• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Xankəndidə 3.5 milyon manat investisiya ilə əlcək fabriki fəaliyyətə başlayıb - FOTO

Cəmiyyət

29-05-2026, 16:18
Xankəndidə 3.5 milyon manat investisiya ilə əlcək fabriki fəaliyyətə başlayıb - FOTO

Xankəndidə istehsal gücü illik 25 milyon cüt iş əlcəyi olan müəssisə fəaliyyətə başlayıb, məhsullar sənaye və təsərrüfatda istifadə olunacaq.

Liderxeber.az xəbər verir ki, istehsalat müəssisəsində yerli sakinlər işlə təmin ediliblər.

Onlardan biri də Xankəndi şəhər sakini olan Xəyalə Babayevadır. Müsahibimiz Xankəndidə fəaliyyət göstərən "GP Safety" MMC-nin əlcək istehsalı müəssisəsində işlə təmin olunub.

"Artıq bir ildir ki, doğma ocağımıza, Xankəndiyə köçmüşük. Köçdən sonra ailəmizin əmək fəaliyyəti ilə maraqlandılar və bizə Xankəndidə fəaliyyət göstərən müəssisələrdə iş təklif etdilər. Ancaq mən və yoldaşım əlcək istehsalı sexində işləməyə üstünlük verdik. Artıq burada daimi işləyirik".

Müəssisədə istehsal ediləcək əlcəklər dörd növdə olmaqla müxtəlif təyinatlar üçün nəzərdə tutulub. Məhsullar, əsasən, daxili bazar üçün nəzərdə tutulub. Müəssisənin illik istehsal gücü 25 milyon cüt əlcəkdir. Yeni fəaliyyətə başlayan müəssisədə ilkin mərhələdə 35 nəfər işlə təmin olunacaq ki, bunlar da əsasən, doğma ocağına qayıdan keçmiş məcburi köçkünlər olacaq.

Elxan Babayev də doğma yurduna köçəndən sonra tez bir zamanda işlə təmin olunmasından söz açıb:

"Açığı, Xankəndiyə dönəndən sonra işlə təminatımızın bir az zaman alacağını düşünürdüm. Amma bunun tam əksini yaşadıq. Həyat yoldaşımla birgə işlə təmin edildik. Əlbəttə, uzaq yol qət etmədən birbaşa iş yerinə gəlmək və doğma yurdumuzun quruculuğunda iştirak etmək olduqca qürurludur".

Müəssisənin investisiya həcmi 3.5 milyon manatdır. Onun yaradılmasına dövlət dəstəyi də göstərilib. Belə ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 1 milyon manat güzəştli kredit ayrılıb. Bundan başqa, investisiya təşviqi sənədi əsasında idxal olunan texnika və avadanlıqlar üzrə 238 min manat ƏDV-dən azadolma tətbiq edilib.

Qeyd edək ki, bu müəssisənin yaradılması yerli əhalinin işlə təmin olunmasına şərait yaradır, həm daxili bazarın tələbatını ödəməyə, həm də ixracyönümlü istehsalın həcmini artırmağa xidmət edir. Bütün bu işlər Azərbaycan dövlətinin Qarabağda iqtisadi potensialın bərpası, möhkəmlənməsi, həmçinin müxtəlif təyinatlı məhsul istehsalının təşkili istiqamətində atılan məqsədyönlü addımların bir hissəsidir. Gələcəkdə isə məhsulların Avropa bazarına ixracı da planlaşdırılır.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

18-04-2024, 14:35

Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub göndərib

Ölkə

27-01-2026, 11:44

Prezident Sumqayıtda açılışlarda - Fotolar - Yenilənib

Siyasət

30-04-2025, 14:51

Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında bir sıra müəssisələrin açılışını edib

Ölkə

17-05-2024, 09:25

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə
Murad Fetiyev həbs edildi - DTX RƏSMİ MƏLUMAT YAYDI
Murad Fetiyev həbs edildi - DTX RƏSMİ MƏLUMAT YAYDI
Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu - Foto
Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu - Foto
Ağstafada Zəfər Günü münasibətilə qazilərlə görüş keçirildi - Fotolar
Ağstafada Zəfər Günü münasibətilə qazilərlə görüş keçirildi - Fotolar
Ramiz Mehdiyevin qızı: "Atam verdiyi qovluğu açanda stres keçirdim"
Ramiz Mehdiyevin qızı: "Atam verdiyi qovluğu açanda stres keçirdim"
Siyasət
Azərbaycan və Türkmənistan həmkarlar ittifaqları arasında əməkdaşlıq müzakirə olundu - Fotolar
Bu gün, 17:08
Azərbaycan və Türkmənistan həmkarlar ittifaqları arasında əməkdaşlıq müzakirə olundu - Fotolar
Prezident bu Agentliyin əsasnamə və strukturunu - Təsdiqlədi
Bu gün, 16:13
Prezident bu Agentliyin əsasnamə və strukturunu - Təsdiqlədi
Əli Kərimli ilə müavininin məhkəməsi başladı
Bu gün, 15:31
Əli Kərimli ilə müavininin məhkəməsi başladı
Ceyhun Bayramov onu birinci katib təyin etdi
Bu gün, 13:09
Ceyhun Bayramov onu birinci katib təyin etdi
Prezident yeni səfirləri qəbul etdi - Fotolar - Yenilənib
Bu gün, 11:58
Prezident yeni səfirləri qəbul etdi - Fotolar - Yenilənib
MM Prezidentlə xanımına təbrik məktubu ünvanladı
Bu gün, 11:11
MM Prezidentlə xanımına təbrik məktubu ünvanladı
Xəbər Lenti
  • Bu gün, 19:17
    Sürücülərin NƏZƏRİNƏ! - Sabah bu yolda hərəkət məhdudlaşdırılacaq
  • Bu gün, 19:15
    AQC: Bakıda daşınmaz əmlak qiymətləri illik müqayisədə əhəmiyyətli dərəcədə artıb
  • Bu gün, 18:54
    Metroda 16 milyondan çox sərnişin daşındı
  • Bu gün, 18:11
    AQTA-dan ailə kəndli təsərrüfatlarına dəstək - VİDEO
  • Bu gün, 17:12
    Murad Fetiyev həbs edildi - DTX RƏSMİ MƏLUMAT YAYDI
  • Bu gün, 17:08
    Azərbaycan və Türkmənistan həmkarlar ittifaqları arasında əməkdaşlıq müzakirə olundu - Fotolar
  • Bu gün, 16:52
    ASCO-da İctimai Şura üzvləri ilə görüş keçirilib
  • Bu gün, 16:31
    Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu - Foto
  • Bu gün, 16:13
    Prezident bu Agentliyin əsasnamə və strukturunu - Təsdiqlədi
  • Bu gün, 16:05
    Ağstafada Zəfər Günü münasibətilə qazilərlə görüş keçirildi - Fotolar
  • Bu gün, 16:01
    Ramiz Mehdiyevin qızı: "Atam verdiyi qovluğu açanda stres keçirdim"
  • Bu gün, 15:31
    Əli Kərimli ilə müavininin məhkəməsi başladı
  • Bu gün, 15:19
    Canlı yayımda söyüş söyən tiktoker yenidən həbs edildi
  • Bu gün, 15:15
    Lukaşenko: "Ukraynadakı müharibə yaxın aylarda bitəcək, hər kəs yorulub"
  • Bu gün, 14:55
    Paytaxtda Zəfər Günü ilə bağlı ağacəkmə aksiyası - FOTOLAR
  • Bu gün, 14:50
    Prezidentin adından 100 manat veriləcəyi barədə mesajlarla bağlı - Xəbərdarlıq
  • Bu gün, 13:32
    İki azərbaycanlı hakim Avropa Liqasına təyinat aldı
  • Bu gün, 13:09
    Ceyhun Bayramov onu birinci katib təyin etdi
  • Bu gün, 13:05
    91 uşaq himayədar ailəyə verilib
  • Bu gün, 12:43
    Hərbçilərin rütbədə olma müddəti ilə bağlı - Yenilik
  • Bu gün, 12:05
    “Ən çox məskunlaşma Ağdam rayonundadır”
  • Bu gün, 11:58
    Prezident yeni səfirləri qəbul etdi - Fotolar - Yenilənib
  • Bu gün, 11:28
    KOSMİK Akademiya daha bir beynəlxalq mükafata layiq görülüb
  • Bu gün, 11:22
    Dövlət Vergi Xidmətinin vəzifəli şəxsi rüşvət ittihamı ilə həbs olunub - BİRGƏ MƏLUMAT
  • Bu gün, 11:18
    “Qarabağ” 11 ildən sonra ardıcıl üç oyunda heç-heçə edib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə