• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Ceyhun Bayramov Belarus XİN rəhbəri ilə görüşüb

Siyasət

12-04-2024, 10:00
Ceyhun Bayramov Belarus XİN rəhbəri ilə görüşüb

Aprelin 12-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Belarus Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Sergey Aleynik ilə görüşüb.

XİN-dən LiderXəbər-ə verilən xəbərə görə, görüş zamanı iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə olunub və iki ölkə arasında potensial sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsinin, qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunulub. Xüsusilə təhsil, elm, mədəniyyət və idman sahələrində əməkdaşlığın genişləndirilməsinin önəmi vurğulanıb.

Tərəflər iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsinin zəruriliyini qeyd ediblər.

Bununla yanaşı, kənd təsərrüfatı, nəqliyyat, maşınqayırma, turizm sahələri də daxil olmaqla, iqtisadiyyatın digər istiqamətləri üzrə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

İqtisadi münasibətlərin genişlənməsi üçün böyük potensialın olduğunu bildirən nazirlər, iqtisadi sahədə əməkdaşlığa dair birgə Hökumətlərarası komissiyanın 15 may 2023-cü ildə baş tutmuş 13-cü iclasında mühüm qərarlar qəbul edildiyini və iqtisadi əlaqələrimizin daha da möhkəmləndirilməsinə yönəlmiş istiqamətlərin nəzərdən keçirildiyini vurğulayıblar.

Bununla yanaşı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq prosesi barədə məlumat verilib, bu çərçivədə əməkdaşlıq imkanları dəyərləndirilib.

Nazirlər həmçinin işğaldan azad edilmiş ərazilərimizdə bərpa-yenidənqurma məsələlərini, Belarusun prosesə mümkün töhfələrini müzakirə ediblər. Nazir Ceyhun Bayramov həmkarı həmçinin bölgədə mövcud mina təhdidi barədə ətraflı məlumatlandırıb.

Görüş zamanı, eyni zamanda digər qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

11-12-2023, 17:49

Əli Əsədov Gürcüstan parlamentinin sədri ilə görüşüb

Ölkə

1-09-2023, 15:10

Azərbaycan nümayəndə heyəti Çində səfərdədir

Ölkə

7-02-2023, 10:34

Sahibə Qafarova Misirin Baş naziri ilə görüşüb

Siyasət

2-02-2023, 21:31

Azərbaycan və Rumıniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Siyasət

15-03-2024, 18:14

Bakı Bəyannaməsinin mətni açıqlanıb

Ölkə
Məktəblərdə geyim formalarına dair - Monitorinqlərə başlanılır
Məktəblərdə geyim formalarına dair - Monitorinqlərə başlanılır
Bu yolda təhlükəsizlik üçün nişanlanma xətti çəkildi - Foto
Bu yolda təhlükəsizlik üçün nişanlanma xətti çəkildi - Foto
İnsanların günü yollarda keçir... - “30-40 dəqiqə avtobus gözləyirik”
İnsanların günü yollarda keçir... - “30-40 dəqiqə avtobus gözləyirik”
Dərsə getməyən şagirdlərin valideynləri cərimələnəcək? - Video
Dərsə getməyən şagirdlərin valideynləri cərimələnəcək? - Video
Siyasət
“Xəzər bizim ümumi sərvətimizdir”
Bu gün, 17:17
“Xəzər bizim ümumi sərvətimizdir”
Prezidentin Pezeşkianla görüşü keçirilir
Bu gün, 14:17
Prezidentin Pezeşkianla görüşü keçirilir
Prezidentlər sammitdə yenidən bir arada - Fotolar
Bu gün, 14:00
Prezidentlər sammitdə yenidən bir arada - Fotolar
“Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır”
Bu gün, 11:00
“Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır”
“Heç bir qüvvə Azərbaycanı inkişaf yolundan döndərə bilməz”
Dünən, 17:49
“Heç bir qüvvə Azərbaycanı inkişaf yolundan döndərə bilməz”
Azərbaycanın dövlət maliyyə idarəçiliyi 133 ölkənin reytinqində 3-cü yeri tutub
Dünən, 13:22
Azərbaycanın dövlət maliyyə idarəçiliyi 133 ölkənin reytinqində 3-cü yeri tutub
Xəbər Lenti
  • Dünən, 17:35
    Xanım boksçumuz Avropa çempionatının finalında
  • Dünən, 17:17
    “Xəzər bizim ümumi sərvətimizdir”
  • Dünən, 16:18
    Məktəblərdə geyim formalarına dair - Monitorinqlərə başlanılır
  • Dünən, 15:58
    “Sığorta haqqını hesabla” - Video
  • Dünən, 15:07
    “MDB+1” formatının yaradılmasını təklif etdi
  • Dünən, 14:17
    Prezidentin Pezeşkianla görüşü keçirilir
  • Dünən, 14:00
    Prezidentlər sammitdə yenidən bir arada - Fotolar
  • Dünən, 13:44
    Bu yolda təhlükəsizlik üçün nişanlanma xətti çəkildi - Foto
  • Dünən, 12:32
    İnsanların günü yollarda keçir... - “30-40 dəqiqə avtobus gözləyirik”
  • Dünən, 11:40
    Kiyev sakinlərinə şəhəri müvəqqəti tərk etməyi məsləhət gördü
  • Dünən, 11:32
    Zelim qələbə ilə başladı - Yenilənir
  • Dünən, 11:08
    Dərsə getməyən şagirdlərin valideynləri cərimələnəcək? - Video
  • Dünən, 11:00
    “Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır”
  • Dünən, 10:40
    “Azərbaycandan keçən tranzit daşımalarının həcmi 8 milyon tona çatıb”
  • Dünən, 10:10
    Sahibkarlar “Etender.gov.az”da sənədləri “SİMA İmza” ilə imzalayacaq
  • Dünən, 09:42
    Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir
  • Dünən, 09:11
    “Kəpəz” “Araz-Naxçıvan”a, “Neftçi” “Sabah”a qarşı
  • Dünən, 09:00
    Bu marşrutların hərəkət istiqaməti dəyişdirildi
  • Dünən, 17:49
    “Heç bir qüvvə Azərbaycanı inkişaf yolundan döndərə bilməz”
  • Dünən, 16:43
    12 milyonunu general, qalanını onlar qaytarıb...
  • Dünən, 16:41
    Cəbrayılda 26 yaşlı çoban minaya düşdü
  • Dünən, 16:15
    Azərbaycan və Ermənistan nümayəndələri Gorusda görüşdülər
  • Dünən, 15:43
    Murad Fətiyev yarımfinalda uduzdu - Bürünc üçün yarışacaq - Yenilənib
  • Dünən, 14:49
    Pakistan Səudiyyə Ərəbistanında hərbi qüvvələr yerləşdirdiyini rəsmən təsdiqlədi
  • Dünən, 14:37
    “Sosial şəbəkədə ifadə azadlığı başqasını təhqir etmək hüququ vermir”
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə