Türkiyənin Milli Kəşfiyyat İdarəsi (MİT) İraqın Hakurk bölgəsində növbəti əməliyyatını keçirib.
Liderxeber.az “TRT Haber”ə istinadən xəbər verir ki, əməliyyat nəticəsində PKK/KCK terror qruplaşmasının üzvlərindən olan Zilan Azak öldürülüb. Onun kod adının “Sema Cuya Çevlik” olduğu bildirilir.
Məlumata görə, adıçəkilən terrorçu təşkilatın dron hücumlarında iştirak edirdi. Onun yerini MİT-in agentləri müəyyənləşdirib.
Z.Azak 2015-ci ildə terrorçuların sıralarına qoşulub.