Braziliya futbol yığmasının və Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandasının hücumçusu Neymar uzun müddət futbol oynaya bilməyəcək.
LiderXəbər xəbər verir ki, DÇ-2026-ya vəsiqə qazanmaq uğrunda seçmə mərhələdə Uruqvay millisi ilə qarşılaşmada ağır zədələnən hücumçu əməliyyat olunacaq.
Neymarın ayağında ön çarpaz bağı və meniskdə yırtıq əmələ gəlib.
Onun 6-9 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir.