• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Bu sahə üzrə beynəlxalq əməkdaşlıq gücləndirilir

Siyasət

3-02-2026, 12:36
Bu sahə üzrə beynəlxalq əməkdaşlıq gücləndirilir

Kibercinayətkarlıqla bağlı sübutların elektron formada mübadiləsində beynəlxalq əməkdaşlıq gücləndirilir.

Liderxeber.az xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İnformasiya və kommunikasiya texnologiyaları sistemlərindən istifadə etməklə törədilən müəyyən cinayətlərlə mübarizədə və ağır cinayətlərə aid olan sübutların elektron formada mübadiləsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi – Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı Konvensiyası” nın təsdiq edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qeyd edilib ki, konvensiyanın əsas məqsədi informasiya və kommunikasiya texnologiyaları sistemlərindən istifadə etməklə törədilən cinayətlərlə mübarizədə dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi, habelə ağır cinayətlərə aid olan sübutların elektron formada toplanması, mübadiləsi və mühafizəsi üçün vahid hüquqi çərçivənin formalaşdırılmasıdır. Konvensiya kibercinayətkarlıqla mübarizənin yalnız milli səviyyədə deyil, həmçinin beynəlxalq hüquqi yardım, ekstradisiya və operativ qarşılıqlı əlaqə mexanizmləri vasitəsilə həyata keçirilməsini nəzərdə tutur.

Konvensiya çərçivəsində kibercinayətkarlıq sahəsində istifadə olunan anlayışların vahid şəkildə müəyyən edilməsi, elektron mühitdə sübutların itirilməsinin, dəyişdirilməsinin və ya məhv edilməsinin qarşısının alınması, habelə istintaq və təqib proseslərinin effektivliyinin təmin edilməsi əsas prinsiplər kimi çıxış edir. Sənəddə dövlətlərin səlahiyyətli orqanları arasında birbaşa və operativ əməkdaşlıq, qarşılıqlı hüquqi yardım mexanizmlərinin sadələşdirilməsi və fasiləsiz fəaliyyət göstərən əlaqə mexanizmlərinin yaradılmasına xüsusi əhəmiyyət verilir.

Konvensiyanın yekun müddəalarına uyğun olaraq sənəd dövlətlərin imzası, ratifikasiyası, qəbulu və ya təsdiqi üçün açıqdır və müvafiq daxili prosedurlar tamamlandıqdan sonra qüvvəyə minir. Eyni zamanda Konvensiya iştirakçı dövlətlərə onun müəyyən müddəaları üzrə bəyanatlar və qeyd-şərtlər vermək imkanı tanıyır.

Azərbaycan Konvensiyanı ratifikasiya edərkən bir sıra mühüm bəyanatlar və qeyd-şərtlər təqdim edib. Həmin bəyanatlarla ekstradisiya və qarşılıqlı hüquqi yardım sahəsində Konvensiyanın hüquqi əsas kimi qəbul edilməsi, bu proseslər üzrə səlahiyyətli mərkəzi orqanların müəyyən edilməsi, habelə sorğuların təqdim edilməsi dili və operativ əlaqə mexanizmləri ilə bağlı mövqelər ifadə olunub. Qeyd-şərtlərlə isə Konvensiya çərçivəsində müəyyən edilmiş bəzi cinayət tərkibləri üzrə cinayət məsuliyyətinin yaranma şərtləri, əhəmiyyətli zərər meyarı və milli hüquq sisteminin xüsusiyyətləri nəzərə alınmaqla tətbiq dairəsi dəqiqləşdirilib.

Beləliklə, Konvensiya və ona dair Azərbaycanın bəyanat və qeyd-şərtləri kibercinayətkarlıqla mübarizə sahəsində beynəlxalq əməkdaşlığın hüquqi əsaslarını formalaşdırır və Konvensiyadan irəli gələn maddi və prosessual normaların milli hüquq sistemində tətbiqinin təmin edilməsi məqsədilə müvafiq normativ hüquqi aktlarda dəyişikliklərin edilməsi nəzərdə tutulur. Bu dəyişikliklər Konvensiyanın müddəalarının, eləcə də Azərbaycanın təqdim etdiyi bəyanat və qeyd-şərtlərin milli qanunvericilikdə implementasiyasına yönəlib.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

24-04-2024, 17:46

Korrupsiyaya qarşı sistemli mübarizə aparılır

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

26-01-2024, 17:32

Baş Prokurorluqda geniş kollegiya iclası keçirilib - FOTO

Dünya

3-07-2024, 18:05

Astanada Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə qəbul olunub

Ölkə

7-08-2024, 10:05

Şirin su israfı ilə mübarizə: Yağış sularından necə faydalanmaq olar?

Ölkə
Qumar oyunlarına görə cəzalar sərtləşdirilir - Prezident təsdiqlədi
Qumar oyunlarına görə cəzalar sərtləşdirilir - Prezident təsdiqlədi
Azərbaycanda təbii daş bazarına maraq artır - Aslan Abbaszadə
Azərbaycanda təbii daş bazarına maraq artır - Aslan Abbaszadə
Azərbaycanda daun sindromlu şəxslərin sayında azalma olub
Azərbaycanda daun sindromlu şəxslərin sayında azalma olub
Səfər Mehdiyevin bacanağına cinayət işi açıldı - 200 minlik yeyinti
Səfər Mehdiyevin bacanağına cinayət işi açıldı - 200 minlik yeyinti
Siyasət
Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşüb
Bu gün, 16:48
Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşüb
Həmin vəzifəli şəxslərin siyahısında dəyişiklik edildi
Bu gün, 15:17
Həmin vəzifəli şəxslərin siyahısında dəyişiklik edildi
İlham Əliyev Mərakeş Kralını təbrik etdi
Bu gün, 11:42
İlham Əliyev Mərakeş Kralını təbrik etdi
Keçmiş deputata yüksək VƏZİFƏ VERİLDİ
Bu gün, 10:17
Keçmiş deputata yüksək VƏZİFƏ VERİLDİ
İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib
Dünən, 16:18
İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib
“Uşaqların sosial mediaya girişinin məhdudlaşdırılması prosesi sadə deyil”
Dünən, 09:51
“Uşaqların sosial mediaya girişinin məhdudlaşdırılması prosesi sadə deyil”
Xəbər Lenti
  • Dünən, 18:31
    “Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuş videoçarxlar hazırlandı
  • Dünən, 17:40
    Sumqayıtda vəzifəsindən ayrılan Elnur Azadxanovdan ilk açıqlama
  • Dünən, 17:14
    Azərbaycanlıların olduğu gəmi PUA hücumuna məruz qaldı
  • Dünən, 16:48
    Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşüb
  • Dünən, 16:35
    Xəzərdə çimmək üçün ən təhlükəli ərazilər - SİYAHI
  • Dünən, 16:25
    Evdən qızıl əşyaları oğurlayan şəxs saxlanılıb
  • Dünən, 15:17
    Həmin vəzifəli şəxslərin siyahısında dəyişiklik edildi
  • Dünən, 15:05
    Dünya çempionatına təyinat almış hakim Bakıya gələcək
  • Dünən, 14:57
    Bakıda 5-ci beynəlxalq “Black and Caspian freight forum 2026” keçiriləcək
  • Dünən, 13:23
    Qumar oyunlarına görə cəzalar sərtləşdirilir - Prezident təsdiqlədi
  • Dünən, 12:45
    Məktəbəhazırlıq qruplarına 16 694 uşaq qeydiyyatdan keçib
  • Dünən, 12:25
    İyulun son günündə hava necə olacaq? - PROQNOZ
  • Dünən, 12:01
    Hansı halda yük itirilmiş sayılacaq? - Qaydalarda DƏYİŞİKLİK
  • Dünən, 11:42
    İlham Əliyev Mərakeş Kralını təbrik etdi
  • Dünən, 11:11
    Kondisioner işlək vəziyyətdə olarkən yatmağın təhlükələri açıqlandı
  • Dünən, 10:30
    FHN-in əməkdaşları qol güləşi və atıcılıq yarışlarında uğur qazanıblar
  • Dünən, 10:17
    Keçmiş deputata yüksək VƏZİFƏ VERİLDİ
  • Dünən, 09:53
    Məşhur aktyor saxlanıldı
  • Dünən, 09:39
    Maaş və pensiya kartı olanların nəzərinə - Mərkəzi Bankın sədri açıqladı
  • Dünən, 09:09
    Başınız ağrıyanda bunu edin
  • Dünən, 16:47
    Braziliya gömrük xidmətinin rəhbəri “Xanoba” gömrük postunda olub
  • Dünən, 16:28
    Qarabağın tarixi kəndi yenidən qurulur
  • Dünən, 16:18
    İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib
  • Dünən, 15:57
    Taleh Kazımov bankların rəhbər şəxsləri ilə görüşüb
  • Dünən, 15:55
    Azərbaycanda təbii daş bazarına maraq artır - Aslan Abbaszadə
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə