• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Genişzolaqlı internetdən nə üçün tam faydalana bilmirik? - MÜSAHİBƏ

İqtisadiyyat

24-06-2025, 16:02
Genişzolaqlı internetdən nə üçün tam faydalana bilmirik? - MÜSAHİBƏ

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov genişzolaqlı internet xidmətlərinin inkişaf etdirilməsi və istifadəçilərin tam faydalanması üçün bir sıra məqamlara aydınlıq gətirib.
 
Elvin müəllim, iyun ayında 2 dəfə uzunmüddətli tətil günləri oldu və insanlar bundan istifadə edərək əsasən də regionlara üz tutdular. Otellər və qonaq evlərində yüksək doluluq müşahidə edildi. Ötən illərə nisbətən internetlə bağlı şikayətlər azalsa da yenə aktuallığını qorudu. Bunun səbəbi nədir?
 
Bu gün bütün ölkəni əhatə edən fiboroptik şəbəkə qurulub. Başqa sözlə desək genişzolaqlı internet üçün  infrastruktur problemi həllini tapıb. Fiberoptik şəbəkəyə qoşulan təssərüfat sayı da kifayət qədər artıb. Azərbaycan son 4 ildə genişzolaqlı internetin sürətində bütün beynəlxalq hesabatlarda artan dinamika nümayiş etdirir. Bu dinamikanın əsas səbəbi “Onlayn Azərbaycan” layihəsidir. Xatırladım ki, lahiyə müddətində ölkə üzrə ev və biznes təssərüfatlarının genişzolaqlı internetə çıxışı 13 dəfə artırlıb və 230 mindən 4 il ərzində 3 milyona çatdırılıb. Bir sözlə kifayət qədər iri miqyaslı işlər həyata keçirilib. 
 
Ancaq təssüflər olsun ki, hər il turizm mövsümü başlayanda və bitəndə mən və digər mütəxəssislər bu sualları cavablamaq məcburiyyətində qalırıq. Problemin əsas səbəbi provayderlər yox məhz otel və qonaq evlərinin yanaşmasındadır. 
 
Təəsüf hissi ilə bildirməliyəm ki, otelyerlər müştəri məmuniyyəti mövzusuna ciddi yanaşmırlar. Onların xidmət inventarına genişzolaqlı internetlə müştərilərin təmin edilməsi də daxil olmalıdır. Bunun üçün həmin müəsisələrin daxilin tələb olunan internet ehtiyacına uyğun infrastruktur qurulmalıdır. Başqa sözlə desək, otelə gələn turistlərin sayı və cihaz istifadə statistikası nəzərə alınaraq yüksək sürətli və genişzolaqlı internet təminatı olmalıdır. Hər otağa düşən minimal sürət və bant genişliyi əvvəlcədən hesablanmalıdır. 
 
Xüsusilə çoxmərtəbəli və geniş sahəyə malik otellərdə mesh sistemlər və ya çoxlu sayda Access Point (AP) yerləşdirmək vacibdir. Bu cihazlar otaqlar, dəhlizlər, lobi və restoran kimi ümumi sahələrdə stabil və güclü siqnal verir. Sadəcə ümumi zonalarda deyil, hər otaqda eyni keyfiyyətdə internet olmalıdır. Divarların qalınlığı və tikilinin planı nəzərə alınaraq siqnal gücləndiricilərdən istifadə oluna bilər.
Bunlar həyata keçirilmədikdə əlbətdə ki, qonaqlar otelin bütün ərazisində internetdən eyni keyfiyyətdə faydalana bilmirlər. 
 
Bu daxili infrastrukturun qurulması və dəstəklənməsi üçün insan və maddi resusların cəlbi nə dərəcədə əlverişlidir?
 
Burada ilk müraciət edəcəkləri ünvan əlbətdəki interneti xidmətini təmin edən provayderdir. Hər bir provayder istifadəçisinin onun təqdim etdiyi xidmətdən razı qalmasını istəyər. Provayderlər konsultasiya verməkdə və infrsatrukturun dəstəklənməsində maraqlıdırlar. Böyük otellərdə bu infrastrukturu dəstəkləyənə əməkdaşlar hər zaman ştata daxil olduğundan prosesin bu mərhələsində maliyyə resurslarının cəlb edilməsinə ehtiyyac yoxdur.
 
Avropada bəzi otellərdə internetin ödənişli olması təcrübəsi hələ də mövcuddur. Xüsusilə də lüks və biznes kateqoriyalı otellərdə bu hallar daha çox rast gəlinir. Otellər bəzən interneti əlavə xidmət kimi təqdim edir və bu yolla əlavə gəlir əldə etməyə çalışırlar. Adətən pulsuz Wi-Fi ümumi istifadə sahələrində (lobby, restoran və s.) təqdim olunur, lakin otaqlarda sürətli və limitsiz internet üçün simvolik də olsa əlavə ödəniş tələb oluna bilər. Bu da öz növbəsində avadanlıqlara xərclənmiş vəsaiti kifayət qədər qısa müddətdə qarşlamış olacaq. 
 
Kiçik qonaq evləri bu mövzuda nələr edə bilər? Xüsusilə nəzərə alsaq ki, onların B&B (business and breakfast) formatında qonaqları demək olar ki, olmur və xitmələri yalnız mövsümi xarakter daşıyır. 

Çox gözəl məqama toxunursunuz. Regionlarımızda qonaq evlərinin sayı xüsusilə pandemiyadan sonra kifayət qədər artıb. Əhalinin özünü məşğulluğu üçün bu kifayət qədər yaxşı haldır. Ancaq icazənizlə mövzuya daha geniş çərçivədən yanaşmaq istərdim. 
 
Yay aylarında yalnız regionlarımızdakı qonaq evlərinin sakinlərinin sayı artmır. Həm də yay aylarında insanların həyət evlərinə, bağ evlərinə köçməsi baş verir. Mövsümlə əlqadar olaraq insanlar həyatyanı sahələrdə daha çox vaxt keçirməyə başlayırlar. Bunlarla birlikdə təbii ki, internet bağlantısının keyfiyyətində yaşanan çətinlillər daha qabarıq şəkildə hiss olunur. 
Bizim bu gün qarşılaşdığımız problemləri xarici ölkələr çoxdan həll ediblər. Onların təcrübəsinə istinad etməkdə fayda var. Nəzərə almalıyıq ki, xüsusilə qalın divarlı tikililərdə və bir neçə mərtəbəli evlərdə keyfiyyət problemi daha da qabarır. 
 
Belə hallarda ən effektiv həll yollarından biri mesh Wi-Fi sistemlərinin istifadəsidir. Mesh texnologiyası evin müxtəlif nöqtələrinə yerləşdirilən cihazlar vasitəsilə internet siqnalını bərabər şəkildə yaymağa imkan verir. Bu da siqnalın həm həyətin dərinliklərinə, həm də evin bütün otaqlarına çatmasını təmin edir.
Mesh sistemləri və routerlər, Wi-Fi siqnalı yaymaq üçün radio dalğalarından istifadə edir və bu elektromaqnit dalğalar bəzi insanlar üçün sağlamlıqla bağlı narahatlıq doğura bilər. Dünya Səhiyyə Təşkilatına görə, router və mesh sistemlərindən yayılan radio dalğalarının gücü beynəlxalq təhlükəsizlik standartlarından aşağıdır və gündəlik istifadə zamanı ciddi bir sağlamlıq riski yaratmır. Buna baxmayaraq, elektromaqnit həssaslığı olan insanlar bu cihazların yaxınlığında baş ağrısı və ya yuxusuzluq kimi simptomlar yaşaya bilərlər. Bu səbəbdən də  dünya standartlarına uyğun avadanlıqlardan istifadə edilməsini tövsiyyə edirəm. 
 
Müşahidələrim onu göstərir ki, insanlarımız dünya standartlarına uyğun olmayan və köhnə model routerlərdən istifadə edirlər. Bu cihazların isə texniki imkanları artıq bugünkü internet istifadəsinin həcminə cavab vermir və insan sağlamlığına zərəsizliyi ilə bağlı ciddi şübhələr yaradır. 

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

26-05-2025, 10:26

Prezident bu şəxsləri əfv etdi - Siyahı

Ölkə

25-05-2024, 19:18

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

Ölkə

24-09-2024, 09:09

İnternetin sürəti eynidir, amma keyfiyyəti fərqli: Kimə inanaq?

Cəmiyyət

6-01-2025, 17:53

Qrip əlamətlərini paylaşan metapnevmovirus: Hədəfdə uşaqlar var

Ölkə
Bu cərimənin məbləği kəskin azaldılır
Bu cərimənin məbləği kəskin azaldılır
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı
Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası
Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası
DYP elektroskuter istifadəçilərinə müraciət etdi
DYP elektroskuter istifadəçilərinə müraciət etdi
Siyasət
Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
Bu gün, 17:25
Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
Dünən, 14:42
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
Penitensiar xidmətə yeni rəis təyin edildi
Dünən, 13:26
Penitensiar xidmətə yeni rəis təyin edildi
Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək - Ünvan açıqlandı
Dünən, 12:20
Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək - Ünvan açıqlandı
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
26-10-2026, 14:00
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
26-10-2026, 12:18
Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
Xəbər Lenti
  • Bu gün, 17:36
    Kredit borcu zaminin əmlakına qadağa üçün əsas deyil
  • Bu gün, 17:25
    Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
  • Bu gün, 16:39
    Prezidentdən daşınmaz əmlakla bağlı - Fərman
  • Bu gün, 16:22
    Azərbaycan Kubokunda 1:9 hesabı ilə uduzdular
  • Bu gün, 16:00
    Bu cərimənin məbləği kəskin azaldılır
  • Bu gün, 15:11
    Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı
  • Bu gün, 15:03
    Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası
  • Bu gün, 14:37
    İspaniya Superkuboku matçları Azərbaycanda keçirilə bilər
  • Bu gün, 14:10
    DYP elektroskuter istifadəçilərinə müraciət etdi
  • Bu gün, 13:30
    İspaniyada sürət qatarları toqquşdu - 10 ölü
  • Bu gün, 12:52
    Gələn il yaşayış minimumu və ehtiyac meyarı — Bu qədər olacaq
  • Bu gün, 11:40
    Serbiyada İsrail səfirliyinin əməkdaşına hücum olub - Fotolar
  • Bu gün, 11:12
    Yasamalda məktəbdə bədbəxt hadisə - Şagird öldü - Yenilənib
  • Bu gün, 10:30
    Şagirdlərin elektron yerdəyişməsinə başlanılır
  • Bu gün, 10:18
    İsraildə seçkilərin ilkin nəticələri - Netanyahunun bloku liderdir
  • Bu gün, 10:14
    Telefondan istifadə edən sürücülər necə cərimələnəcək?
  • Bu gün, 10:00
    Azərbaycan millisi U-15 dünya çempionatında növbəti matçını keçirəcək
  • Bu gün, 09:09
    Benzin qiymətlərinə görə Baydeni tənqid etdi - Mübahisələrə səbəb oldu
  • Bu gün, 09:00
    ABŞ-dən Körfəz ölkələrinə müharibə - Xəbərdarlığı
  • Dünən, 20:54
    Vyanada Azərbaycan səssiz filmləri nümayiş olunub - FOTO
  • Dünən, 16:48
    Hansı məktəblərə nə qədər vəsait ayrılacaq?
  • Dünən, 16:39
    Hava dəyişəcək - Xəbərdarlıq
  • Dünən, 15:00
    Bir ailənin üç üzvü bıçaqlandı, ana öldü - Oğul saxlanıldı
  • Dünən, 14:42
    Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
  • Dünən, 14:30
    Avropa liderləri Putinlə danışdı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə