Suriyanın Hələb şəhərində partlayışlar qeydə alınıb.
Liderxeber.az TASS-a istinadən xəbər verir ki, hadisə şəhərin kənarında yerləşən Əl-İs rayonu istiqamətində baş verib. Mülki müdafiə xidmətinin rəhbəri Feysəl Məhəmməd Əli "Al-Ikhbariya" telekanalına açıqlamasında bildirib ki, sözügedən ərazidə hərbi anbar yerləşir və orada döyüş sursatlarının detonasiyası baş verib.