• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Çimərlik mövsümü yaxınlaşır: Xidmət rəsmisindən sakinlərə ÇAĞIRIŞ

Cəmiyyət

27-05-2024, 10:50
Çimərlik mövsümü yaxınlaşır: Xidmət rəsmisindən sakinlərə ÇAĞIRIŞ

"Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin ölkə ərazisində ümumilikdə 37 su ərazisində xilasetmə məntəqəsi fəaliyyət göstərir".

Bunu Liderxeber.az-a FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Aqşin Əlili bildirib. İnsanların sulardakı təhlükəsizliyinin daha səmərəli təşkili üçün vakant matros-xilasedici vəzifələrinə müsabiqə elan olunduğunu qeyd edən xidmət rəsmisi müsabiqə üçün lazımi tələblərdən də danışıb:

"Kişilər üçün nəzərdə tutulan müsabiqədə 18-40 yaşlarında, Azərbaycan dilini sərbəst bilən, fiziki cəhətdən sağlam, müddətli hərbi xidmət keçmiş, sözügedən peşənin tələblərinə uyğun hazırlığı olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər". O qeyd edib ki, çimərlik mövsümünə hazırlıqla əlaqədar olaraq Dövlət Xidməti tərəfindən aidiyyəti zəruri təhlükəsizlik tədbirləri görülür: "Belə ki, aprel ayından etibarən rayon icra hakimiyyətlərinin məsul əməkdaşlarının iştirakı ilə sahilboyu ərazilərdə monitorinqlər aparılır. Monitorinqlərin keçirilməsində əsas məqsəd təhlükəli və istifadəyə yararsız çimərlik ərazilərinin müəyyən edilməsidir. Həmçinin monitorinqlər zamanı çimərlik operatorlarına təhlükəsizlik qaydaları barəsində bildirişlər təqdim edilir. Əlavə olaraq, monitorinqlərin nəticəsi ilə bağlı yerli icra hakimiyyətlərində müşavirələr keçirilir və təhlükəli, istifadəyə yararsız çimərliklərdən əhalinin istifadə etməməsi üçün müvafiq tədbirlərin görülməsinə dair müzakirələr aparılır". A.Əlilinin sözlərinə görə, sularda fəaliyyət göstərən dalğıc və xilasedicilərə ixtisas kursları ilə yanaşı ilkin yardım vərdişləri də tədris olunur.

"Eyni zamanda, ilkin yardım vərdişləri xüsusi maketlərin üzərindən təcrübi olaraq da izah edilir. Suda boğulmaqdan xilas olunan vətəndaşlara dalğıc və xilasedicilər tərəfindən ilk yardım göstərilərək sahilə çatdırılır və məntəqələrdə bizimlə yanaşı xidmət aparan həkim briqadalarına təhvil verilir", - deyə şöbə rəisi əlavə edib. Xidmət rəsmisi çimərlik mövsümündə əhalinin daha diqqətli olması üçün xüsusi məsləhətlər də verib: "FHN-in təqdim etdiyi statistik məlumatlara əsasən hər il çimərliklərdə yüzlərlə insan xilas edilir və xidmətin nəzarət etdiyi çimərliklərdə ölümlə nəticələnən suda boğulma hadisəsi qeydə alınmır. Bu, onu deməyə əsas verir ki, çimərliklərdə və digər su hövzələrində boğulmanın əsas səbəbi çimmək üçün nəzarətsiz su obyektlərinin seçilməsidir. Məntiqlə yanaşsaq, əgər biz çimərlikdə boğulma təhlükəsi ilə üz-üzə qalırıqsa bizim köməyimizə xilasedici gəlməlidir və əgər çimərlikdə xilasedici yoxdursa demək ki, orada həyatımız təhlükədədir. Buna görə də çimərlik seçimində diqqətli olmalı, nəzarətsiz çimərliklərdə istifadədən çəkinməliyik.

Suda boğulmanın digər səbəbləri küləkli, dalğalı hava şəraiti, sualtı daş, qaya parçaları, dəmir-beton kimi yad cisimlərin qalıqlarının insanları zədələməsi, sualtı yarğanlar, çuxurlar, burulğanlar, axınlar, qəfləti dərinlik, təşviş və müxtəlif xəstəliklərdir". A.Əlili çimərlikdə diqqət edilməsi vacib məqamlara toxunub: "Çimmək üçün nəzərdə tutulmamış ərazilərdə üzmək, çimmə zonasının işarələnmiş sərhədlərindən kənara çıxmaq, küləkli havada dənizə girmək olmaz. Eyni zamanda bilmək lazımdır ki, sərxoş halda çimərliyə gəlmək və ya burada spirtli içki qəbul etmək, çimərlikdə gecələmək, fırtınanın yaxınlaşması xəbərdarlığından sonra çimərlik ərazisində qalmaq həyatımız üçün ciddi təhlükə yaradır. Bununla yanaşı, suda kobud hərəkətlər etmək, çimərliyi məişət və digər tullantılarla zibilləmək, ev heyvanları gətirmək, balıq tutmaq, müxtəlif növ gəmi, qayıq, sal, körpü, xəbərdarlıq nişanları, üzgəclər və digər texniki qurğulara üzüb yanaşmaq və üzərinə çıxmaq, çimərlik ərazisinə xilasetmə texnikası istisna olmaqla digər qayıq və kiçik gəmilərin daxil olması qadağandır. Yadda saxlamaq lazımdır ki, uşaqlar yalnız böyüklərin müşayiəti ilə çimərlikdən istifadə etməli, nəzarətsiz qalmamalıdır. Yalnız onlar üçün ayrılmış yerlərdə çimməlidir. Eyni zamanda, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməli, xəbərdaredici nişanların və lövhələrinin tələbləri nəzərə alınmalıdır. Günün qızmar saatlarında günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir!".

Qeyd edək ki, Azərbaycanda çimərlik mövsümü adətən iyunun ortasında açıq elan edilir.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

7-11-2023, 13:38

Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM

Ölkə

28-03-2023, 19:51

FHN-də işləmək istəyənlərin nəzərinə!

Ölkə

23-10-2023, 17:49

Dövlət qulluğuna qəbul üçün müsahibələrin qrafiki açıqlanıb

Ölkə

26-04-2024, 16:47

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Ölkə

19-07-2023, 18:05

Bakıda dənizdə uşaq batıb

Ölkə
DİN Formula 1-lə bağlı müraciət yaydı - Video
DİN Formula 1-lə bağlı müraciət yaydı - Video
Bank kartları ilə bağlı - Daha bir qadağa
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 2-də sıralama turu başa çatdı
Formula 2-də sıralama turu başa çatdı
Hava ilə bağlı - Xəbərdarlıq
Hava ilə bağlı - Xəbərdarlıq
Siyasət
Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək
Bu gün, 16:17
Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək
“Təhlükəsizlik artıq yalnız sərhədlərin qorunmasından ibarət deyil” - Əli Nağıyev
Bu gün, 11:11
“Təhlükəsizlik artıq yalnız sərhədlərin qorunmasından ibarət deyil” - Əli Nağıyev
Prezident daha bir dövlət proqramını təsdiqlədi
Dünən, 10:27
Prezident daha bir dövlət proqramını təsdiqlədi
IV Bakı Təhlükəsizlik Forumu öz işinə başlayıb
22-09-2026, 15:53
IV Bakı Təhlükəsizlik Forumu öz işinə başlayıb
“Onlara 2-3 həftə vaxt verilmişdi, santexnikanı aparmağı da yaddan çıxarmayıblar”
22-09-2026, 14:42
“Onlara 2-3 həftə vaxt verilmişdi, santexnikanı aparmağı da yaddan çıxarmayıblar”
Tənqidlərdən sonra - Nazirlik təcili dəyişiklik etdi-Foto
22-09-2026, 14:03
Tənqidlərdən sonra - Nazirlik təcili dəyişiklik etdi-Foto
Xəbər Lenti
  • Dünən, 17:30
    DİN Formula 1-lə bağlı müraciət yaydı - Video
  • Dünən, 17:00
    Bank kartları ilə bağlı - Daha bir qadağa
  • Dünən, 16:17
    Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək
  • Dünən, 15:36
    Formula 2-də sıralama turu başa çatdı
  • Dünən, 14:25
    Azərbaycanın boks millisi Avropa çempionatında rekord nəticəyə imza atdı
  • Dünən, 13:42
    Xəzərdə Qazaxıstanın 19 hərbçisini dalğa aparıb - Azı 9 nəfər ölüb
  • Dünən, 13:10
    Pezeşkianın çıxışı zamanı nümayəndə heyətimizin zalı tərk etməsi yalandır
  • Dünən, 12:48
    Formula 1 üzrə 10-cu Azərbaycan Qran-Prisi başladı
  • Dünən, 11:11
    “Təhlükəsizlik artıq yalnız sərhədlərin qorunmasından ibarət deyil” - Əli Nağıyev
  • Dünən, 11:00
    Hava ilə bağlı - Xəbərdarlıq
  • Dünən, 10:07
    Hərbçilərin maaş və pensiyaları artırılır
  • Dünən, 09:20
    Bu gün Azərbaycan Qran-Prisi start götürür
  • Dünən, 08:56
    2027-ci il Həcc ziyarəti üçün sənəd qəbulu əvvəlki ildən daha erkən başlayacaq. İlkin olaraq bir nəfər üçün ziyarət paketinin qiyməti 6 100 ABŞ dolları müəyyən edilib. Bu barədə Oxu.Az-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin
  • Dünən, 19:06
    “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamın icrası təmin edilib
  • Dünən, 17:26
    Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır - Qiymət bəlli oldu
  • Dünən, 17:04
    Hörmüz boğazında ticarət gəmisi vuruldu: Yaralılar var
  • Dünən, 16:30
    Prezidentdən “AzerGold”la bağlı - Sərəncam
  • Dünən, 15:43
    Azərbaycanda cərimə meydançası ilə bağlı rüsumlar artırılırdı
  • Dünən, 14:35
    Əfv Sərəncamının icrasına başlanılır
  • Dünən, 13:10
    Bakı-Sumqayıt yolunda dəhşətli qəza - Avtomobillər aşdı
  • Dünən, 12:12
    Rayonlara yağış yağacaq, dolu düşəcək
  • Dünən, 11:57
    Azərbaycan millisi Ermənistanla qarşılaşacaq
  • Dünən, 11:32
    Prezident əfv Sərəncamı imzaladı - Adlar
  • Dünən, 10:49
    ABŞ-nin Ermənistana ayırdığı hərbi vəsaitin həcmi bəlli oldu
  • Dünən, 10:33
    Ermənistan rəsmisi elə gəldiyi gün Bakını tərk edib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə