• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Vaşinqtonda beynəlxalq akademik əməkdaşlıqla bağlı konfrans keçirildi - Fotolar

Dünya

21-08-2026, 17:46
Vaşinqtonda beynəlxalq akademik əməkdaşlıqla bağlı konfrans keçirildi - Fotolar

ABŞ-nin paytaxtında yerləşən dünyaca məşhur Corc Vaşinqton Universitetində (GW) “Bilikləri sərhədlərdən kənarda birləşdirmək: tədqiqat və beynəlxalq akademik əməkdaşlıq” mövzusunda konfrans keçirilib.

Liderxeber.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, ABŞ-Azərbaycan Akademiklər Şəbəkəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan və ABŞ arasında elmi, akademik və institusional əməkdaşlığın inkişaf perspektivləri geniş müzakirə olunub.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bu ölkəyə səfəri çərçivəsində konfransda iştirak və çıxış edib. Sədr çıxışında bildirib ki: “Müasir dövrdə akademik dairələr ölkələr arasında əlaqələrin möhkəmləndirilməsində, bilik və təcrübə mübadiləsinin genişləndirilməsində, eləcə də dövlətlər və xalqlar haqqında obyektiv və etibarlı məlumatların beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayır”. Corc Vaşinqton Universitetinin Azərbaycan universitetləri ilə əməkdaşlığını yüksək qiymətləndirən komitə sədri Azərbaycan diasporunun fəaliyyətində akademik əməkdaşlığın və elmi əlaqələrin xüsusi əhəmiyyət daşıdığını, bu cür tərəfdaşlıqların gələcəkdə birgə elmi layihələrin, davamlı akademik proqramların həyata keçirilməsi üçün mühüm zəmin yaratdığını bildirib, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu, nəticəyönümlü diaspor siyasətinin müxtəlif aspektlərinə diqqət çəkib.

Corc Vaşinqton Universitetinin Təhsil və İnsan İnkişafı üzrə Ali Məktəbinin qlobal təşəbbüslər üzrə dekan köməkçisi, professor Sevinc Məmmədova çıxışında ölkələrimiz arasındakı əlaqələrin akademik elmi dairələrdə müzakirəsini müsbət qiymətləndirib, konfransın təşkilinə göstərilən dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkürünü bildirib.

Konfrans çərçivəsində akademik əməkdaşlığa həsr olunan panel müzakirəsi təşkil olunub. Müzakirədə ABŞ-nin müxtəlif universitetlərində akademik fəaliyyətlə məşğul olan azərbaycanlı və xarici alim və professorlar, tədqiqatçılar iştirak edib. Corc Vaşinqton Universitetinin Kommunikasiya direktoru Turan Vatersin moderatorluğu ilə keçirilən paneldə komitə sədri Fuad Muradov, “GW Təhsil və İnsan İnkişafı Məzun Məktəbi”ndə Qlobal Təşəbbüslər üzrə dekan müavini Sevinc Məmmədova, “GW Təhsil və İnsan İnkişafı Məzun Məktəbi”nin dekanı və Təhsil Tədqiqatları professoru Lionel Hovard, Corctaun və Amerikan universitetlərində İdman Menecmenti proqramlarının təsisçisi, SEME konfransının həmtəsisçisi və icraçı direktoru Matt Vinkler, Corc Meyson Universitetində Siyasi Elmlər üzrə doktorant-tədqiqatçı, Təhlükəsizlik Siyasəti Araşdırmaları Mərkəzinin baş redaktoru Əli Məmmədov, “GW Mühəndislik və Tətbiqi Elmlər Məktəbi”ndə Elektrik Mühəndisliyi professoru və magistratura üzrə departament sədrinin müavini Can Korman çıxış ediblər. Çıxışlarda Azərbaycanla ABŞ arasında akademik və elmi əməkdaşlığın genişləndirilməsi, universitetlər arasında uzunmüddətli tərəfdaşlığın qurulması, birgə akademik tədqiqat proqramlarının inkişaf etdirilməsi, insan kapitalına investisiya qoyulması, bilik və təcrübə mübadiləsi məsələlərinə toxunulub, uzunmüddətli institusional tərəfdaşlıqların qurulması yolları nəzərdən keçirilib.

Müzakirələr zamanı ABŞ-dəki Azərbaycan icmasının akademik diplomatiyanın inkişafındakı rolu, soydaşlarımızın bilik, təcrübə və peşəkar əlaqələrinin Azərbaycan-ABŞ elmi əməkdaşlığının inkişafına verə biləcəyi töhfə barədə də fikir mübadiləsi aparılıb.

