Moskvanın Basmannıy Rayon Məhkəməsi "Crocus"da törədilən terror aktı ilə bağlı iş üzrə təqsirləndirilən səkkizinci şəxsin həbsi barədə qərar qəbul edib.
LiderXəbər Rusiya mediasına istinadən xəbər verir ki, məhkəmə Əlişir Kasımov barəsində mayın 22-dək həbs qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb.
Əlişir Kasımov isə məhkəmədə bildirib ki, terrorçuların planlarından xəbəri olmayıb, sadəcə olaraq, "Avito" vasitəsilə onlara mənzil kirayə verib.