• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Normadan çox yüklənən avtomobillərin kameralarla cərimələnməsinə görə icraatın aparılması qaydası dəyişir

Cəmiyyət

4-06-2024, 17:45
Normadan çox yüklənən avtomobillərin kameralarla cərimələnməsinə görə icraatın aparılması qaydası dəyişir

Normadan çox yüklənən avtomobillərin kameralarla cərimələnməsinə görə icraatın aparılması qaydası dəyişir.

Liderxeber.az-ın xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif olunur.

Dəyişikliklə Məcəllənin 127-1-ci maddəsi (İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi ilə əlaqədar inzibati xəta hadisəsi elektron tərəzilər və foto və ya videoqeydiyyat funksiyalarına malik texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası) yeni redaksiyada verilir.

Layihə ilə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına görə inzibati məsuliyyəti nəzərdə tutan maddədə pozuntunun nədən ibarət olması dəqiq müəyyən olunur. Həmin nəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə inzibati xətalarla da bağlı icraatın müvafiq informasiya sistemləri vasitəsilə aparılması və elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərarın çıxarılması təklif olunur.

Dəyişikliyə əsasən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit parametrlərinə dair tələbləri pozmaqla (eni üzrə 0,15 metr və daha artıq, uzunluğu üzrə 0,20 metr və daha artıq, hündürlüyü üzrə 0,20 metr və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəxslər 200 manat məbləğində cərimə ediləcək.

İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəxslər 600 manat məbləğində cərimə ediləcək.

Hazırkı qanunvericiliyə görə, həmin xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılmaqla 1 200 manat məbləğində cərimə olunur. Layihəyə əsasən, həmin xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər 1 200 manat məbləğində cərimələnəcək.

Digər dəyişikliklə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (“(eni üzrə 0,15 metr və daha artıq, uzunluğu üzrə 0,20 metr və daha artıq, hündürlüyü üzrə 0,20 metr və daha artıq, icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq)) yüklənməsinə görə vəzifəli şəxslər 1 500 manat məbləğində, hüquqi şəxslər 4 000 manat məbləğində cərimə olunacaq.

Hazırkı qanuna görə, həmin xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə vəzifəli şəxslər iki min manatdan 2 500 manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan 8 000 manatadək məbləğdə cərimə edilir.

Layihə ilə həmin xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə vəzifəli şəxslər 2 500 manata məbləğində, hüquqi 7 000 manatadək məbləğdə cərimələnəcək.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

26-12-2023, 15:22

Peşə məktəbləri üçün dərsliklərin hazırlanması qaydası təsdiq edilib

Ölkə

11-09-2023, 09:26

Bu sürücülərin nəzərinə!

Ölkə

26-01-2024, 17:32

Baş Prokurorluqda geniş kollegiya iclası keçirilib - FOTO

Ölkə

24-04-2024, 17:46

Korrupsiyaya qarşı sistemli mübarizə aparılır

Ölkə

25-05-2024, 19:18

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

Ölkə
Kirayə mənzil mexanizmi ilə bağlı qaydalar dəyişdi
Kirayə mənzil mexanizmi ilə bağlı qaydalar dəyişdi
Sabah hava necə olacaq?
Sabah hava necə olacaq?
105 sakin üçün kiçik təsərrüfatlar qurulub - Fotolar
105 sakin üçün kiçik təsərrüfatlar qurulub - Fotolar
Yol polisindən sürücülərə - Müraciət
Yol polisindən sürücülərə - Müraciət
Siyasət
Qırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi
Bu gün, 17:14
Qırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi
Şimali Makedoniya rəhbəri İlham Əliyevə zəng etdi
Bu gün, 14:00
Şimali Makedoniya rəhbəri İlham Əliyevə zəng etdi
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
19-10-2026, 16:30
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
“Türkiyə ilə viza rejiminin bərpası müzakirə oluna bilər”
19-10-2026, 15:42
“Türkiyə ilə viza rejiminin bərpası müzakirə oluna bilər”
Prezident onları təltif etdi - Siyahı
19-10-2026, 14:44
Prezident onları təltif etdi - Siyahı
Bakı Bəyannaməsi qəbul edildi
15-10-2026, 16:34
Bakı Bəyannaməsi qəbul edildi
Xəbər Lenti
  • Dünən, 17:14
    Qırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi
  • Dünən, 16:25
    Kirayə mənzil mexanizmi ilə bağlı qaydalar dəyişdi
  • Dünən, 16:00
    “Judo Club 2012” Çempionlar Liqasında Azərbaycanı təmsil edəcək - İlk dəfə
  • Dünən, 14:00
    Şimali Makedoniya rəhbəri İlham Əliyevə zəng etdi
  • Dünən, 13:40
    Sabah hava necə olacaq?
  • Dünən, 13:37
    105 sakin üçün kiçik təsərrüfatlar qurulub - Fotolar
  • Dünən, 13:33
    İsrail oktyabrın əvvəli İrana zərbə vuracaqmış - KİV
  • Dünən, 12:05
    XII Bakı Beynəlxalq Kitab Sərgisi açıldı - Fotolar
  • Dünən, 11:43
    Yol polisindən sürücülərə - Müraciət
  • Dünən, 11:15
    Ordubada qar yağdı
  • Dünən, 11:10
    “Real” “Leyptsiq”ə, “Qalatasaray” “Lill”ə qarşı
  • Dünən, 10:32
    Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
  • Dünən, 09:56
    Fransadakı səfirimiz Makronun xanımı ilə görüşdü - Fotolar
  • Dünən, 09:14
    Buzovnada mənzildə yanğın
  • Dünən, 09:00
    “Zənginləşdirilmiş uranın bir qramı da ölkədən çıxarılmayacaq”
  • Dünən, 20:15
    Azərbaycanlı hakim Hüseyn Hüseynov Moskvada beynəlxalq güləş turnirində iştirak edib
  • Dünən, 17:43
    3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
  • Dünən, 17:41
    “Qarabağ” – “Neftçi” oyununa görə 8700 manatlıq cərimə
  • Dünən, 17:37
    “INFINITI “QX80”: Yapon dəbdəbəsinin yeni zirvəsi”
  • Dünən, 16:47
    Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu
  • Dünən, 16:18
    Qarabağ Milli Parkı yaradılır - Sərəncam
  • Dünən, 16:05
    Mədəniyyət Nazirliyinin tabeliyində yeni Kompleks yaradılır
  • Dünən, 15:15
    Sergen Yalçın Türkiyə millisinin baş məşqçisi olduğunu təsdiqlədi
  • Dünən, 15:00
    Qar yağacaq - Xəbərdarlıq
  • Dünən, 14:53
    Azərbaycan klubu səfərə gedə bilmədi - Avrokubok matçı təxirə salındı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə