• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

“Pakistan diplomatiyası buna görə də təqdir olunmalıdır”

Siyasət

16-07-2026, 12:12
“Pakistan diplomatiyası buna görə də təqdir olunmalıdır”

“Azərbaycanla Pakistan arasında geostrateji və siyasi əlaqələr yüksək səviyyədədir. Lakin bəzi sahələr üzrə əməkdaşlığın inkişafında daha çox iş görməliyik”.

Liderxeber.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumu çərçivəsində Pakistanın “PakTVGlobal” televiziya kanalına müsahibəsində deyib.

Şuşa Qlobal Media Forumunun əsas məqsədləri

Hikmət Hacıyev, ilk növbədə, IV Şuşa Qlobal Media Forumunun məqsədləri barədə danışıb: “Şuşa Qlobal Media Forumunun keçirilməsi təşəbbüsü Prezident İlham Əliyev tərəfindən dörd il əvvəl irəli sürülüb. Burada məqsəd Şuşanın Cənubi Qafqazda və regiondan kənarda keçmiş mədəni-intellektual rolunu bərpa etmək idi. Şuşada alimlər, akademiklər, jurnalistlər, filosoflar və şairlər bir yerə toplaşaraq müxtəlif intellektual ideyalar üzərində işləyirlər və Şuşanın əvvəlki ruhunu buraya qaytarırlar.

İkinci səbəb budur ki, Azərbaycan da qardaş Pakistan kimi, qlobal səhnədə media hücumlarına məruz qalır. Şuşa Forumunun funksiyalarından biri də bunların öhdəsindən gəlmək və həqiqətləri çatdırmaqdır. Bu, Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasından sonra baş verdi. Biz dünya ilə açıq danışırıq. Bu, cənab Prezidentin beynəlxalq media ilə birbaşa kommunikasiyasıdır. Bu təşəbbüs çox effektiv nəticələr verib. Burada sual limiti də yoxdur. İstənilən jurnalist düzgün hesab etdiyi sualı verə bilər. Bu il keçirilən forumda da Azərbaycan Prezidenti dünyanın bütün hissələrindən gələn sualları cavablandırdı.

Bundan başqa Şuşa Forumu həm də intellektual dialoqdur. Media dinamik şəkildə dəyişir. Süni intellekt, sosial şəbəkələr və medianın bütün ekosistemi dəyişir. Hamımız dezinformasiya ilə qarşılaşırıq. Buna görə də biz bir-birimizdən öyrənməli və təcrübələrimizi bölüşməliyik. Təkliflər irəli sürməliyik. Bu da Şuşa Forumunun məqsədlərindən biridir”.

Prezident İlham Əliyevin açıq dialoq və strateji kommunikasiya modeli

Hikmət Hacıyevin sözlərinə görə, Prezident İlham Əliyev Şuşa Qlobal Media Forumunda şəffaflıq və strateji kommunikasiya nümayiş etdirib: “Orada heç bir məhdudiyyət və senzura yox idi. Hər kəs istədiyi sualı verməkdə azad idi. Bu, Azərbaycanın strateji kommunikasiyası idi və mən cənab Prezidentin köməkçisi olduğuma görə fəxr edirəm. Gündəlik olaraq onun müdrikliyindən nəsə öyrənirik. Cənab Prezidentin mediaya yanaşması da bunlardan biridir. Dövlət başçısı iqtisadiyyatda, xarici siyasətdə, sosial və hərbi sahələrdə də eyni ruhu nümayiş etdirir. Reallıq budur ki, Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü lideri var. Azərbaycan Prezidentinin sonuncu forumda suallara cavab verməsi, sadəcə, kommunikasiya deyildi, bu, beynəlxalq media ilə real dialoq idi”.

Azərbaycan-Pakistan strateji tərəfdaşlığı və qardaşlıq münasibətləri

Prezidentin köməkçisi Azərbaycan-Pakistan əlaqələrinə də toxunub və ikitərəfli əlaqələrin səviyyəsindən məmnunluq ifadə edib: “Pakistan və Azərbaycan arasında qardaşlıq əlaqələri mövcuddur və bizim strateji tərəfdaşlığımız var. Mən həm də Baş nazir Şahbaz Şərif, feldmarşal Asim Munir və Prezident İlham Əliyev arasında dostluq və dərin hörmətin şahidi olmaq şərəfinə nail olmuşam.

Azərbaycan əraziləri işğal altında olanda qardaş Pakistan Azərbaycana dəstək nümayiş etdirdi. Pakistan işğalçı ölkə ilə diplomatik münasibətlər qurmadı və Ermənistanı təcavüzkar ölkə kimi tanıdı. Bu təkcə Azərbaycan dövlətinin yox, xalqının da yaddaşında qalıb və biz həmişə bunu xatırlayacaq, yüksək qiymətləndirəcəyik.

Eyni zamanda, biz Pakistanın uğurlarına sevinirik. Son zamanlarda Körfəz regionunda ABŞ və İran arasında yaşanan hərbi münaqişədə Pakistan strateji səbr və müdriklik göstərərək, bu konfliktin həlli üçün vasitəçilik platforması yaratdı, anlaşma memorandumunun imzalanması və münaqişənin sonlandırılmasını təmin etdi. Pakistan burada güclü dövlət keyfiyyətlərini, strateji uzaqgörənliyini nümayiş etdirdi. Pakistanın qlobal məsələlərdə vacib geostrateji əhəmiyyəti üzə çıxdı. Sizin qardaşlarınızın olaraq, biz buna çox sevinirik. Pakistanlı qardaşlarımızın bacarığına güvənirik. Pakistan dövləti sülhün təmin olunmasına çalışır və bu da onların qlobal və regional sülhlə bağlı yaxşı bir iş görmək üçün səmimi hisslərindən doğur. Bu konfliktin qlobal təsirləri var. Pakistanın səyləri olmasaydı, münaqişə region sərhədlərindən kənara çıxa və eskalasiyaya yeni elementlər daxil ola bilərdi. Pakistan diplomatiyası buna görə də təqdir olunmalıdır. İnanırıq ki, Pakistanın səyləri müsbət nəticə verəcək. Eyni zamanda, bilməliyik ki, vasitəçi mesaj aparıb-gətirir, amma yekun qərarı tərəflər verir”.

Biznes əlaqələrinin inkişaf potensialı

Hikmət Hacıyev siyasi və geostrateji səviyyədə Azərbaycan və Pakistan arasında əlaqələrin mükəmməl olduğunu və bunun hər iki ölkənin iradəsini nümayiş etdirdiyini, lakin hələ də görülməli işlərin olduğunu diqqətə çatdırıb: “Ölkələrimizin rəhbərlikləri Azərbaycan və Pakistan arasında institusionallaşmış əməkdaşlığın formalaşması üçün qızğın iş aparır. Amma əlbəttə ki, daha çox işlər görməliyik - iqtisadi-ticari, humanitar-mədəni əlaqələrdə, xalqlar arasındakı münasibətlərdə. Bax burada biz əminlikdə deyə bilərik ki, daha çox iş görməliyik. Azərbaycan və Pakistan iş adamları arasında daha çox kontakt olmalıdır. Hər iki ölkənin böyük iqtisadi potensialı və fürsətləri var. Amma bəzən informasiyanın olmaması ticari-iqtisadi əlaqələrimizə təsir edir. İcazə verin sizə bir nümunə çəkim.

Azərbaycan lazımi qədər informasiyanın olmaması səbəbindən, institusionallaşmış biznes mexanizmlərinin olmamasına görə Pakistan düyüsünü üçüncü bir ölkədən idxal edirdi. Bu məsələ Azərbaycan hökumətinə çatdırıldıqdan sonra lazımi tədbirlər görüldü. Pakistan düyüsü gömrük vergisindən azad edildi. Bu da Pakistan düyüsünün Azərbaycan bazarındakı rəqabət qabiliyyətini daha da artırdı. Bu sadəcə bizim bütün sahələrdə əldə edə biləcəyimiz irəliləyiş üçün bir nümunədir. Biz iş adamlarını daha yaxşı məlumatlandırmalıyıq”.

Prezidentin köməkçisi turizm əlaqələrinin dinamik şəkildə inkişaf etdiyini vurğulayıb: “Biz bundan çox razıyıq. Hazırda Azərbaycanla Pakistan arasında birbaşa uçuşların sayı artıb. Bu, yaxşı əlamətdir. Amma mədəni və digər sahələrdə daha çox iş aparılmalıdır.

Burada media nümayəndələrinin də üzərinə yük düşür. Azərbaycan və Pakistan mediası arasında daha çox əməkdaşlıq olmalıdır. Biz öz cəmiyyətlərimizi bir-birimizin mədəniyyəti, biznes imkanları haqqında daha çox məlumatlandırmalıyıq. Mənim qardaşım, Pakistanın informasiya naziri bu məsələni dəstəkləyir və bunun üçün çox iş görüb. Pakistanın yaxşı inkişaf etmiş ingilis dilli jurnalistikası var. Azərbaycanda da biz bu sahənin inkişafına çalışırıq və düşünürəm ki, bu məsələdə Pakistanın təcrübəsindən faydalana bilərik. “Anewz” və sizin “PakTvGlobal” kanalı arasında imzalanan memorandum çərçivəsində əməkdaşlığın inkişaf etdiyini görməkdən məmnunam. Deyə bilərik ki, Azərbaycan və Pakistan arasında əməkdaşlığın inkişafı üçün heç bir limit yoxdur”.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Cəmiyyət

27-06-2024, 20:03

Vətəndaş Qəbulu Mərkəzində iyul ayında qəbul cədvəli açıqlanıb

Ölkə

23-04-2024, 09:20

Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO

Ölkə

13-03-2025, 10:22

“Bu, Azərbaycanın qlobal miqyasda etibarlı tərəfdaş kimi rolunu gücləndirəcək”

Siyasət

12-03-2026, 15:25

İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının tam mətni

Ölkə
Bu cərimənin məbləği kəskin azaldılır
Bu cərimənin məbləği kəskin azaldılır
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı
Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası
Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası
DYP elektroskuter istifadəçilərinə müraciət etdi
DYP elektroskuter istifadəçilərinə müraciət etdi
Siyasət
Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
Bu gün, 17:25
Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
Dünən, 14:42
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
Penitensiar xidmətə yeni rəis təyin edildi
Dünən, 13:26
Penitensiar xidmətə yeni rəis təyin edildi
Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək - Ünvan açıqlandı
Dünən, 12:20
Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək - Ünvan açıqlandı
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
26-10-2026, 14:00
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
26-10-2026, 12:18
Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
Xəbər Lenti
  • Dünən, 17:36
    Kredit borcu zaminin əmlakına qadağa üçün əsas deyil
  • Dünən, 17:25
    Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
  • Dünən, 16:39
    Prezidentdən daşınmaz əmlakla bağlı - Fərman
  • Dünən, 16:22
    Azərbaycan Kubokunda 1:9 hesabı ilə uduzdular
  • Dünən, 16:00
    Bu cərimənin məbləği kəskin azaldılır
  • Dünən, 15:11
    Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı
  • Dünən, 15:03
    Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası
  • Dünən, 14:37
    İspaniya Superkuboku matçları Azərbaycanda keçirilə bilər
  • Dünən, 14:10
    DYP elektroskuter istifadəçilərinə müraciət etdi
  • Dünən, 13:30
    İspaniyada sürət qatarları toqquşdu - 10 ölü
  • Dünən, 12:52
    Gələn il yaşayış minimumu və ehtiyac meyarı — Bu qədər olacaq
  • Dünən, 11:40
    Serbiyada İsrail səfirliyinin əməkdaşına hücum olub - Fotolar
  • Dünən, 11:12
    Yasamalda məktəbdə bədbəxt hadisə - Şagird öldü - Yenilənib
  • Dünən, 10:30
    Şagirdlərin elektron yerdəyişməsinə başlanılır
  • Dünən, 10:18
    İsraildə seçkilərin ilkin nəticələri - Netanyahunun bloku liderdir
  • Dünən, 10:14
    Telefondan istifadə edən sürücülər necə cərimələnəcək?
  • Dünən, 10:00
    Azərbaycan millisi U-15 dünya çempionatında növbəti matçını keçirəcək
  • Dünən, 09:09
    Benzin qiymətlərinə görə Baydeni tənqid etdi - Mübahisələrə səbəb oldu
  • Dünən, 09:00
    ABŞ-dən Körfəz ölkələrinə müharibə - Xəbərdarlığı
  • Dünən, 20:54
    Vyanada Azərbaycan səssiz filmləri nümayiş olunub - FOTO
  • Dünən, 16:48
    Hansı məktəblərə nə qədər vəsait ayrılacaq?
  • Dünən, 16:39
    Hava dəyişəcək - Xəbərdarlıq
  • Dünən, 15:00
    Bir ailənin üç üzvü bıçaqlandı, ana öldü - Oğul saxlanıldı
  • Dünən, 14:42
    Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
  • Dünən, 14:30
    Avropa liderləri Putinlə danışdı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə