• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

“8,7 milyardlıq büdcə sülhü gücləndirməyə xidmət edir”

Siyasət

7-11-2025, 12:20
“8,7 milyardlıq büdcə sülhü gücləndirməyə xidmət edir”

“2026-cı il büdcəsində müdafiə və milli təhlükəsizlik üzrə 8 milyard 714,8 milyon manatlıq xərclər Azərbaycanın daxili sabitliyini, müdafiə qabiliyyətini və regional təhlükəsizlik siyasətini gücləndirməyə yönəlib”.

Liderxeber.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin bu gün keçirilən birgə iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Arzu Nağıyev bildirib.

O qeyd edib ki, 2026-cı il üçün təhlükəsizlik büdcəsinin artırılması, ilk növbədə, dövlətimizin qarşısında duran yeni reallıqlar və milli maraqlarımızın qorunması baxımından zəruri addımdır:

“Bu gün regionda və dünyada müşahidə etdiyimiz proseslər göstərir ki, təhlükəsizlik anlayışı artıq yalnız hərbi sahə ilə məhdudlaşmır. O, həm də informasiya müharibələrinə, kibertəhlükələrə, sərhəd mühafizəsinə, ictimai sabitliyin qorunmasına və fövqəladə hallara operativ reaksiya vermək bacarığına əsaslanır. İşğaldan azad olunmuş ərazilərdə bərpa və köç prosesi geniş vüsət alıb. Həmin ərazilərdə minalardan təmizləmə, hüquq-mühafizə infrastrukturunun yaradılması, insanların təhlükəsiz şəkildə geri qayıdışı üçün əlavə resurslara ehtiyac var. Bu, təkcə təhlükəsizlik deyil, həm də dövlətin sosial məsuliyyəti məsələsidir. Eyni zamanda, Azərbaycanın beynəlxalq öhdəlikləri, Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq əməkdaşlıq çərçivəsində üzərinə götürdüyü vəzifələr, yeni texnoloji çağırışlar və müdafiə sənayesinin inkişafı bu sahəyə əlavə maliyyə dəstəyi tələb edir”.

“Bizim məqsədimiz sadəcə xərcləri artırmaq deyil - məqsədimiz dövlətin müdafiə qabiliyyətini, milli təhlükəsizlik sistemini və vətəndaşlarımızın əmin-amanlığını daha da möhkəmləndirməkdir. Təhlükəsizlik hər bir dövlətin suverenliyinin dayağı, sabit inkişafın və iqtisadi tərəqqinin əsas təminatıdır. Buna görə də mən 2026-cı il üçün təhlükəsizlik büdcəsinin artırılmasını tam zəruri və strateji baxımdan düzgün qərar hesab edirəm. Bir sözlə, 2026-cı il üçün bu sahəyə ayrılan 8,7 milyard manatlıq büdcə Azərbaycanın postmüharibə dövründə sülhü gücləndirmə, müdafiə sənayesinin inkişafı və regionda təhlükəsizlik balansını qoruma strategiyasına xidmət edir”, - komitə sədri əlavə edib.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

24-04-2024, 17:46

Korrupsiyaya qarşı sistemli mübarizə aparılır

Ölkə

26-01-2024, 17:32

Baş Prokurorluqda geniş kollegiya iclası keçirilib - FOTO

Dünya

3-07-2024, 18:05

Astanada Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə qəbul olunub

Ölkə

24-06-2025, 17:05

Avrasiyanın gələcəyi relslərlə çəkilir: Azərbaycanın yeni logistika arxitekturasındakı rolu

Ölkə
Ceyranbatanda 10 məktəbli popkorndan zəhərləndi - Yenilənib
Ceyranbatanda 10 məktəbli popkorndan zəhərləndi - Yenilənib
AZAL və “Sea Breeze” birgə lotereyanın 100 qalibini müəyyən etdi - Fotolar
AZAL və “Sea Breeze” birgə lotereyanın 100 qalibini müəyyən etdi - Fotolar
Azərbaycana biri 757 manat olan 30 həşərat gətirilib
Azərbaycana biri 757 manat olan 30 həşərat gətirilib
Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi
Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi
Siyasət
Kamran Əliyev Rusiyanın Baş prokuroru ilə görüşdü - Yenilənib
Bu gün, 16:27
Kamran Əliyev Rusiyanın Baş prokuroru ilə görüşdü - Yenilənib
Rəsmi Bakıdan Türkiyəyə təbrik
Bu gün, 12:00
Rəsmi Bakıdan Türkiyəyə təbrik
Yeni Ombudsman seçiləcək
Bu gün, 11:01
Yeni Ombudsman seçiləcək
Azərbaycanda bəzi şəxslər vəzifədən kənarlaşdırıla bilərlər
Bu gün, 09:56
Azərbaycanda bəzi şəxslər vəzifədən kənarlaşdırıla bilərlər
Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
Dünən, 17:25
Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
27-10-2026, 14:42
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
Xəbər Lenti
  • Dünən, 17:21
    Ceyranbatanda 10 məktəbli popkorndan zəhərləndi - Yenilənib
  • Dünən, 16:27
    Kamran Əliyev Rusiyanın Baş prokuroru ilə görüşdü - Yenilənib
  • Dünən, 15:18
    AZAL və “Sea Breeze” birgə lotereyanın 100 qalibini müəyyən etdi - Fotolar
  • Dünən, 15:02
    Azərbaycana biri 757 manat olan 30 həşərat gətirilib
  • Dünən, 14:49
    Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü
  • Dünən, 14:36
    Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi
  • Dünən, 14:09
    İsraildə siyasi sövdələşmə iddiası - Netanyahuya nə təklif olunub?
  • Dünən, 13:55
    “Jurnalisti linçə məruz qoymaq kimin ağlının məhsuludur?!”
  • Dünən, 13:32
    Kartdan-karta köçürmələrdə limit buna görə qoyulub - Taleh Kazımov açıqladı
  • Dünən, 13:16
    Sabah hava necə olacaq?
  • Dünən, 12:00
    Rəsmi Bakıdan Türkiyəyə təbrik
  • Dünən, 11:53
    “ASAN xidmət” və BMT Bakıda beynəlxalq sammit reallaşdıracaq - Fotolar
  • Dünən, 11:36
    Bu marşrut xətləri “Faiqoğlu”na verildi
  • Dünən, 11:30
    Bu gün 3 güləşçimiz DÇ-də mübarizəyə başlayacaq
  • Dünən, 11:01
    Yeni Ombudsman seçiləcək
  • Dünən, 10:39
    AMB uçot dərəcəsini açıqladı
  • Dünən, 10:22
    2 yaşlı uşaq qonşunun evində yıxılıb öldü
  • Dünən, 10:14
    Ermənistan Prezidentinin səhhəti kəskin pisləşib - KİV
  • Dünən, 09:56
    Azərbaycanda bəzi şəxslər vəzifədən kənarlaşdırıla bilərlər
  • Dünən, 09:19
    Nyu-Yorkda dinozavr skeleti fantastik qiymətə satıldı
  • Dünən, 09:00
    Avropa İttifaqı geri addım atdı
  • Dünən, 17:36
    Kredit borcu zaminin əmlakına qadağa üçün əsas deyil
  • Dünən, 17:25
    Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
  • Dünən, 16:39
    Prezidentdən daşınmaz əmlakla bağlı - Fərman
  • Dünən, 16:22
    Azərbaycan Kubokunda 1:9 hesabı ilə uduzdular
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə