    ABŞ-dən Körfəz ölkələrinə müharibə - Xəbərdarlığı
  • Dünən, 20:54
    Vyanada Azərbaycan səssiz filmləri nümayiş olunub - FOTO
  • Dünən, 16:48
    Hansı məktəblərə nə qədər vəsait ayrılacaq?
  • Dünən, 16:39
    Hava dəyişəcək - Xəbərdarlıq
  • Dünən, 15:00
    Bir ailənin üç üzvü bıçaqlandı, ana öldü - Oğul saxlanıldı
  • Dünən, 14:42
    Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
  • Dünən, 14:30
    Avropa liderləri Putinlə danışdı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə