• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Bu gün Beynəlxalq İtkinlər Günüdür

Ölkə

30-08-2024, 10:01
Bu gün Beynəlxalq İtkinlər Günüdür

Bu gün Beynəlxalq İtkinlər Günüdür.

Liderxeber.az xatırladır ki, avqustun 30-u dünyada baş verən silahlı münaqişələr, zorakılıq halları, miqrasiya və təbii fəlakətlər nəticəsində itkin düşmüş yüz minlərlə insanı yad etmək, onların ailələrinə dəstək olmaq məqsədilə əlamətdar gün kimi qeyd olunur.

Ermənistan-Azərbaycan münaqişəsinin başa çatmasına baxmayaraq, münaqişə zamanı Ermənistan tərəfindən əsir və girov götürülmüş minlərlə soydaşımızın 3 mindən çoxu hələ də itkin düşmüş şəxs kimi qeydiyyatdadır.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı Ermənistan tərəfindən bir çox beynəlxalq hüquq normaları, o cümlədən beynəlxalq humanitar hüququn tələbləri kobud şəkildə pozulub.

Müharibə qaydalarına zidd olaraq, mülki əhali qorunmayıb, əksinə, onlar girov götürülüb və bir çox hallarda öldürülüb. Bir çox hallarda əsir və girovlara ağlasığmaz işgəncələr verildikdən sonra onlar öldürülüb. İşgəncələrin izlərinin itirilməsi məqsədilə onların meyitləri belə Azərbaycan tərəfinə təqdim edilməyib.

Ermənistan tərəfi əsir-girovlarla barbar kimi davranıb. Onların nümayişkaranə şəkildə alçaldılması və təhqir edilməsi, təhqiredici vəziyyətə salınaraq yaşayış məntəqələrində gəzdirilməsi, müxtəlif telekanallara çıxarılaraq öz ölkəsinin əleyhinə müsahibələr verməyə məcbur ediblər. Həmçinin düşmən tərəfindən əsir və girov götürülən şəxslər biri-birinin əleyhinə ifadələr verməyə, biri-birinə qarşı fiziki zorakılıq, alçaldıcı və təhqiredici əməllər törətməyə məcbur ediliblər.

Düşmən onları yaşına və cinsinə məhəl qoymadan dəhşətli işgəncələr altında və qeyri-insani şəraitdə saxlayıb. Onlar həmçinin Ermənistanda ağır cinayətlər törətmiş erməniəsilli şəxslərlə birlikdə həbsxanalarda saxlanılaraq daha da ağır işgəncələrə məruz qalıblar. Təbii ki, ermənilərin əsir və girov götürdüyü Azərbaycan vətəndaşlarına qarşı həyata keçirdikləri vəhşiliklər sözlə ifadə olunmayacaq qədər ağırdır.

Unutmayaq ki, bu işgəncələri həyata keçirən düşmən tarixdə misli görünməmiş Ballıqaya, Qaradağlı, Xocalı və Ağdaban qətliamlarının müəllifi olub.

Ermənilər bununla da itkin düşmüş vətəndaşlarımızın işgəncəyə məruz qalmamaq, qanun qarşısında şəxsiyyət kimi tanınmaq hüququ, azadlıq, toxunulmazlıq hüququ və yaşamaq hüququnu pozublar. Eyni zamanda, Ermənistan tərəfindən itkin düşmüş şəxslərin qohumları haqqında məlumat almaq hüququ pozulur.

Ermənistan tərəfi itkin düşmüş Azərbaycan vətəndaşlarının tapılması ilə bağlı əməkdaşlıq etmir. Aydındır ki, əsir və girov götürdüyü insanlara beynəlxalq hüquq normalarına zidd olaraq davranan və əksər hallarda onları vəhşiliklə öldürən Ermənistan tərəfi öz cinayətkar əməllərinin ortaya çıxmasının qarşısını almaq məqsədilə bu istiqamətdə əməkdaşlıqdan boyun qaçırır. 1993-cü ilin aprel ayında Kəlbəcər rayonunun işğalı zamanı Azərbaycanın aidiyyəti dövlət qurumlarının radio əks-kəşfiyyat xidməti tərəfindən Ermənistanın Azərbaycan xalqına qarşı belə hərbi cinayətlərindən biri ifşa edilib.

Əldə edilmiş materialda Ermənistanın Basarkeçər rayonundakı qərargah radiostansiyasından Kəlbəcər döyüş bölgəsindəki baş radiostansiyaya bölgədəki bütün səyyar radiostansiyalara təcili əmr verilib ki, əsir və girov götürülmüş Azərbaycan vətəndaşları, o cümlədən qocalar, qadınlar və uşaqlar təcili məhv edilib, basdırılsın. Məqsəd isə törətdikləri cinayətlərin izlərinin həmin vaxt döyüş bölgəsinə gələn beynəlxalq nümayəndə heyətindən gizlətmək olub. Bir sıra hallarda, Beynəlxalq Qırmızı Xaç Komitəsində (BQXK) əsir və girov kimi qeydiyyatda olan soydaşlarımız belə sonradan ya öldürülüb, ya da yoxa çıxarılıb.

Məsələn, 1998 və 2001-ci illərdə Azərbaycana verilən rəsmi məlumatlara əsasən hərbi əməliyyatların gedişində Ermənistan tərəfindən əsir-girov götürülmüş 54 Azərbaycan vətəndaşına Ermənistanda və keçmiş işğal edilmiş ərazilərimizdə BQXK tərəfindən saxlanma yerlərində baş çəkilib və onlar bu qurumun rəsmi qeydiyyatında olublar. Lakin sonradan Ermənistan həmin 54 nəfərdən 17 nəfərini öldürərək, onların meyitlərini qaytarıb, digərlərinin isə taleyi naməlum qalıb.

Əsir-girovların hədə-qorxu və şantaj vasitəsi ilə erməni xüsusi xidmət orqanları tərəfindən məcburi əməkdaşlığa cəlb edilməsi və Azərbaycan Respublikasına qarşı terror-təxribat əməlləri törətməyə təhriki faktları da mövcuddur. Beynəlxalq humanitar hüquq normalarının Ermənistan tərəfindən pozulmasının ən qabarıq nümunəsi Xocalı soyqırımıdır. 1992-ci il fevralın 26-da Xocalı şəhəri Ermənistan tərəfindən tam mühasirəyə alaraq yerlə yeksan edilib, dinc əhali pusquya salınaraq onlara divan tutulub. 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca vəhşicəsinə öldürülüb. 8 ailə tamailə məhv edilib, 25 uşaq hər iki, 130 uşaq valideynlərindən birini itirib. Aralarında 76 uşağın olduğu 487 nəfər yaralanıb.

Xocalı soyqırımı zamanı yüzlərlə azərbaycanlı əsir və girov götürülüb. Onlardan 196 nəfərin, o cümlədən 36 nəfər uşaq, 65 nəfər qadının taleyi naməlum olaraq qalmaqdadır.

Hər bir dövlətin qeyd edilən cinayətlər və insan hüquqları pozuntularının təhqiqatının aparılması, günahkarların məsuliyyətə cəlb edilməsi, belə pozuntuların təkrar olunmasının qarşısının alınması, eləcə də qurbanların ailələrinin müvafiq hüquqlarının təmin edilməsi ilə bağlı öhdəlikləri mövcuddur.

Azərbaycan da itkin düşmüş vətəndaşlar və onların ailə üzvləri ilə bağlı beynəlxalq hüquq və milli qanunvericiliyin tələblərinə uyğun olaraq bütün müvafiq tədbirləri həyata keçirir. Ölkədə əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası fəaliyyət göstərir. Komissiya əsir və girov götürülmüş şəxslərin vətənə qaytarılması, itkin düşənlərin axtarılması ilə əlaqədar tədbirlər həyata keçirir, bu sahədə müvafiq dövlət orqanlarının, ictimai və beynəlxalq təşkilatların fəaliyyətini əlaqələndirir, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlar haqqında məlumatları toplayır, bu məlumatların qeydiyyatını və sistemləşdirilməsini təmin edir və Komissiyaya həvalə edilən digər vəzifələri həyata keçirir.

Azərbaycan beynəlxalq səviyyədə itkin düşmüş və girov götürülmüş insanlar məsələsinə qlobal diqqəti cəlb etmək məqsədilə iş aparır. Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasında "İtkin düşmüş şəxslər" ilə bağlı iki ildən bir qətnamə qəbul edilir. Azərbaycan, eyni zamanda, BMT-nin Qadınların Statusu üzrə Komissiyasında qəbul edilən "Silahlı münaqişələr zamanı girov götürülmüş qadınlar və uşaqların azad edilməsi haqqında" adlı qətnamənin əsas təşəbbüskarıdır.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Cəmiyyət

3-08-2024, 12:20

Dövlət Komissiyası: Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3 961 nəfər itkin düşüb

Ölkə

26-01-2024, 17:32

Baş Prokurorluqda geniş kollegiya iclası keçirilib - FOTO

Ölkə

24-02-2023, 19:45

Azərbaycan XİN Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı bəyanat yayıb

Ölkə

30-08-2024, 11:29

Hikmət Hacıyev: Ermənistan kütləvi məzarlıqların, o cümlədən Milli Qəhrəman Natiq Qasımovun qalıqlarının dəqiq yerini bildirməlidir

Ölkə
8 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
8 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
İlham Əliyev ailəsi ilə Xocalıya getdi
İlham Əliyev ailəsi ilə Xocalıya getdi
Azərbaycana ən çox bu ölkələrdən turistlər gəlib
Azərbaycana ən çox bu ölkələrdən turistlər gəlib
Şeyxin oğlu vəzifəsindən azad edildi
Şeyxin oğlu vəzifəsindən azad edildi
Siyasət
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Bu gün, 12:41
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Azərbaycan və Ermənistanın XİN rəhbərlərinin müavinləri Cenevrədə görüşdü - Fotolar
Dünən, 17:37
Azərbaycan və Ermənistanın XİN rəhbərlərinin müavinləri Cenevrədə görüşdü - Fotolar
KOBİA ilə AZPROMO birləşdirildi - Yeni Agentlik yaradıldı
Dünən, 16:16
KOBİA ilə AZPROMO birləşdirildi - Yeni Agentlik yaradıldı
Bu halda investisiyalar dövlət tərəfindən alınacaq
Dünən, 12:00
Bu halda investisiyalar dövlət tərəfindən alınacaq
Aprelin 1-dən hərbi xidmətə çağırılacaqlar - Sərəncam
23-02-2026, 11:53
Aprelin 1-dən hərbi xidmətə çağırılacaqlar - Sərəncam
Səfirlik iğtişaşlar fonunda Meksikada olan Azərbaycan vətəndaşlarına çağırış etdi
23-02-2026, 09:00
Səfirlik iğtişaşlar fonunda Meksikada olan Azərbaycan vətəndaşlarına çağırış etdi
Xəbər Lenti
  • Dünən, 17:06
    8 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
  • Dünən, 16:38
    İlham Əliyev ailəsi ilə Xocalıya getdi
  • Dünən, 15:34
    Azərbaycana ən çox bu ölkələrdən turistlər gəlib
  • Dünən, 15:02
    Şeyxin oğlu vəzifəsindən azad edildi
  • Dünən, 14:42
    Bayram günlərində qatarla səyahət planlaşdıranların diqqətinə
  • Dünən, 14:26
    Sosial ödənişlərin verilməsi bu tarixdə yekunlaşacaq
  • Dünən, 12:41
    İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
  • Dünən, 12:14
    Anar Kərimova daha bir vəzifə verildi
  • Dünən, 11:17
    Bakının mərkəzində bəzi yollar bağlanacaq
  • Dünən, 11:15
    Əsrin sonunadək dünyada ən çox insan bu dinə inanacaq
  • Dünən, 11:04
    Tableti əzməzdən əvvəl iki dəfə düşünün: Təhlükəli ola bilər
  • Dünən, 10:22
    Abbas Əraqçı: "ABŞ ilə misilsiz saziş bağlamaq üçün tarixi fürsətimiz var"
  • Dünən, 10:19
    ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi
  • Dünən, 10:01
    İstirahətsiz iş həyatı məhv edir: Rusiyalı psixoloqdan xəbərdarlıq
  • Dünən, 09:47
    Oturaq həyat ölüm riskini artırır? - Alimlərdən mühüm nəticə
  • Dünən, 09:22
    Türkiyədə "F-16" qəzaya uğradı, pilot şəhid oldu
  • Dünən, 09:16
    Keçmiş məcburi köçkünlərin daha bir qrupu doğma Horovlu kəndinə qayıdır
  • Dünən, 09:09
    Növbə İrana çatdı - CIA-dan çağırış
  • Dünən, 09:00
    "Qarabağ" UEFA Çempionlar Liqasında mübarizəni dayandırdı
  • Dünən, 08:52
    Elgizlə Tolikin verilişi bağlanır
  • Dünən, 17:37
    Azərbaycan və Ermənistanın XİN rəhbərlərinin müavinləri Cenevrədə görüşdü - Fotolar
  • Dünən, 16:54
    Səhiyyə Nazirliyindən qanunsuz yoxlamalarla bağlı - Xəbərdarlıq
  • Dünən, 16:36
    Qanunsuz balıq ovuna qarşı mübarizə tədbirləri aparılır
  • Dünən, 16:16
    KOBİA ilə AZPROMO birləşdirildi - Yeni Agentlik yaradıldı
  • Dünən, 14:48
    Xalq artisti: "Yolunu azanlara məsləhət verdim"
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə