• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Saqqız bazarında dəyişiklik: Ucuz məhsullar sıradan çıxır

Cəmiyyət

2-02-2026, 10:13
Saqqız bazarında dəyişiklik: Ucuz məhsullar sıradan çıxır

2025-ci ilin ilk 10 ayı ərzində Azərbaycana 456,58 ton saqqız (şəkərli və ya şəkərsiz) idxal edilib.

İdxalın ümumi dəyəri iki milyon 257,95 min ABŞ dolları olub. Bu göstəricilər 2024-cü ilin eyni dövrü ilə müqayisədə miqdar baxımından azalma, dəyər baxımından isə artım deməkdir. Xatırladaq ki, 2024-cü ilin yanvar-oktyabr aylarında ölkəyə 511,66 ton saqqız idxal olunub, idxalın dəyəri iki milyon 156,22 min ABŞ dolları təşkil edib. 2025-ci ildə saqqız idxalının əsas hissəsi Türkiyə (307,73 ton), Rusiya (52,47 ton) və Türkmənistan (35,62 ton) hesabına formalaşıb. Bəs, görəsən, saqqız idxalında miqdarın azalması, dəyərin artması nə ilə izah olunur?

Liderxeber.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Ucuz və kütləvi məhsullar azalır"

İqtisadçı ekspert Akif Nəsirlinin sözlərinə görə, saqqız idxalının miqdar baxımından azalması, lakin dəyər baxımından artması bir neçə amilin eyni vaxtda təsiri ilə izah oluna bilər: "İlk baxışdan bu mənzərə saqqız istehlakının azalması kimi qiymətləndirilə bilər. Lakin statistik göstəricilərin daha detallı təhlili göstərir ki, söhbət birbaşa olaraq saqqız istifadə edənlərin sayının kəskin azalmasından getmir. Əksinə, mövcud rəqəmlər bazarda istehlak vərdişlərinin, məhsul strukturunun və tədarük mexanizmlərinin dəyişdiyini ortaya qoyur. Bu mənada saqqız bazarında baş verən prosesləri bazarın daralması deyil, transformasiyası kimi qiymətləndirmək daha doğru olar".

Saqqız bazarında dəyişiklik: Ucuz məhsullar sıradan çıxır

A.Nəsirli idxalın azalma səbəblərindən birini qiymət artımları ilə əlaqələndirir: "Əvvəla, 2025-ci ildə idxal olunan saqqızın orta qiymətində nəzərəçarpacaq artım müşahidə olunur. Belə ki, 2024-cü ilin ilk 10 ayında bir ton saqqızın orta idxal dəyəri təxminən 4 214 dollar olduğu halda, 2025-ci ildə bu göstərici artıq 4 945 dollara yüksəlib. Orta qiymətdəki bu artım idxal həcminin azalmasına baxmayaraq, ümumi idxal dəyərinin artmasına səbəb olub. Başqa sözlə, ucuz və kütləvi məhsulların payı azalır, onların yerini isə daha baha məhsullar tutur".

"Dünyada baş verən proseslər saqqıza da təsir edib"

İqtisadçının fikrincə, bu dəyişiklik ilk növbədə idxal olunan məhsulların keyfiyyət və kateqoriya baxımından fərqlənməsi ilə bağlıdır: "Son illərdə şəkərsiz, vitaminli və xüsusi tərkibli saqqızlara maraq artmaqdadır. Bu kateqoriyaya daxil olan məhsullar adi saqqızlarla müqayisədə daha baha qiymətə idxal olunur. Premium brendlərə məxsus, qablaşdırması və marka dəyəri yüksək olan saqqızların idxalda payının artması da orta qiymətin yüksəlməsində mühüm rol oynayır. Nəticədə idxal strukturu aşağı qiymətli, kütləvi məhsullardan daha seçilmiş və bahalı məhsullara doğru dəyişir".

Saqqız bazarında dəyişiklik: Ucuz məhsullar sıradan çıxır

A.Nəsirli məhsulun qiymətinin artmasındakı digər əsas faktoru bahalaşmada görür: "İkinci mühüm amil qlobal iqtisadi proseslərlə əlaqədardır. Son illərdə beynəlxalq inflyasiya, logistika xərclərinin artması, xammal və enerji qiymətlərinin yüksəlməsi qida sənayesinin bütün seqmentlərinə təsir edib. Saqqız da gündəlik istehlak məhsulu olduğu üçün bu proseslərdən kənarda qalmayıb".

Müsahibimizin sözlərinə görə, üçüncü səbəb idxal coğrafiyasında müşahidə olunan dəyişikliklərlə bağlıdır: "Türkiyə hələ də Azərbaycanın əsas saqqız tədarükçüsü olaraq qalır. Lakin statistika göstərir ki, bu ölkədən idxal olunan saqqızın miqdarı əvvəlki dövrlə müqayisədə azalıb. Ölkələr üzrə idxal balansı dəyişdikcə, qiymət strukturu da dəyişir və bu, ümumi göstəricilərə birbaşa təsir edir".

"Saqqız istehsalında dünyadan asılıyıq"

Ekspert onu da bildirdi ki, yerli istehsal amili də ümumi mənzərədə nəzərə alınmalıdır. Azərbaycanda saqqız istehsalı hazırda çox məhdud səviyyədədir: "Daxili bazarda satılan saqqızın əsas hissəsi xarici ölkələrdən idxal edilir. Bəzi qənnadı fabriklərində saqqız istehsalı həyata keçirilsə də, bu, epizodik xarakter daşıyır və hələlik sənaye miqyasında təşkil olunmayıb. Nəticədə daxili bazarın tələbatı əsasən idxal hesabına ödənilir. Bu məqam xüsusilə diqqət çəkir, çünki saqqız mürəkkəb və yüksək texnologiya tələb edən məhsul hesab olunmur".

Saqqız bazarında dəyişiklik: Ucuz məhsullar sıradan çıxır

A.Nəsirlinin fikrincə, saqqız istehsalı üçün kifayət qədər potensialımız mövcuddur: "Daxili istehsal bir tərəfdən idxaldan asılılığın azalmasına, digər tərəfdən isə valyutanın ölkə daxilində saxlanılmasına şərait yarada bilər. Eyni zamanda, bu sahədə istehsalın qurulması qənnadı sənayesində məhsul çeşidinin genişlənməsinə, mövcud istehsal infrastrukturunun diversifikasiyasına və əlavə məşğulluq imkanlarının formalaşmasına töhfə verə bilər".

Saqqızın faydası da var, ziyanı da...

Saqqız istehlakına münasibətin dəyişməsində sağlamlıq amilləri də mühüm rol oynayır. Son illər istehlakçılar saqqızı yalnız vərdiş kimi deyil, fayda və riskləri nəzərə alınan vasitə kimi dəyərləndirməyə başlayıblar. Araşdırmalar göstərir ki, xüsusilə şəkərsiz saqqızlar müəyyən hallarda faydalı hesab olunur. Yeməkdən sonra qısa müddət ərzində saqqızdan istifadə ağızda selik ifrazını artırır. Bu isə qida qalıqlarının təmizlənməsinə və ağız boşluğunda turşuluğun azalmasına kömək edə bilər. Bu baxımdan saqqız dişlərin qorunması üçün əsas vasitə olmasa da, köməkçi rol oynaya bilər. Məhz bu xüsusiyyətlərə görə diş sağlamlığı üçün nəzərdə tutulan funksional və şəkərsiz saqqızlara marağın artdığı müşahidə olunur.

Saqqız istehlakının mümkün mənfi tərəfləri də mövcuddur. Uzun müddət və tez-tez saqqız çeynəmək çənə oynaqlarında gərginlik yarada, bəzi hallarda isə baş və üz nahiyəsində narahatlığa səbəb ola bilər.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

26-05-2025, 10:26

Prezident bu şəxsləri əfv etdi - Siyahı

Ölkə

25-05-2024, 19:18

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

Siyasət

16-07-2025, 17:40

Türkmənistan liderinin səfəri: Azərbaycanla əlaqələrdə yeni mərhələ

Ölkə

24-06-2025, 17:05

Avrasiyanın gələcəyi relslərlə çəkilir: Azərbaycanın yeni logistika arxitekturasındakı rolu

Ölkə
“2 TIR mal yolda olarkən sənədləri saxtalaşdırdılar” - İş adamı ortağından şikayətçidir
“2 TIR mal yolda olarkən sənədləri saxtalaşdırdılar” - İş adamı ortağından şikayətçidir
Bu yolda cərimələnə bilərsiniz
Bu yolda cərimələnə bilərsiniz
Prezident qəbul keçirdi - Fotolar
Prezident qəbul keçirdi - Fotolar
İraqda Səddam Hüseynə məxsus təyyarə satışa çıxarılıb
İraqda Səddam Hüseynə məxsus təyyarə satışa çıxarılıb
Siyasət
Pərviz Şahbazova yeni vəzifə verildi
Bu gün, 16:33
Pərviz Şahbazova yeni vəzifə verildi
Prezidentdən müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı - Sərəncam
Bu gün, 15:48
Prezidentdən müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı - Sərəncam
Prezidentdən Asif Əsgərovla bağlı - Sərəncam
Bu gün, 10:52
Prezidentdən Asif Əsgərovla bağlı - Sərəncam
Prezidentin Hanoyda rəsmi qarşılanma mərasiminə hazırlıqdan
21-11-2026, 10:41
Prezidentin Hanoyda rəsmi qarşılanma mərasiminə hazırlıqdan
Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
20-11-2026, 12:40
Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
İlhamə Abdullayeva bu vəzifəyə təyin olunub
20-11-2026, 09:42
İlhamə Abdullayeva bu vəzifəyə təyin olunub
Xəbər Lenti
  • Bu gün, 16:36
    “2 TIR mal yolda olarkən sənədləri saxtalaşdırdılar” - İş adamı ortağından şikayətçidir
  • Bu gün, 16:33
    Pərviz Şahbazova yeni vəzifə verildi
  • Bu gün, 15:48
    Prezidentdən müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı - Sərəncam
  • Bu gün, 15:12
    Qurban Qurbanov 900-cü oyununu keçirdi
  • Bu gün, 14:00
    “Sabah” - “Barselona” oyununun hakimləri açıqlandı
  • Bu gün, 13:40
    Bu yolda cərimələnə bilərsiniz
  • Bu gün, 12:37
    Prezident qəbul keçirdi - Fotolar
  • Bu gün, 10:52
    Prezidentdən Asif Əsgərovla bağlı - Sərəncam
  • Bu gün, 10:48
    Yeni Konstitusiya qəbul edildikdən sonra sülh sazişinin imzalanacağına söz verdi
  • Bu gün, 09:20
    Pentaqon senatorların İranla müharibə barədə məlumatlara çıxış imkanlarını məhdudlaşdırıb
  • Bu gün, 09:15
    İraqda Səddam Hüseynə məxsus təyyarə satışa çıxarılıb
  • Bu gün, 09:09
    Çində uçan avtomobil sınaqdan keçirildi
  • Bu gün, 09:04
    Həmin qəzada ölən aparıcı sərnişin olub
  • Bu gün, 09:00
    Bu yollarda tıxac var - Siyahı
  • Dünən, 13:12
    Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
  • 21-11-2026, 14:52
    Neftçalada YAP-ın 34-cü ildönümü münasibətilə tədbir keçirilib - FOTOLAR
  • 21-11-2026, 12:43
    “Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...”
  • 21-11-2026, 11:54
    Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin doğum günüdür
  • 21-11-2026, 11:00
    Şəki COP31 çərçivəsində dünyanın 69 şəhəri sırasında təqdim olundu
  • 21-11-2026, 10:41
    Prezidentin Hanoyda rəsmi qarşılanma mərasiminə hazırlıqdan
  • 21-11-2026, 10:26
    Bu gün Premyer Liqada daha 2 oyun var
  • 21-11-2026, 10:15
    Sumqayıtda yol yenə çökdü - Foto
  • 21-11-2026, 09:45
    Tibbdə inqilabi yenilik: İnsan dərisini əvəz edəcək texnologiya hazırlandı
  • 21-11-2026, 09:17
    Sürücülərin nəzərinə!
  • 21-11-2026, 09:08
    Putinlə görüşünün detallarını açıqladı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə