Bakıda yeniyetmə bacı-qardaş dəm qazından boğulub.
Liderxeber.az xəbər verir ki, hadisə dekabrın 20-si Xətai rayonu Neapol küçəsindəki mənzillərin birində baş verib.
Saat 20 radələrində 2008-ci il təvəllüdlü Zeynəb Yaralıyeva və qardaşı 2009-cu il təvəllüdlü Aminin meyiti yaşadıqları evdə aşkar edilib.
İlkin məlumata görə, onlar dəm qazından boğulub.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.