• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Kamboca ordusu Tailandla sərhəddə iki məbədi ələ keçirdi

Dünya

24-07-2025, 16:35
Kamboca ordusu Tailandla sərhəddə iki məbədi ələ keçirdi

Kamboca ordusu Tailandla sərhəddə iki məbədi ələ keçirib.

Liderxeber.az khmertimeskh.com-a istinadən xəbər verir ki, bu barədə Kamboca Müdafiə Nazirliyi məlumat yayıb.

"Tailandla şiddətli döyüşlərdə ordumuz ölkəmizin suveren ərazisi olan Ta Krabey və Ta Moan Tom məbədlərini, eləcə də Mom Bei bölgəsini ələ keçirib", - Müdafiə Nazirliyindən bildirilib.

Nazirlik Tailand ordusunu qəsdən mülki insanların yaşadığı yerlərə atəş açmaqda da ittiham edib.

Kamboca tərəfinin itkiləri ilə bağlı məlumat verilməyib.

Tailand Səhiyyə Nazirliyi isə 12 tailandlının öldüyünü və 31 nəfərin yaralandığını xəbər verib.

12:56

Kambocadan endirilən raket zərbələri zamanı Tailandda bir hərbçi və 11 mülki şəxs həlak olub.

Liderxeber.az-ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərlə keçirdiyi brifinqdə krallığın səhiyyə naziri Somsak Thepsuthin bildirib.

Onun sözlərinə görə, bir sıra mülki obyektlərə hücum edilib. O cümlədən, beş xəstəxananın yerləşdiyi yerlərə zərbələr endirilib.

Tailand Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir ki, Kambocanı sərhəd bölgələrində beynəlxalq hüququ pozan qanunsuz hərəkətləri dayandırmağa çağırıblar.

10:56

Tailand Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri sərhəddəki gərginliyin artması ilə əlaqədar Kamboca ordusunun mövqelərini bombalayıb.

Liderxeber.az xəbər verir ki, bu barədə "Khmer Times" qəzeti məlumat yayıb.

Belə ki, saat 11:30-da (Bakı vaxtı ilə 08:30 - red.) Tailand Hərbi Hava Qüvvələrinə məxsus "F-16" qırıcıları Preaxvixea əyalətindəki mübahisəli sərhəd zonası boyunca Kambocaya məxsus hərbi mövqelərə zərbələr endirib.

Məlumatda qeyd olunur ki, toqquşmalar səhər saat 7:30-də (Bakı vaxtı ilə 04:30 - red.) Oddar-Miençey vilayətində mübahisəli sərhəd bölgəsi yaxınlığında başlayıb.

Yerli sakinlər şiddətli atışma və partlayış səsləri eşitdiklərini bildiriblər ki, bu da hər iki tərəfin ağır silahlardan istifadə edə biləcəyini göstərir.

10:48

Tailandın xarici işlər naziri Maris Sanqiamponqsa bu gün Nyu-Yorkda yerləşən Birləşmiş Millətlər Təşkilatında(BMT) Kamboca və Tailand arasındakı gərginliyi müzakirəyə çıxaracaq.

Liderxeber.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Tailand diplomatik missiyası məlumat yayıb

Tailandın XİN rəhbəri Yaponiya və Rusiyadan olan nümayəndələrlə də görüşəcək.

Məlumatda həmçinin qeyd olunur ki, vəziyyətin gərginləşməsi fonunda Tailand Kamboca ilə həmsərhəd olan dörd əyalətin sakinlərinin evakuasiyasına göstəriş verib.

08:40

Kamboca və Tailand arasındakı mübahisəli sərhəddə silahlı toqquşma baş verib.

Liderxeber.az-ın məlumatına görə, bu barədə "Reuters" agentliyi hər iki tərəfin hərbi qüvvələrinə istinadən məlumat yayıb.

"Tailand və Kamboca arasında silahlı toqquşmalar səhər tezdən başlayıb", - nəşrdə qeyd olunur.

Eyni zamanda, agentliyin məlumatına görə, hər iki tərəfin hərbi qüvvələri bir-birini ilk atəşi açmaqda ittiham ediblər.

Tailand hərbçilərinin bəyanatına əsasən, Kamboca mübahisəli ərazidə yerləşən Ta Moan Thom məbədi yaxınlığında atəş açıb. Tailand tərəfi iddia edir ki, Kamboca hərbçiləri kəşfiyyat məqsədilə pilotsuz uçuş aparatı (PUA) istifadə edib, daha sonra isə guya ağır silahlarla bu əraziyə qoşun göndərmək niyyətində olub.

Kamboca Müdafiə Nazirliyinin nümayəndəsi "Reuters"ə bildirib ki, krallığın Silahlı Qüvvələri özünümüdafiə məqsədilə cavab verib.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

9-10-2024, 09:14

Hadrutun işğaldan azad olunmasından dörd il ötür - "Qeyri-bərabər döyüşdə düşməni darmadağın etdik"

Ölkə

15-06-2024, 15:56

Xocalıdakı raket kompleksi Hərbi Qənimətlər Parkında

Ölkə

26-12-2023, 15:22

Peşə məktəbləri üçün dərsliklərin hazırlanması qaydası təsdiq edilib

Ölkə

26-06-2025, 09:00

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 107 ili tamam olur

Ölkə
53 nömrəli məktəbdə geyimlə bağlı qərara nəzarət olunur - Fotolar
53 nömrəli məktəbdə geyimlə bağlı qərara nəzarət olunur - Fotolar
Pensiya artımları ilə bağlı - Açıqlama
Pensiya artımları ilə bağlı - Açıqlama
Sabah hava necə olacaq?
Sabah hava necə olacaq?
Əsgərlikdən yayınan 9 çağırışçıya məhkəmə-tibbi ekspertizası təyin olunub
Əsgərlikdən yayınan 9 çağırışçıya məhkəmə-tibbi ekspertizası təyin olunub
Siyasət
İlham Əliyevlə Hun Manet mətbuata bəyanatlarla çıxış etdi - Foto
Bu gün, 12:00
İlham Əliyevlə Hun Manet mətbuata bəyanatlarla çıxış etdi - Foto
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına - Müraciət
10-10-2026, 12:05
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına - Müraciət
“Xəzər bizim ümumi sərvətimizdir”
9-10-2026, 17:17
“Xəzər bizim ümumi sərvətimizdir”
Prezidentin Pezeşkianla görüşü keçirilir
9-10-2026, 14:17
Prezidentin Pezeşkianla görüşü keçirilir
Prezidentlər sammitdə yenidən bir arada - Fotolar
9-10-2026, 14:00
Prezidentlər sammitdə yenidən bir arada - Fotolar
“Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır”
9-10-2026, 11:00
“Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır”
Xəbər Lenti
  • Bu gün, 14:12
    53 nömrəli məktəbdə geyimlə bağlı qərara nəzarət olunur - Fotolar
  • Bu gün, 13:27
    Pensiya artımları ilə bağlı - Açıqlama
  • Bu gün, 12:19
    Sabah hava necə olacaq?
  • Bu gün, 12:00
    İlham Əliyevlə Hun Manet mətbuata bəyanatlarla çıxış etdi - Foto
  • Bu gün, 11:58
    Əsgərlikdən yayınan 9 çağırışçıya məhkəmə-tibbi ekspertizası təyin olunub
  • Bu gün, 11:33
    “Məktəb və universitetlər radikal çağırışların meydanına çevrilməməlidir”
  • Bu gün, 11:25
    Husilərə görə həmin diplomatlara yeni məhdudiyyətlər tətbiq edildi
  • Bu gün, 10:47
    Neft tankeri Hörmüzdə minaya düşdü
  • Bu gün, 10:08
    Xəzər rayonunda müşavirə - Bir sıra şəxslər cəzalandırıldı - Fotolar
  • Bu gün, 09:23
    "Instagram" və "TikTok"un fəaliyyətində problem yarandı
  • Bu gün, 09:00
    Bu ərazilərdə işıq olmayacaq
  • Bu gün, 08:48
    “Zelenski bu məsuliyyəti üzərinə götürməyə hazır deyil”
  • 10-10-2026, 13:21
    Dünyanın ən çirkli havası olan şəhəri bilindi
  • 10-10-2026, 12:15
    Mayamidəki görüşü vaxtından əvvəl bitirdilər
  • 10-10-2026, 12:05
    Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına - Müraciət
  • 10-10-2026, 11:15
    Bəzi ərazilərdə güclü leysan olub, şimşək çaxıb
  • 10-10-2026, 11:12
    Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə - Dövlət Komissiyasının yeni tərkibi
  • 10-10-2026, 11:08
    Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - Siyahı
  • 10-10-2026, 10:48
    Moskvanın 4 aeroportunda uçuşlar dayandırıldı
  • 10-10-2026, 10:21
    “Dünyada orta ömür uzunluğu 73, Azərbaycanda 77-dir”
  • 10-10-2026, 09:44
    Daha 4 cüdoçumuz tatamiyə çıxır
  • 10-10-2026, 09:11
    Bu ölkədə gecə saatlarında spirtli içki satışını yasaqlayırlar
  • 10-10-2026, 09:00
    “Şamaxı” “Zirə”yə, “Sumqayıt” “Qəbələ”yə qarşı
  • 9-10-2026, 17:35
    Xanım boksçumuz Avropa çempionatının finalında
  • 9-10-2026, 17:17
    “Xəzər bizim ümumi sərvətimizdir”
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə