Misli Premyer Liqasında VII tur bu gün keçiriləcək iki qarşılaşma ilə davam edəcək.
Liderxeber.az xəbər verir ki, ikinci oyun günündə əvvəlcə Zirə İdman Kompleksinin stadionunda saat 17:00-da “Zirə” və “Şamaxı” komandaları qarşılaşacaq.
Günün digər matçında isə saat 19:30-da “SOCAR Polymer Arena”da “Sumqayıt” “Qəbələ”ni qəbul edəcək.
Misli Premyer Liqası
VII tur
10 oktyabr
17:00. “Zirə” – “Şamaxı”;
19:30. “Sumqayıt” – “Qəbələ”.