Panel müzakirəsi sual-cavab sessiyası ilə yekunlaşıb.

Qeyd edək ki, konfransda ABŞ-nin müxtəlif ştatlarında yaşayan azərbaycanlı alimlər iştirak edib. Tədbir Azərbaycan və ABŞ arasında akademik və elmi əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi, universitetlərarası əlaqələrin möhkəmləndirilməsi və beynəlxalq akademik şəbəkələrin genişləndirilməsi baxımından mühüm platforma kimi qiymətləndirilib.




Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

14-01-2026, 16:07

“Bu il 4 bakalavr tələbəmiz TAU-da işlə təmin olunub”

Siyasət

21-08-2026, 13:59

Prezident Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib

Siyasət

13-11-2025, 15:42

Prezident Özbəkistan mediasına müsahibə verib

---

16-07-2026, 23:12

Mingəçevir Dövlət Universiteti ilə Marmara Universiteti arasında Anlaşma Memorandumu imzalanıb

Ölkə
Bakı və Sumqayıtda peyvəndlənmə başlandı
Bakı və Sumqayıtda peyvəndlənmə başlandı
“İri Şəhərlərin Su Təchizatı”na yeni icraçı direktor təyin edildi
“İri Şəhərlərin Su Təchizatı”na yeni icraçı direktor təyin edildi
Metropoliten rəisinə yeni müavin təyin olundu - Foto
Metropoliten rəisinə yeni müavin təyin olundu - Foto
Qubada iki bələdiyyənin adı dəyişdirildi
Qubada iki bələdiyyənin adı dəyişdirildi
Siyasət
Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
Bu gün, 15:26
Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
Bu gün, 13:17
Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
Qırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi
Dünən, 17:14
Qırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi
Şimali Makedoniya rəhbəri İlham Əliyevə zəng etdi
Dünən, 14:00
Şimali Makedoniya rəhbəri İlham Əliyevə zəng etdi
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
19-10-2026, 16:30
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
“Türkiyə ilə viza rejiminin bərpası müzakirə oluna bilər”
19-10-2026, 15:42
“Türkiyə ilə viza rejiminin bərpası müzakirə oluna bilər”
Xəbər Lenti
  • Dünən, 17:05
    Bakı və Sumqayıtda peyvəndlənmə başlandı
  • Dünən, 16:55
    Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin binasını vurub
  • Dünən, 16:10
    Etiraz aksiyalarını qadağan edəcəklər
  • Dünən, 15:26
    Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
  • Dünən, 15:00
    “İri Şəhərlərin Su Təchizatı”na yeni icraçı direktor təyin edildi
  • Dünən, 14:11
    Metropoliten rəisinə yeni müavin təyin olundu - Foto
  • Dünən, 14:08
    ABŞ-yə cavab olaraq “bombaların atası”nı təqdim edəcəklər
  • Dünən, 13:38
    Paşinyan növbədənkənar seçkiləri istisna etmir
  • Dünən, 13:17
    Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
  • Dünən, 12:30
    Qubada iki bələdiyyənin adı dəyişdirildi
  • Dünən, 12:10
    Süni intellektlə yaradılmış 50 milyondan çox musiqi məhdudlaşdırıldı
  • Dünən, 11:32
    “Tramp” dəmir barmaqlıqlar arxasında
  • Dünən, 11:20
    Bu forumda Azərbaycana yeni birbaşa uçuşların açılması üzrə danışıqlar aparılır - Foto
  • Dünən, 11:09
    Payız niyə yaz kimi keçir?
  • Dünən, 10:51
    2 yaşlı uşaq su kanalında boğuldu
  • Dünən, 10:38
    “Atəşgah” Sığortanın maliyyə göstəricilərində artım qeydə alınıb
  • Dünən, 10:27
    Xaricə gedənlərin sayı azalıb
  • Dünən, 09:49
    “Təhdid edərək müzakirələrdən danışa bilməzsiniz”
  • Dünən, 09:35
    Atlantik okeana da adını vermək istəyib - “Google” “yox” deyib
  • Dünən, 09:17
    Bu qidalar insult və unutqanlıq yaradır
  • Dünən, 09:06
    İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
  • Dünən, 09:00
    Səudiyyə Ərəbistanında hava limanına hücum - Ölən və yaralananlar var
  • Dünən, 17:14
    Qırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi
  • Dünən, 16:25
    Kirayə mənzil mexanizmi ilə bağlı qaydalar dəyişdi
  • Dünən, 16:00
    “Judo Club 2012” Çempionlar Liqasında Azərbaycanı təmsil edəcək - İlk dəfə
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə