• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Dövlət Komissiyası: Bu günədək 613 şəxsə aid meyit qalıqları aşkar edilərək götürülüb

Cəmiyyət

30-08-2024, 11:38
Dövlət Komissiyası: Bu günədək 613 şəxsə aid meyit qalıqları aşkar edilərək götürülüb

Bu günədək ümumilikdə 613 şəxsə aid meyit qalıqları aşkar edilərək götürülüb.

Liderxeber.az xəbər verir ki, bu, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri Qəzənfər Əhmədovun AZƏRTAC-da dərc edilən məqaləsində əksini tapıb.

Qeyd edilib ki, hazırkı dövrədək erməni işğalından azad olunmuş ərazilərdə aparılmış qazıntılar zamanı 18 kütləvi məzarlıq aşkarlanmış və həmin məzarlıqlardan 169 şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları müəyyən olunaraq istintaq orqanlarının nümayəndələrinin iştirakı ilə ekshumasiya edilib. Həmin meyit qalıqlarının eyniləşdirilməsi prosesində onlardan 59 nəfərinin Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərə aid olduğu müəyyənləşdirilib.

Bununla yanaşı, Ermənistanın işğalından azad edilmiş ərazilərdə aparılmış genişmiqyaslı tikinti-quruculuq işləri və həyata keçirilmiş digər təxirəsalınmaz tədbirlər nəticəsinə 259 şəxsə aid meyit qalıqları aşkar olunaraq ekshumasiya edilmişdir. Bu istiqamət üzrə 16 nəfər itkin-şəhidin şəxsiyyəti eyniləşdirilib.

Eyni zamanda, Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuş və respublikanın 13 şəhər və rayonunun ərazisində yerləşən 21 qəbiristanlıqdakı naməlum şəhid məzarlarından 185 nəfərə aid meyit qalığı ekshumasiya edilib. Naməlum məzarlıqlar üzrə 74 itkin-şəhidin şəxsiyyəti eyniləşdirilib. Bu günədək ümumilikdə 613 şəxsə aid meyit qalıqları aşkar edilərək götürülüb.

Meyit qalıqlarının məhkəmə molekulyar-genetik ekspertizasının nəticəsi olaraq, Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 149 nəfərin şəxsiyyəti eyniləşdirilərək ictimaiyyətə açıqlanıb.

Bundan başqa, aidiyyəti dövlət qurumları tərəfindən aparılmış axtarışlar nəticəsində cari ilin iyul ayının 3-də Kəlbəcər rayonu, İstisu qəsəbəsindəki Yüzbulaq yaylağının ərazisində tapılmış meyit qalıqlarının ekspertizası nəticəsində onların 3 mart 2022-ci ildə hava şəraitinin qəfil dəyişməsi səbəbindən istiqaməti itirərək itkin düşmüş Azərbaycan Ordusunun iki əsgərinə aid olduğu müəyyən edilib. Bununla da meyit qalıqları eyniləşdirilmiş itkin şəxslərin sayı 151 olub.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

30-08-2024, 10:01

Bu gün Beynəlxalq İtkinlər Günüdür

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

26-01-2024, 17:32

Baş Prokurorluqda geniş kollegiya iclası keçirilib - FOTO

Siyasət

14-02-2024, 10:42

Azərbaycan hər iki tərəfə aid itkin düşmüş şəxslərin axtarışlarının təmin edilməsi üzrə Ermənistanla əməkdaşlığa hazırdır

Ölkə

18-04-2023, 12:08

Firad Əliyev: Kütləvi məzarlıqlarla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir

Ölkə
“2 TIR mal yolda olarkən sənədləri saxtalaşdırdılar” - İş adamı ortağından şikayətçidir
“2 TIR mal yolda olarkən sənədləri saxtalaşdırdılar” - İş adamı ortağından şikayətçidir
Bu yolda cərimələnə bilərsiniz
Bu yolda cərimələnə bilərsiniz
Prezident qəbul keçirdi - Fotolar
Prezident qəbul keçirdi - Fotolar
İraqda Səddam Hüseynə məxsus təyyarə satışa çıxarılıb
İraqda Səddam Hüseynə məxsus təyyarə satışa çıxarılıb
Siyasət
Pərviz Şahbazova yeni vəzifə verildi
Bu gün, 16:33
Pərviz Şahbazova yeni vəzifə verildi
Prezidentdən müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı - Sərəncam
Bu gün, 15:48
Prezidentdən müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı - Sərəncam
Prezidentdən Asif Əsgərovla bağlı - Sərəncam
Bu gün, 10:52
Prezidentdən Asif Əsgərovla bağlı - Sərəncam
Prezidentin Hanoyda rəsmi qarşılanma mərasiminə hazırlıqdan
21-11-2026, 10:41
Prezidentin Hanoyda rəsmi qarşılanma mərasiminə hazırlıqdan
Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
20-11-2026, 12:40
Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
İlhamə Abdullayeva bu vəzifəyə təyin olunub
20-11-2026, 09:42
İlhamə Abdullayeva bu vəzifəyə təyin olunub
Xəbər Lenti
  • Bu gün, 17:05
    Günəş tutulmasına baxan məşhur futbolçu gözlərindən əməliyyat olundu
  • Bu gün, 17:00
    Paşinyan və Tramp TRIPP layihəsinə start verdilər
  • Bu gün, 16:36
    “2 TIR mal yolda olarkən sənədləri saxtalaşdırdılar” - İş adamı ortağından şikayətçidir
  • Bu gün, 16:33
    Pərviz Şahbazova yeni vəzifə verildi
  • Bu gün, 15:48
    Prezidentdən müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı - Sərəncam
  • Bu gün, 15:12
    Qurban Qurbanov 900-cü oyununu keçirdi
  • Bu gün, 14:00
    “Sabah” - “Barselona” oyununun hakimləri açıqlandı
  • Bu gün, 13:40
    Bu yolda cərimələnə bilərsiniz
  • Bu gün, 12:37
    Prezident qəbul keçirdi - Fotolar
  • Bu gün, 10:52
    Prezidentdən Asif Əsgərovla bağlı - Sərəncam
  • Bu gün, 10:48
    Yeni Konstitusiya qəbul edildikdən sonra sülh sazişinin imzalanacağına söz verdi
  • Bu gün, 09:20
    Pentaqon senatorların İranla müharibə barədə məlumatlara çıxış imkanlarını məhdudlaşdırıb
  • Bu gün, 09:15
    İraqda Səddam Hüseynə məxsus təyyarə satışa çıxarılıb
  • Bu gün, 09:09
    Çində uçan avtomobil sınaqdan keçirildi
  • Bu gün, 09:04
    Həmin qəzada ölən aparıcı sərnişin olub
  • Bu gün, 09:00
    Bu yollarda tıxac var - Siyahı
  • Dünən, 13:12
    Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
  • 21-11-2026, 14:52
    Neftçalada YAP-ın 34-cü ildönümü münasibətilə tədbir keçirilib - FOTOLAR
  • 21-11-2026, 12:43
    “Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...”
  • 21-11-2026, 11:54
    Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin doğum günüdür
  • 21-11-2026, 11:00
    Şəki COP31 çərçivəsində dünyanın 69 şəhəri sırasında təqdim olundu
  • 21-11-2026, 10:41
    Prezidentin Hanoyda rəsmi qarşılanma mərasiminə hazırlıqdan
  • 21-11-2026, 10:26
    Bu gün Premyer Liqada daha 2 oyun var
  • 21-11-2026, 10:15
    Sumqayıtda yol yenə çökdü - Foto
  • 21-11-2026, 09:45
    Tibbdə inqilabi yenilik: İnsan dərisini əvəz edəcək texnologiya hazırlandı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə