• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Dünya çempionatına 3 gün qaldı: İngiltərə - "Üç aslan"

İdman

Bu gün, 09:15
Dünya çempionatına 3 gün qaldı: İngiltərə - "Üç aslan"

İngiltərə futbolu hazırda Premyer Liqanın gətirdiyi yüksək temp, fiziki güc və taktiki zənginliyin qızıl dövrünü yaşayır.

Heyətdəki, demək olar ki, hər bir futbolçunun öz klubunda lider olması komandaya inanılmaz bir hücum potensialı və rotasiya genişliyi qazandırır. İntizamlı və hücumameyilli futbol fəlsəfəsi ilə turnirin bir nömrəli favoritlərindən sayılan "Üç aslan" üçün qrup mərhələsində xal itkisi böyük sürpriz hesab oluna bilər.

Avropa nəhəngi futbolda 60 illik çempionluq həsrətinə son qoymağı hədəfləyir. Qeyd edək ki, "Üç aslan" sonuncu dəfə bu nüfuzlu kuboku 1966-cı ildə, öz doğma meydanında - "Uembli" stadionunda Qərbi Almaniyanı 4:2 hesabı ilə məğlub edərək başı üzərinə qaldırıb. O vaxtdan bəri komanda 1990-cı və 2018-ci illərdə iki dəfə yarımfinala yüksəlib, eyni zamanda, beş dəfə dörddəbir finalda mübarizə aparıb. Qitə miqyasında isə İngiltərə son iki Avropa Çempionatında gümüş medallarla kifayətlənib.

Liderxeber.az İngiltərə futbolunun keçmişinə, bu gününə və 2026-cı il gözləntilərinə nəzər salır.

Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - Üç aslan - VİDEO

Qaret Sautgeytin gedişindən sonra 2024-cü ilin oktyabrında Tomas Tuhel İngiltərə millisinin yeni baş məşqçisi təsdiqlənib, lakin o, vəzifəsinin icrasına növbəti ilin yanvarında başlayıb. "Üç aslan"ı çalışdıran üçüncü əcnəbi mütəxəssis olan almaniyalı futbolçu kimi təvazökar bir karyera yaşadıqdan sonra erkən yaşda butslarını mismardan asaraq məşqçiliyə keçid edib.

Həmyerlisi Yurgen Klopp kimi, Tuhel də məşqçilik karyerasına "Maynts"da başlayıb və daha sonra "Borussiya Dortmund"la böyük uğurlara imza atıb. İngiltərə yığmasının sükanı arxasına keçməzdən əvvəl o, PSJ, "Çelsi" və "Bavariya" klublarına titullar qazandırıb.

İngiltərənin ilk dünya çempionatı

1946-cı ildə yenidən FIFA-ya üzv olan İngiltərə, Dünya Kuboku həyəcanını ilk dəfə Braziliyada DÇ-1950-də yaşamışdı. Çili üzərində 2:0 hesablı qələbə debüt turniri üçün mükəmməl başlanğıc olmuş, lakin ardınca ABŞ və İspaniyaya qarşı 0:1 hesablı ardıcıl məğlubiyyətlər "Üç aslan"ın 2-ci qrupu ikinci sırada başa vuraraq yarışla erkən vidalaşması ilə nəticələnmişdi.

Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - Üç aslan - VİDEO

İngiltərənin son dünya çempionatı

İngiltərə DÇ-2022-də dörddəbir finalda gələcək vitse-çempion Fransaya məğlub olaraq böyük xəyal qırıqlığı yaşamışdı. "Üç aslan" turnirə Ər-Rayyanda İranın qapısından altı top keçirərək fırtına kimi başlamışdı. Bu nəticənin ardınca ABŞ ilə heç-heçə və Uels üzərində 3:0 hesablı qələbə gəlmişdi ki, bu da onlara B qrupunun zirvəsini təmin etmişdi. Qaret Sautgeytin komandası daha sonra Seneqalı üç cavabsız qolla məğlub edərək DÇ-2002-dən bəri pley-off mərhələsindəki ən böyük qələbəsini qazanmışdı.

Fransa ilə keçirilən dörddəbir final qarşılaşmasının ilk hissəsində Orelyen Çuameni "Xoruzlar"ı önə keçirmişdi. Fasilədən dərhal sonra Harri Keyn penalti ilə hesabı bərabərləşdirsə də, matçın bitməsinə 12 dəqiqə qalmış Olivye Jiru yenidən Fransanı üstün duruma gətirmişdi.

Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - Üç aslan - VİDEO

Oyunun sonuna beş dəqiqə qalmış Keyn penaltidən fərqlənmək üçün daha bir şans əldə etmiş, lakin onun zərbəsi qeyri-dəqiq olmuş və top qapı tirinin üstündən keçmişdi, beləliklə İngiltərə turnirlə vidalaşmışdı.

İngiltərənin ən yaxşı dünya çempionatı

İngiltərənin dünya çempionatlarındakı ən məşhur çıxışı 1966-cı ildə öz doğma meydanında qeydə alınıb. O zaman Alf Remsi Bobbi Çarlton, Bobbi Mur və Qordon Benks kimi ulduzların yer aldığı komandanı zəfərə daşımışdı. Dar 4-3-3 taktiki sxeminə görə "qanadsız möcüzələr" adlandırılan komanda Uruqvayla heç-heçə etmiş, ardınca Meksika və Fransanı məğlub edərək 1-ci qrupun lideri olmuşdu.

Argentinaya qarşı gərgin keçən matçda qələbədən sonra Portuqaliya üzərində 2:1 hesablı zəfər İngiltərəni "Uembli"də Qərbi Almaniya ilə unudulmaz finala çıxarmışdı. Son dərəcə gərgin keçən həlledici matçda İngiltərə iki dəfə hesabda geri düşsə də, Ceff Hörstün əlavə vaxtda vurduğu iki qol sayəsində həm final oyunları tarixində ilk het-trikə imza atmış, həm də komandasına 96 mindən çox azarkeş qarşısında möhtəşəm çempionluq qazandırmışdı.

Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - Üç aslan - VİDEO

İngiltərə DÇ-2026-ya vəsiqəni necə qazanıb?

İngiltərə 2025-ci ilin oktyabrında, seçmə mərhələnin bitməsinə iki tur qalmış qlobal turnirə biletini rəsmiləşdirən ilk Avropa ölkəsi kimi tarixə düşmüşdü. Tuhelin yetirmələri Serbiya, Albaniya, Latviya və Andorranın yer aldığı qrupda asanlıqla irəliləyərək, ilk altı oyunun hamısında qapılarını toxunulmaz saxlayıb qələbə qazanmışdılar və vəsiqəni rekord müddətdə təmin etmişdilər.

Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - Üç aslan - VİDEO

İngiltərə DÇ-2026-da L qrupunda Qana, Xorvatiya və Panama millilərinə qarşı mübarizə aparacaq.

L qrupu:

18 iyun, 00:00, İngiltərə - Xorvatiya (Dallas stadionu);

24 iyun, 00:00, İngiltərə - Qana (Boston stadionu);

28 iyun, 01:00, Panama - İngiltərə (Nyu-Cersi stadionu).

Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - Üç aslan - VİDEO

İngiltərənin dünya çempionatlarında ən çox qol vuran oyunçuları

Qari Lineker 1986-cı ildən bəri on qolla İngiltərənin dünya çempionatlarında ən çox qol vuran oyunçusu rekordunu əlində saxlayır. O, Meksikada keçirilən turnirdə altı dəfə, o cümlədən Polşaya qarşı het-trik edərək fərqlənmiş və "Adidas"ın "Qızıl buts" mükafatına sahib çıxmışdı. DÇ-1990-da daha dörd qol vursa da, o, komandasını gələcək çempion Qərbi Almaniyaya qarşı yarımfinal məğlubiyyətindən xilas edə bilməmişdi. DÇ-2018-də ən sərrast oyunçu adını qazanan Harri Keyn isə səkkiz qolla Linekerdən yalnız iki top geri qalır.

Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - Üç aslan - VİDEO

Xorvatiyanın dünya çempionatlarında ən çox oyun keçirən futbolçusu

Aktivində rekord sayda - 125 oyun olan Piter Şiltonun dünya kuboku matçlarında hər hansı digər ingilisdən daha çox iştirak etməsi heç də təəccüblü deyil. Lakin maraqlıdır ki, o, qlobal turnirdəki 17 matçından birincisinə 32 yaşında, İngiltərənin DÇ-1982-nin açılış oyununda Fransanı 3:1 hesabı ilə məğlub etdiyi görüşdə çıxmışdı.

Şilton daha sonra Meksika və İtaliyada keçirilən turnirlərdə "Üç aslan"ın qapısını qorumuşdu. Onun millidəki sonuncu matçı 1990-cı ildə, 40 yaşında olarkən turnirin ev sahiblərinə qarşı üçüncü yer uğrunda oyundakı məğlubiyyətə təsadüf etmişdi.

Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - Üç aslan - VİDEO

İngiltərənin ən böyük dünya çempionatı qələbəsi

DÇ-2018-də Tunislə matçın sonunda qazanılan 2:1 hesablı qələbədən sonra komandada özünəinam yüksək səviyyədə idi. İngiltərə DÇ-2006-dan bəri ilk dəfə açılış oyununda qələbə qazanmışdı. Onlar bu əminliyi Nijni Novqorodda Panama ilə növbəti qarşılaşmaya da daşımışdılar. Con Stounzun başla vurduğu iki qol, Harri Keynin iki penaltisi və Cessi Linqardın uzaq məsafədən möhtəşəm zərbəsi ilə İngiltərə fasiləyə 5:0 öndə yollanmışdı.

Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - Üç aslan - VİDEO

Bu, 1974-cü ildə Polşanın Haitiyə qarşı oyunundan bəri qrup mərhələsində qeydə alınan ilk belə nəticə idi. Keyn 60-cı dəqiqədən bir qədər sonra het-trikini rəsmiləşdirərək hesabı daha da böyütmüşdü.

Felipe Baloy sonda təsəlliverici qola imza atsa da, 6:1 hesablı zəfər İngiltərənin qlobal turnirlərdəki ən böyük qələbəsi olaraq qalır.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

İdman

22-05-2026, 09:37

Dünya çempionatına 20 gün qaldı: İSPANİYA - "Qırmızı furiya"

Ölkə

22-04-2024, 13:08

Birinci sinfə qəbul üzrə prioritet məktəblərin siyahısı açıqlanıb

İdman

25-04-2026, 09:29

Dünya çempionatına 47 gün qaldı: Cənubi Afrika Respublikası - "Bafana Bafana" - video

İdman

25-05-2026, 10:21

Dünya çempionatına 17 gün qaldı: SENEQAL - "Teranqa şirləri"

Ölkə
İnsanlar təhlükə altındadırlar: Yeni araşdırmanın nəticələri
İnsanlar təhlükə altındadırlar: Yeni araşdırmanın nəticələri
“Netanyahuya zəng edib cavab zərbəsi endirməməsini istəyəcəm”
“Netanyahuya zəng edib cavab zərbəsi endirməməsini istəyəcəm”
Ağstafanın Köçvəlili kəndinə içməli su verildi - Fotolar
Ağstafanın Köçvəlili kəndinə içməli su verildi - Fotolar
Sabah intensiv yağış yağacaq
Sabah intensiv yağış yağacaq
Siyasət
“Azərbaycanın aviasiya bazarı daha yetkindir”
Bu gün, 10:06
“Azərbaycanın aviasiya bazarı daha yetkindir”
Prezident Minifutbol Federasiyasına 1 milyon ayırdı
5-06-2026, 15:45
Prezident Minifutbol Federasiyasına 1 milyon ayırdı
İlham Əliyev onları təltif etdi - Siyahı
5-06-2026, 14:54
İlham Əliyev onları təltif etdi - Siyahı
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu ilə bağlı - Yenilik
5-06-2026, 13:46
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu ilə bağlı - Yenilik
Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı
2-06-2026, 14:39
Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı
“Zəngəzur dəhlizi Ağ Evdə imzalanmış sənədə əsasən mütləq inşa ediləcək”
1-06-2026, 11:13
“Zəngəzur dəhlizi Ağ Evdə imzalanmış sənədə əsasən mütləq inşa ediləcək”
Xəbər Lenti
  • Bu gün, 10:28
    Acqarına soyuq su içirsiniz? - Rusiyalı mütəxəssis təhlükədən danışdı
  • Bu gün, 10:06
    “Azərbaycanın aviasiya bazarı daha yetkindir”
  • Bu gün, 09:55
    Filippində güclü zəlzələ, ölənlər var
  • Bu gün, 09:36
    İsrail-İran qarşıdurması kritik həddə - Trampdan ilginc mövqe
  • Bu gün, 09:24
    İnsanlar təhlükə altındadırlar: Yeni araşdırmanın nəticələri
  • Bu gün, 09:15
    Dünya çempionatına 3 gün qaldı: İngiltərə - "Üç aslan"
  • Bu gün, 09:10
    7 il sonra Şimali Koreyaya getdi
  • Bu gün, 09:05
    İsrail İrana zərbə endirdi
  • Bu gün, 09:00
    İran İsraili bu raketlərlə vurub
  • Bu gün, 08:57
    Əraqçi hücumdan sonra onlara zəng etdi
  • Bu gün, 08:55
    “Netanyahuya zəng edib cavab zərbəsi endirməməsini istəyəcəm”
  • Bu gün, 08:50
    Suriyada da güclü partlayış səsləri eşidilib
  • Bu gün, 08:44
    İran 15 dəqiqə ərzində ikinci dəfə İsrailə raket atdı
  • Dünən, 14:24
    Sumqayıtda “Qurtuluş Kuboku – 2026” minifutbol turnirinə start verilib
  • Dünən, 20:55
    Ağstafanın Köçvəlili kəndinə içməli su verildi - Fotolar
  • Dünən, 15:47
    Bəhreynə zərbələr endirildi
  • Dünən, 14:20
    Ermənistan vətəndaş müharibəsinin astanasında
  • Dünən, 12:57
    Sankt-Peterburqa dron hücumu - Evdə qalmaq tövsiyə edildi
  • Dünən, 12:12
    Sabah intensiv yağış yağacaq
  • Dünən, 11:56
    İranın cavabı gecikmədi
  • 6-06-2026, 10:27
    Bakıda bu ərazilərdə söküntü planlaşdırılır
  • 6-06-2026, 09:48
    Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola düşüb
  • 6-06-2026, 09:46
    Millimiz Almaniya ilə qarşılaşacaq
  • 6-06-2026, 09:00
    İran ABŞ bazalarını hədəf aldı
  • 6-06-2026, 08:53
    Hörmüz üzərində 4 İran PUA-sı vuruldu
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə