Türkiyənin xarici işlər naziri Hakan Fidan ermənistanlı həmkarı Ararat Mirzoyanla telefon danışığı aparıb.
Liderxeber.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri diplomatik mənbələrə istinadən məlumat yayıb.
Telefon danışığı zamanı Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması məsələsi müzakirə olunub.
Nazirlər, həmçinin regional məsələləri də müzakirə ediblər.