• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Xankəndidən verilən Zəngəzur dəhlizi MESAJI

İqtisadiyyat

22-07-2025, 15:13
Xankəndidən verilən Zəngəzur dəhlizi MESAJI

İyulun 19-21-də Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumu yalnız informasiya texnologiyalarının deyil, həm də Azərbaycanın çağdaş dünyaya təqdim etdiyi geosiyasi baxış bucağının parlaq nümunəsidir.

"Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi" mövzusunda keçirilən forum 52 ölkədən 140-dan çox iştirakçını bir araya gətirməklə Azərbaycanın texnologiya, diplomatiya və strateji mesajlar sahəsində yüksələn rolunu bir daha göstərdi. Forumda media savadlılığı, informasiya təhlükəsizliyi, süni intellektin medianın dayanıqlılığına təsiri, dezinformasiyaya qarşı strategiyalar kimi mühüm mövzular müzakirə edildi. Mühüm məqamlardan biri də Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı açıqlamaları oldu. Dövlət başçısı bildirdi ki, biz Zəngəzur dəhlizinin potensialını ilkin mərhələdə 15 milyon ton yük səviyyəsində qiymətləndiririk:

"Ermənistan və İranla sərhədimizin qovuşuğuna qədər dəmir yolunun tikintisini, demək olar, başa çatdırırıq. Yəqin ki, bir ildən az müddətdə, bəlkə də, gələn ilin yazında bu dəmir yolunun Azərbaycan hissəsi tikilmiş olacaq".

Zəngəzur dəhlizinin reallaşması mahiyyət etibarilə Şimal-Cənub dəhlizinin başqa istiqamətini açacaq. Təkcə hamının haqqında danışdığı bir istiqamətə - Rusiyadan, Azərbaycandan İrana, Rəştə deyil, həm də Şərqi Zəngəzur və Zəngəzur bölgəsinin digər hissələri vasitəsilə İrana, oradan da Türkiyəyə. Bu, yük axınının həcminin artırılması üçün böyük perspektivlər açır", - deyə dövlət başçısı qeyd edib.

Milli Məclisin deputatı Vüqar Bayramov Liderxeber.az-a açıqlamasında bildirib ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi zaman məsələsidir:

"Təbii ki, Zəngəzur dəhlizi birmənalı şəkildə istifadəyə veriləcək. İqtisadi təhlillər də göstərir ki, Zəngəzur dəhlizi bütövlükdə regionun inkişafı üçün vacibdir. Bu baxımdan, Ermənistan da iqtisadiyyatının qısamüddətli deyil, daha orta və uzunmüddətli dövrdə inkişafında maraqlıdırsa, dəhlizin rasional olaraq daha tez açılmasına səy göstərməlidir. Regional olaraq Zəngəzur dəhlizi Qafqaz üçün həm də dayanıqlı sülh və stabilliyin əsasını qoya bilər. Çünki kommunikasiyanın açılması, o cümlədən Zəngəzur dəhlizinin istifadəyə verilməsi həm də əməkdaşlıq üçün yeni imkanlar deməkdir".

"Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasının quru nəqliyyat vasitəsilə birləşməsinə imkan verəcək. Dəhliz türk dünyasını birləşdirən bir yol olacaq. Bütün bunlarla yanaşı, Zəngəzur dəhlizinin istifadəyə verilməsi həm də region ölkələri üçün faydalıdır. İqtisadi qiymətləndirmələr də göstərir ki, region ölkələri də Zəngəzur dəhlizinin istifadəyə verilməsindən dividend əldə edəcəklər. Ona görə regionda maraqlı olan ölkələr də bu dəhlizin daha qısa zamanda istifadəyə verilməsini təşviq etməlidirlər. Bu istiqamətdə maneələr yaratmaq deyil, dəstək nümayiş etdirmək prinsipinə üstünlük verməlidirlər", - deputat vurğulayıb.

Müsahibimiz əlavə edib ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi, eyni zamanda, Şimal-Cənub nəqliyyat marşrutunun genişləndirilməsinə imkan verəcək:

"Çünki nəticə etibarilə Şimal-Cənub nəqliyyat dəhlizi şimaldan başlayaraq cənuba - Hindistana qədər yüklərin daşınmasını özündə ehtiva edir. Amma eyni zamanda, artıq həmin nəqliyyat dəhlizi Zəngəzur dəhlizi vasitəsilə həm də Türkiyə və Avropaya genişlənmiş olacaq. Bu da təbii ki, Şimal-Cənub nəqliyyat dəhlizinin həm ötürmə imkanlarının, həm də bütövlükdə yükdaşıma tutumunun daha da artmasına şərait yaradacaq. Bu baxımdan, Zəngəzur dəhlizinin istifadəyə verilməsi, məhz qlobal forumda qeyd olunduğu kimi, regional layihələrin daha da genişlənməsinə, region ölkələrinin bu imkandan daha sıx şəkildə faydalanmasına gətirib çıxaracaq".

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

24-06-2025, 17:05

Avrasiyanın gələcəyi relslərlə çəkilir: Azərbaycanın yeni logistika arxitekturasındakı rolu

Ölkə

13-03-2025, 10:22

“Bu, Azərbaycanın qlobal miqyasda etibarlı tərəfdaş kimi rolunu gücləndirəcək”

Ölkə

23-04-2024, 09:20

Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO

Ölkə

18-04-2024, 14:35

Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub göndərib

Ölkə
Bu cərimənin məbləği kəskin azaldılır
Bu cərimənin məbləği kəskin azaldılır
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı
Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası
Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası
DYP elektroskuter istifadəçilərinə müraciət etdi
DYP elektroskuter istifadəçilərinə müraciət etdi
Siyasət
Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
Bu gün, 17:25
Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
Dünən, 14:42
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
Penitensiar xidmətə yeni rəis təyin edildi
Dünən, 13:26
Penitensiar xidmətə yeni rəis təyin edildi
Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək - Ünvan açıqlandı
Dünən, 12:20
Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək - Ünvan açıqlandı
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
26-10-2026, 14:00
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
26-10-2026, 12:18
Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
Xəbər Lenti
  • Bu gün, 17:36
    Kredit borcu zaminin əmlakına qadağa üçün əsas deyil
  • Bu gün, 17:25
    Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
  • Bu gün, 16:39
    Prezidentdən daşınmaz əmlakla bağlı - Fərman
  • Bu gün, 16:22
    Azərbaycan Kubokunda 1:9 hesabı ilə uduzdular
  • Bu gün, 16:00
    Bu cərimənin məbləği kəskin azaldılır
  • Bu gün, 15:11
    Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı
  • Bu gün, 15:03
    Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası
  • Bu gün, 14:37
    İspaniya Superkuboku matçları Azərbaycanda keçirilə bilər
  • Bu gün, 14:10
    DYP elektroskuter istifadəçilərinə müraciət etdi
  • Bu gün, 13:30
    İspaniyada sürət qatarları toqquşdu - 10 ölü
  • Bu gün, 12:52
    Gələn il yaşayış minimumu və ehtiyac meyarı — Bu qədər olacaq
  • Bu gün, 11:40
    Serbiyada İsrail səfirliyinin əməkdaşına hücum olub - Fotolar
  • Bu gün, 11:12
    Yasamalda məktəbdə bədbəxt hadisə - Şagird öldü - Yenilənib
  • Bu gün, 10:30
    Şagirdlərin elektron yerdəyişməsinə başlanılır
  • Bu gün, 10:18
    İsraildə seçkilərin ilkin nəticələri - Netanyahunun bloku liderdir
  • Bu gün, 10:14
    Telefondan istifadə edən sürücülər necə cərimələnəcək?
  • Bu gün, 10:00
    Azərbaycan millisi U-15 dünya çempionatında növbəti matçını keçirəcək
  • Bu gün, 09:09
    Benzin qiymətlərinə görə Baydeni tənqid etdi - Mübahisələrə səbəb oldu
  • Bu gün, 09:00
    ABŞ-dən Körfəz ölkələrinə müharibə - Xəbərdarlığı
  • Dünən, 20:54
    Vyanada Azərbaycan səssiz filmləri nümayiş olunub - FOTO
  • Dünən, 16:48
    Hansı məktəblərə nə qədər vəsait ayrılacaq?
  • Dünən, 16:39
    Hava dəyişəcək - Xəbərdarlıq
  • Dünən, 15:00
    Bir ailənin üç üzvü bıçaqlandı, ana öldü - Oğul saxlanıldı
  • Dünən, 14:42
    Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
  • Dünən, 14:30
    Avropa liderləri Putinlə danışdı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə