“Qarabağ” futbolçusu Dani Boltla yollarını ayırıb.
Liderxeber.az xəbər verir ki, Ağdam təmsilçisi bu barədə məlumat yayıb.
2025-ci ilin yayında “Qarabağ”a transfer olunan braziliyalı müdafiəçi komandanın heyətində 43 oyun keçirib və 1 qol vurub.
“Qarabağ” futbolçuya klubda çıxış etdiyi müddətdə göstərdiyi peşəkarlığa və komandanın uğurlarına verdiyi töhfəyə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.