İsrail ABŞ, Qətər və Misirin təklifinə uyğun olaraq, avqustun 15-də Qəzza razılaşmasını müzakirə etmək üçün nümayəndə heyəti göndərəcək.
Liderxeber.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.
Ofis danışıqların yerinin daha sonra açıqlanacağını, görüş zamanı Qəzza zolağı ilə bağlı sazişin icrasının təfərrüatlarının razılaşdırılacağını vurğulayıb.