“İsrail İranın hərbi müşaviri Səid Əbyarın ölümünə cavab verməlidir”.
Liderxeber.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-mayor Hüseyn Səlami açıqlayıb.
O, bu həftənin əvvəlində İsrailin Hələb kənarında təşkil etdiyi hücumda öldürülən iranlı hərbi müşaviri Səid Əbyarın ölümü ilə bağlı başsağlığı verib:
“Uşaq öldürən sionist cinayətkarlar bilməlidirlər ki, tökülən qanların əvəzini onlar verəcəklər”. Səid Əbyarın dəfn mərasimi çərşənbə axşamı Tehranda keçirilib.