Amerika Birləşmiş Ştatlarının hakimiyyət orqanları Çin və Filippin arasındakı ərazi gərginliyindən öz mənfəətləri üçün istifadə etməklə Cənubi Çin dənizində gərginliyin artmasında biabırçı rol oynayırlar.
Liderxeber.az xəbər verir ki, belə bir bəyanatla Çin Xarici İşlər Nazirliyi çıxış edib. “ABŞ son dərəcə biabırçı rol oynayır. Onlar öz geosiyasi məqsədlərinə çatmaq üçün Filippin tərəfinin qanunsuz hərəkətlərini dəstəkləyir və Cənubi Çin dənizi problemindən Çin ilə region dövlətləri arasında mövcud münasibətləri qızışdırmaq üçün istifadə edirlər”, - nazirlik qeyd edib.