İsveçrə Federal Şurası Venesuela Prezidenti Nikolas Maduronun və onunla əlaqəli şəxslərin aktivlərinin dərhal dondurulması barədə qərar verib.
Liderxeber.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İsveçrə Nazirlər Kabinetinin bəyanatında deyilir.
Məlumata görə, qərarın məqsədi aktivlərin xaricə köçürülməsinin qarşısını almaqdır.
Xatırladaq ki, yanvarın 3-ü ABŞ hərbi qüvvələri Venesuelanın paytaxtı Karakasda və ətraf ştatlarda 11 strateji hədəfə genişmiqyaslı zərbələr endirib. Əməliyyat nəticəsində ölkə Prezidenti Nikolas Maduro xanımı Siliya Floreslə birlikdə ələ keçirilərək ölkədən çıxarılıb.