Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının yeni baş məşqçisinin adı dəqiqləşib.
LiderXəbər “İdman.biz”ə istinadən xəbər verir ki, yığmamız yenidən təcrübəli mütəxəssis Faiq Qarayevə həvalə edilib.
Azərbaycan Voleybol Federasiyasında vitse-prezident postunu tutan 64 yaşlı mütəxəssisin köhnə-yeni işində ilk sınağı Qızıl Avropa Liqasına təsadüf edəcək.
Müxtəlif vaxtlarda millinin baş məşqçisi olan Qarayev son olaraq komandamızı Yaponiyada keçirilən DÇ-2018-ə aparıb. Yığmada sonuncu dəfə bu vəzifəni isə türkiyəli Ataman Güneyligil icra edib. AÇ-2023-də uğursuz çıxış səbəbindən onunla müqavilə artırılmayıb.
Qeyd edək ki, onun təqdimatı dekabrın 27-də olacaq.