• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Vurduğunuz ətir sağlamlığınıza zərər verə bilər

Cəmiyyət

2-06-2026, 12:15
Vurduğunuz ətir sağlamlığınıza zərər verə bilər

Son illərdə ətir bazarında seçim imkanları artsa da, keyfiyyət və təhlükəsizlik məsələləri daha da aktuallaşıb. Mövzuyla bağlı Maiden Tower Perfume-un qurucusu, dünyanın bir çox ətir zavodlarını təmsil edən Al Kaya fragrancenin Bakı təmsilçisi, TÜRKDAQ rəhbəri  Dilbər Coşqunsoy Liderxeber.az-a müsahibə verib.

- Dilbər xanım, ətir sahəsinə necə gəlmisiniz?

- Universitet müəllimi və eyni zamanda təşkilatçı, təhsil eksperti olsam da ətir və kosmetika  dünyasına marağım uzun illər əvvəl yaranıb. Bu sahədə elmi biliklərim və araşdırmalarım olduğu üçün parfümeriyaya yalnız ticarət kimi deyil, kimya, sağlamlıq və sənətin birləşdiyi bir sahə kimi yanaşıram. Al Kaya Fragrance Company ilə əməkdaşlığım bu istiqamətdə fəaliyyətimi genişləndirdi. Daha sonra isə təxminən 5 il əvvəl Maiden Tower Perfume brendini yaratdıq. Bu gün də fəaliyyətimizi keyfiyyət, təhlükəsizlik və peşəkarlıq prinsipləri üzərində qururuq.

– Sizcə bazarda ən ciddi problem nədir?

– Təəssüf ki, bəzi hallarda daha çox qazanc əldə etmək, məhsulu daha ucuz qiymətə təklif etmək və ya miqdarını artırmaq məqsədilə keyfiyyəti şübhə doğuran maddələrdən istifadə edilir. İnsanlar çox vaxt qablaşdırmaya və ya qiymətə diqqət yetirirlər, amma ətirin içində nə olduğunu bilmirlər. Ətir birbaşa dəri ilə təmasda olan məhsuldur. Keyfiyyətsiz komponentlər, düzgün təmizlənməmiş spirtlər və mənşəyi məlum olmayan qatqılar bəzi insanlarda allergik reaksiyalar, dəri qıcıqlanmaları və digər sağlamlıq problemləri yarada bilər. Qısamüddətli qazanc naminə insanların sağlamlığının riskə atılmasını doğru hesab etmirəm.

– Keyfiyyətli ətiri necə tanımaq olar?

– Keyfiyyətli ətir ilk növbədə keyfiyyətli xammaldan başlayır. Tərkibində istifadə olunan aromatik komponentlər, efir yağları və xüsusilə parfümeriyada istifadə edilən etanol ciddi seçimdən keçməlidir. Etanolun keyfiyyəti həm qoxunun inkişafına, həm də məhsulun təhlükəsizliyinə birbaşa təsir edir. İstehsalçı üçün ən vacib məsələ yalnız gözəl qoxu yaratmaq deyil, eyni zamanda sağlamlıq üçün təhlükəsiz məhsul təqdim etməkdir.

– Maiden Tower Perfume-də sizin fəaliyyət istiqamətiniz nədən ibarətdir?

– Brendin qurucularından biri kimi məhsul keyfiyyəti, xammal seçimi və ətir təminatı birbaşa mənim nəzarətimdədir. İllər ərzində topladığımız təcrübə bizə göstərib ki, keyfiyyətdən güzəşt etmək olmaz. Şirkətin idarəetmə və biznes prosesləri isə Maiden Tower Perfume-un ortağı İlqar Ələkbərov tərəfindən həyata keçirilir. Bu bölgü hər kəsin öz sahəsində maksimum nəticə göstərməsinə imkan yaradır.

– Şirkətinizin fəaliyyətində sosial məsuliyyət hansı yer tutur?

– Həm İlqar  bəy, həm mən, həm də bütün kollektivimiz insanlarla birbaşa təmasda olmağa xüsusi önəm veririk. Mütəmadi olaraq sərgilərdə, biznes forumlarında və müxtəlif tədbirlərdə iştirak edirik. İstehlakçıların fikirlərini dinləyir, onların ehtiyaclarını öyrənirik. Eyni zamanda qadın məşğulluğunun artırılmasına dəstək verməyə çalışırıq. Hesab edirəm ki, uğurlu biznes yalnız satış rəqəmləri ilə deyil, cəmiyyətə verdiyi fayda ilə ölçülməlidir. “İnsanlar ətiri yalnız qoxusuna görə deyil, sağlamlıqlarına nə qədər təhlükəsiz olduğuna görə seçməlidirlər. Çünki hər gözəl qoxunun arxasında keyfiyyət dayanmır.”

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Cəmiyyət

31-05-2026, 18:07

​Qubada ətir dünyasına elmi baxış: "Maiden Tower perfume" və "Al Kaya Fragrance" Regional Expo-da fərq yaratdı

Ölkə

14-01-2026, 16:07

“Bu il 4 bakalavr tələbəmiz TAU-da işlə təmin olunub”

Cəmiyyət

11-02-2025, 13:07

"Yaxşı dizayner sənəti ilə bağlı tənqidləri qəbul edərək özünü təkmilləşdirməlidir" - Elxan Poluxovun qızı ilə müsahibə - FOTO

Ölkə

25-06-2024, 15:37

Azərbaycan universitetləri niyə beynəlxalq reytinqlərdə yer ala bilmir?

Ölkə
Murad Fetiyev həbs edildi - DTX RƏSMİ MƏLUMAT YAYDI
Murad Fetiyev həbs edildi - DTX RƏSMİ MƏLUMAT YAYDI
Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu - Foto
Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu - Foto
Ağstafada Zəfər Günü münasibətilə qazilərlə görüş keçirildi - Fotolar
Ağstafada Zəfər Günü münasibətilə qazilərlə görüş keçirildi - Fotolar
Ramiz Mehdiyevin qızı: "Atam verdiyi qovluğu açanda stres keçirdim"
Ramiz Mehdiyevin qızı: "Atam verdiyi qovluğu açanda stres keçirdim"
Siyasət
Azərbaycan və Türkmənistan həmkarlar ittifaqları arasında əməkdaşlıq müzakirə olundu - Fotolar
Bu gün, 17:08
Azərbaycan və Türkmənistan həmkarlar ittifaqları arasında əməkdaşlıq müzakirə olundu - Fotolar
Prezident bu Agentliyin əsasnamə və strukturunu - Təsdiqlədi
Bu gün, 16:13
Prezident bu Agentliyin əsasnamə və strukturunu - Təsdiqlədi
Əli Kərimli ilə müavininin məhkəməsi başladı
Bu gün, 15:31
Əli Kərimli ilə müavininin məhkəməsi başladı
Ceyhun Bayramov onu birinci katib təyin etdi
Bu gün, 13:09
Ceyhun Bayramov onu birinci katib təyin etdi
Prezident yeni səfirləri qəbul etdi - Fotolar - Yenilənib
Bu gün, 11:58
Prezident yeni səfirləri qəbul etdi - Fotolar - Yenilənib
MM Prezidentlə xanımına təbrik məktubu ünvanladı
Bu gün, 11:11
MM Prezidentlə xanımına təbrik məktubu ünvanladı
Xəbər Lenti
  • Bu gün, 18:54
    Metroda 16 milyondan çox sərnişin daşındı
  • Bu gün, 18:11
    AQTA-dan ailə kəndli təsərrüfatlarına dəstək - VİDEO
  • Bu gün, 17:12
    Murad Fetiyev həbs edildi - DTX RƏSMİ MƏLUMAT YAYDI
  • Bu gün, 17:08
    Azərbaycan və Türkmənistan həmkarlar ittifaqları arasında əməkdaşlıq müzakirə olundu - Fotolar
  • Bu gün, 16:52
    ASCO-da İctimai Şura üzvləri ilə görüş keçirilib
  • Bu gün, 16:31
    Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu - Foto
  • Bu gün, 16:13
    Prezident bu Agentliyin əsasnamə və strukturunu - Təsdiqlədi
  • Bu gün, 16:05
    Ağstafada Zəfər Günü münasibətilə qazilərlə görüş keçirildi - Fotolar
  • Bu gün, 16:01
    Ramiz Mehdiyevin qızı: "Atam verdiyi qovluğu açanda stres keçirdim"
  • Bu gün, 15:31
    Əli Kərimli ilə müavininin məhkəməsi başladı
  • Bu gün, 15:19
    Canlı yayımda söyüş söyən tiktoker yenidən həbs edildi
  • Bu gün, 15:15
    Lukaşenko: "Ukraynadakı müharibə yaxın aylarda bitəcək, hər kəs yorulub"
  • Bu gün, 14:55
    Paytaxtda Zəfər Günü ilə bağlı ağacəkmə aksiyası - FOTOLAR
  • Bu gün, 14:50
    Prezidentin adından 100 manat veriləcəyi barədə mesajlarla bağlı - Xəbərdarlıq
  • Bu gün, 13:32
    İki azərbaycanlı hakim Avropa Liqasına təyinat aldı
  • Bu gün, 13:09
    Ceyhun Bayramov onu birinci katib təyin etdi
  • Bu gün, 13:05
    91 uşaq himayədar ailəyə verilib
  • Bu gün, 12:43
    Hərbçilərin rütbədə olma müddəti ilə bağlı - Yenilik
  • Bu gün, 12:05
    “Ən çox məskunlaşma Ağdam rayonundadır”
  • Bu gün, 11:58
    Prezident yeni səfirləri qəbul etdi - Fotolar - Yenilənib
  • Bu gün, 11:28
    KOSMİK Akademiya daha bir beynəlxalq mükafata layiq görülüb
  • Bu gün, 11:22
    Dövlət Vergi Xidmətinin vəzifəli şəxsi rüşvət ittihamı ilə həbs olunub - BİRGƏ MƏLUMAT
  • Bu gün, 11:18
    “Qarabağ” 11 ildən sonra ardıcıl üç oyunda heç-heçə edib
  • Bu gün, 11:12
    Zəfər günü ərəfəsində Gəncədə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçiriləcək
  • Bu gün, 11:11
    MM Prezidentlə xanımına təbrik məktubu ünvanladı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə