Rusiyanın Sankt-Peterburq şəhərinin Nevski rayonunda yerləşən “London Mall” ticarət mərkəzinə gələnlər bomba xəbərinə görə təxliyə olunub.
LiderXəbər xəbər verir ki, bu haqda Rusiya KİV məlumat yayıb.
Yaxınlıqdakı evlərin sakinləri sirena səslərini eşidib və təcili yardım maşınlarının ticarət mərkəzinə yaxınlaşdığını videoya çəkiblər. Hadisə yerinə polis, yanğınsöndürənlər və təcili yardım gəlib.
Bildirilib ki, evakuasiyaya səbəb şübhəli obyekt barədə məlumat olub.