• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Stoltenberq Ukraynanın Rusiya ərazisini vurmasını dəstəkləyib, lakin NATO-nun hər hansı iştirakına qarşıdır

Dünya

25-05-2024, 09:24
Stoltenberq Ukraynanın Rusiya ərazisini vurmasını dəstəkləyib, lakin NATO-nun hər hansı iştirakına qarşıdır

Ukraynanın tərəfdaş ölkələri Rusiya ərazisindəki hədəflərə zərbələr endirmək üçün öz silahlarından istifadəyə qoyulan qadağanı aradan qaldırmalıdır.

Liderxeber.az xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq “The Economist”ə müsahibəsində bildirib. Nəşrin qeyd etdiyi kimi, NATO baş katibləri adətən Alyansın ən böyük və ən mühüm üzvü olan Amerikanın siyasətini tənqid etmirlər. Lakin Stoltenberq bunu edib: birbaşa ABŞ-nin adını çəkmədən söhbətin kimdən getdiyini aydın göstərib. “Müttəfiqlərin Ukraynaya bağışladıqları silahların istifadəsinə qoyduğu bəzi məhdudiyyətləri ləğv edib-etməmək barədə düşünməyin vaxtı çatıb. Xüsusilə indi, Xarkov vilayətində, sərhədə yaxın ərazidə çoxlu döyüşlərin getdiyi vaxtda. Ukraynanın bu silahlardan Rusiya ərazisindəki qanuni hərbi hədəflərə qarşı istifadəsinin yasaqlanması onların özlərini müdafiə etmələrini çox çətinləşdirir”, – Baş katib bildirib. Stoltenberq rusiyalıların itkilərdən asılı olmayaraq sərhəd bölgəsində hücumlarını davam etdirəcəklərini və müəyyən ərazi qazancları əldə edəcəklərini vurğulayıb. “Biz bunun nə olduğunu yadda saxlamalıyıq. Bu, Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsidir. Ukraynanın özünü müdafiə etmək hüququ var. Bura Rusiya ərazisindəki hədəfləri vurmaq da daxildir”, – deyə Stoltenberq təkid edib. Eyni zamanda, Baş katib Avropa ölkələrinin silah tədarükü ilə bağlı öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilməməsini tənqid edib. “Avropalı müttəfiqlər bir milyon artilleriya mərmisi vəd edib. Biz ondan əsər-əlamət görmədik”, – o söyləyib. Bununla belə, Stoltenberq qeyd edib ki, NATO Rusiya ilə birbaşa qarşıdurmadan qaçınmalıdır. Eyni zamanda, o, silah tədarükü ilə hərbi əməliyyatlarda birbaşa iştirak arasında fərq gördüyünü vurğulayıb. “Biz təlimlər keçiririk, Ukrayna üçün silah, sursat tədarük edirik, lakin NATO ərazisindən Ukrayna üzərində və ya onun ərazisindəki hərbi əməliyyatlarda birbaşa iştirak etməyəcəyik, ona görə də bu, başqa məsələdir”, – o vurğulayıb və əlavə edib ki, NATO Ukraynaya qoşun göndərməyi nəzərdən keçirmir.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Dünya

3-04-2024, 14:19

Stoltenberq Ukraynaya hərbi yardımın gecikdirilməsindən narazıdır

Ölkə

23-04-2024, 09:20

Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO

Ölkə

14-04-2023, 13:46

Müharibə iştirakçıları və qazilərin nəqliyyat sahəsində hansı problemləri var?

Siyasət

13-01-2024, 14:57

Jalə Əhmədova: "Azərbaycan son 30 il ərzində qarşıya qoyduğu əsas hədəflərə nail olub"

Siyasət

18-03-2024, 14:35

Ceyhun Bayramov və NATO Baş katibi Ermənistanla normallaşma prosesini müzakirə edib

Ölkə
“15 dəqiqəlik şəhər” - Xırdalan 4 şəhər arasında öndədir
“15 dəqiqəlik şəhər” - Xırdalan 4 şəhər arasında öndədir
Sabah leysan olacaq, qar yağacaq
Sabah leysan olacaq, qar yağacaq
Bu müavinətlər artırılır - Əhaliyə şad xəbər
Bu müavinətlər artırılır - Əhaliyə şad xəbər
Yaşayış binasında yanğın - Sakinlər təxliyə olundu - Fotolar
Yaşayış binasında yanğın - Sakinlər təxliyə olundu - Fotolar
Siyasət
Prezidentdən Kamran İmanovla bağlı - Sərəncam
Dünən, 16:00
Prezidentdən Kamran İmanovla bağlı - Sərəncam
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Dünən, 15:09
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Prezident xanımı və qızı ilə Bakı Ekspo Mərkəzində - Foto
Dünən, 12:36
Prezident xanımı və qızı ilə Bakı Ekspo Mərkəzində - Foto
Azərbaycan və Türkmənistan həmkarlar ittifaqları arasında əməkdaşlıq müzakirə olundu - Fotolar
Dünən, 17:08
Azərbaycan və Türkmənistan həmkarlar ittifaqları arasında əməkdaşlıq müzakirə olundu - Fotolar
Prezident bu Agentliyin əsasnamə və strukturunu - Təsdiqlədi
Dünən, 16:13
Prezident bu Agentliyin əsasnamə və strukturunu - Təsdiqlədi
Əli Kərimli ilə müavininin məhkəməsi başladı
Dünən, 15:31
Əli Kərimli ilə müavininin məhkəməsi başladı
Xəbər Lenti
  • Bu gün, 00:04
    BMT sammitinin iştirakçıları “ASAN xidmət”in fəaliyyəti ilə tanış olublar
  • Bu gün, 00:00
    Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
  • Dünən, 23:58
    Polad Həşimovun anasının səhhətində ciddi problemlər yaranıb
  • Dünən, 16:16
    “15 dəqiqəlik şəhər” - Xırdalan 4 şəhər arasında öndədir
  • Dünən, 16:00
    Prezidentdən Kamran İmanovla bağlı - Sərəncam
  • Dünən, 15:09
    Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
  • Dünən, 14:39
    Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin anım günüdür
  • Dünən, 14:00
    Premyer Liqanın XI turu “Zəfər turu” elan edildi
  • Dünən, 13:45
    Sabah leysan olacaq, qar yağacaq
  • Dünən, 13:15
    “Gələn il dövlət büdcəsinin artımı əsasən vergi daxilolmaları hesabına olacaq”
  • Dünən, 13:08
    Bu müavinətlər artırılır - Əhaliyə şad xəbər
  • Dünən, 12:36
    Prezident xanımı və qızı ilə Bakı Ekspo Mərkəzində - Foto
  • Dünən, 12:20
    ASA doktorantının məqaləsi beynəlxalq nəşrdə dərc olunub
  • Dünən, 11:50
    Samvel və Narek Karapetyanın evlərində axtarış aparılır
  • Dünən, 11:47
    İrandan ABŞ-dəki seçkilərə - Reaksiya
  • Dünən, 11:26
    Yaşayış binasında yanğın - Sakinlər təxliyə olundu - Fotolar
  • Dünən, 11:08
    Əmək qabiliyyətini müvəqqəti itirənlərə bu qədər ödəniş veriləcək
  • Dünən, 10:57
    Qəbələdə ölkənin ən böyük qastronomiya tədbiri baş tutdu - Qastronomiya Sammiti 2026
  • Dünən, 10:00
    Telefon işığı beynimizi aldadırmış - Yuxusuz gecələrin səbəbi...
  • Dünən, 09:30
    ABŞ-də seçkilərin ilkin nəticələri açıqlanır - Demokratlar öndədir - Yenilənir
  • Dünən, 09:23
    Proxima Group-un yeni rəsmi veb-saytı istifadəyə verilib
  • Dünən, 09:15
    Bu yolda hərəkət məhdudlaşdırılacaq - Sürücülərin nəzərinə!
  • Dünən, 09:07
    Şəhər meydanına “Trampı öldürəcəyik” banneri asdılar - Fotolar
  • Dünən, 09:00
    PSJ-dən darmadağın, “Qalatasaray”dan inamlı qələbə - ÇL-də gecənin nəticələri
  • Dünən, 19:17
    Sürücülərin NƏZƏRİNƏ! - Sabah bu yolda hərəkət məhdudlaşdırılacaq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə