Qəzza ilə bağlı Sülh Şurası yaradılıb.
Liderxeber.az-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb.
“Şura üzvləri tezliklə elan ediləcək. Əminliklə deyə bilərəm ki, bu, istənilən vaxtda istənilən yerdə toplanmış ən böyük və ən nüfuzlu şuradır”, - deyə Tramp qeyd edib.