• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Zəngəzur dəhlizi açılır? - Bakı ilə İrəvan arasında MÜHÜM MÜZAKİRƏ

Siyasət

11-07-2025, 17:10
Zəngəzur dəhlizi açılır? - Bakı ilə İrəvan arasında MÜHÜM MÜZAKİRƏ

İyulun 11-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə tarixi görüş keçirildi.

Görüş Ermənistan-Azərbaycan münasibətləri tarixində ən vacib diplomatik addımlardan biri kimi yadda qaldı. Bu, sadəcə iki liderin təmas qurması deyil, həm də sülh sazişinə doğru ölkələrin öz iradəsi ilə başlatdığı, vasitəçisiz, şərtləri müəyyən edilmiş ikitərəfli prosesin yeni mərhələsi kimi yadda qaldı. Əbu-Dabi görüşü danışıqlar prosesində sülh müqaviləsinə gedən yolun mühüm mərhələsidir. Burada müzakirə edilən məsələlər - sərhədlərin delimitasiyası, siyasi öhdəliklər və ən əsası Zəngəzur dəhlizinin açılması sülhün konkret konturlarını müəyyən edir. Rəsmi Bakı dəfələrlə açıq şəkildə bəyan edib ki, Zəngəzur dəhlizi regionun inteqrasiyası və geoiqtisadi gələcəyi üçün vacib elementdir. Bu məsələ artıq Ermənistan tərəfindən də ciddi müzakirə mövzusu kimi qəbul olunub. Bu baxımdan, Zəngəzur dəhlizinin nə zaman açılması, region üçün perspektivləri və əməkdaşlıq platforması yenidən gündəmə gəlib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Müşfiq Cəfərov Liderxeber.az-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində heç bir vasitəçi olmadan keçirilən ikitərəfli görüşdə həllini tapmayan bəzi məsələlər müzakirə edildi:

"Bu görüş bütün Qafqaz üçün müəyyən əhəmiyyət kəsb edir. İki ölkə lideri arasında 5 saat davam edən görüşdə Qafqaz ərazisində yeni münasibətlərin təsdiqlənməsi prosesinin getdiyini əminliklə söyləmək olar. Hər iki lider ölkələri arasında ikitərəfli danışıqları və etimadın möhkəmləndirilməsi tədbirlərini davam etdirmək barədə razılığa gəldilər. İlham Əliyev və Nikol Paşinyanın sonuncu görüşü may ayında Albaniyanın paytaxtı Tiranada "Avropa Siyasi Birliyi"nin sammiti çərçivəsində olmuşdu. Düşünürəm ki, hər görüşün öz əhəmiyyəti var. Belə ki, əsrlərlə davam edən iki xalq arasındakı münaqişə bir və ya iki görüşlə yekunlaşdırıla bilməz. Çünki həm də Cənubi Qafqazın bu iki ölkəsi arasındakı münasibət bütövlükdə beynəlxalq arenada bir çox dövlətin maraqlarının toqquşduğu nöqtədir".

"Əbu-Dabidə Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin vacib istiqamətləri sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh müqaviləsinin paraflanması və digər məsələlərlə bağlı çox ciddi müzakirələr aparılıb. Bu təmasların və danışıqların istər müxtəlif işçi qrupları səviyyəsində, istərsə də daha yüksək səviyyələrdə davam etdirilməsi barədə ümumi razılıq əldə edilib. Görüşdə iki ölkə arasında davam edən sülh prosesində əsas maneələrdən biri olan Ermənistan və Azərbaycan arasında regional tranzit əlaqələrinin açılmasının zəruriliyi bir daha vurğulanıb. Xüsusilə Zəngəzur dəhlizi, Azərbaycan ilə Naxçıvan eksklavı arasında tranzit əlaqənin yaradılmasının mümkünlüyü də görüşün əsas gündəliyində idi. Çünki Ermənistan dörd il ərzində qeyri-konstruktiv yanaşmalarla və bəhanələr gətirməklə və beynəlxalq ictimaiyyəti çaşdırmağa cəhd etməklə Zəngəzur dəhlizi ilə bağlı irəliləyişi dayandırmaqla məşğul olub", - deyə deputat vurğulayıb.

Parlamentari onu da əlavə edib ki, Zəngəzur dəhlizi Azərbaycan üçün ona görə həyati əhəmiyyət kəsb edir ki, ilk növbədə Naxçıvan Muxtar Respublikası ilə birbaşa quru əlaqə qurulacaq:

"Hazırda Azərbaycanla Naxçıvan arasında əsas yük daşımaları İran üzərindən keçir ki, bu da həm xərcləri artırır, həm də siyasi risklər yaradır. Digər tərəfdən isə dəhliz Azərbaycanı Orta Dəhliz xətti ilə Türkiyə, Mərkəzi Asiya və Avropa bazarlarına bağlayır. Beləliklə bu dəhliz ölkəmizin həm iqtisadi, həm də milli maraqlarına xidmət edərək regional əməkdaşlığa yol açacaq".

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Siyasət

8-01-2025, 11:15

Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın vaxt limiti sona çatdı

Ölkə

23-04-2024, 09:20

Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO

Ölkə

3-06-2024, 10:05

Bakı daha bir mötəbər tədbirə ev sahibliyi edir

Ölkə

24-06-2025, 17:05

Avrasiyanın gələcəyi relslərlə çəkilir: Azərbaycanın yeni logistika arxitekturasındakı rolu

Ölkə
Ceyranbatanda 10 məktəbli popkorndan zəhərləndi - Yenilənib
Ceyranbatanda 10 məktəbli popkorndan zəhərləndi - Yenilənib
AZAL və “Sea Breeze” birgə lotereyanın 100 qalibini müəyyən etdi - Fotolar
AZAL və “Sea Breeze” birgə lotereyanın 100 qalibini müəyyən etdi - Fotolar
Azərbaycana biri 757 manat olan 30 həşərat gətirilib
Azərbaycana biri 757 manat olan 30 həşərat gətirilib
Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi
Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi
Siyasət
Kamran Əliyev Rusiyanın Baş prokuroru ilə görüşdü - Yenilənib
Bu gün, 16:27
Kamran Əliyev Rusiyanın Baş prokuroru ilə görüşdü - Yenilənib
Rəsmi Bakıdan Türkiyəyə təbrik
Bu gün, 12:00
Rəsmi Bakıdan Türkiyəyə təbrik
Yeni Ombudsman seçiləcək
Bu gün, 11:01
Yeni Ombudsman seçiləcək
Azərbaycanda bəzi şəxslər vəzifədən kənarlaşdırıla bilərlər
Bu gün, 09:56
Azərbaycanda bəzi şəxslər vəzifədən kənarlaşdırıla bilərlər
Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
Dünən, 17:25
Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
27-10-2026, 14:42
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
Xəbər Lenti
  • Bu gün, 17:21
    Ceyranbatanda 10 məktəbli popkorndan zəhərləndi - Yenilənib
  • Bu gün, 16:27
    Kamran Əliyev Rusiyanın Baş prokuroru ilə görüşdü - Yenilənib
  • Bu gün, 15:18
    AZAL və “Sea Breeze” birgə lotereyanın 100 qalibini müəyyən etdi - Fotolar
  • Bu gün, 15:02
    Azərbaycana biri 757 manat olan 30 həşərat gətirilib
  • Bu gün, 14:49
    Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü
  • Bu gün, 14:36
    Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi
  • Bu gün, 14:09
    İsraildə siyasi sövdələşmə iddiası - Netanyahuya nə təklif olunub?
  • Bu gün, 13:55
    “Jurnalisti linçə məruz qoymaq kimin ağlının məhsuludur?!”
  • Bu gün, 13:32
    Kartdan-karta köçürmələrdə limit buna görə qoyulub - Taleh Kazımov açıqladı
  • Bu gün, 13:16
    Sabah hava necə olacaq?
  • Bu gün, 12:00
    Rəsmi Bakıdan Türkiyəyə təbrik
  • Bu gün, 11:53
    “ASAN xidmət” və BMT Bakıda beynəlxalq sammit reallaşdıracaq - Fotolar
  • Bu gün, 11:36
    Bu marşrut xətləri “Faiqoğlu”na verildi
  • Bu gün, 11:30
    Bu gün 3 güləşçimiz DÇ-də mübarizəyə başlayacaq
  • Bu gün, 11:01
    Yeni Ombudsman seçiləcək
  • Bu gün, 10:39
    AMB uçot dərəcəsini açıqladı
  • Bu gün, 10:22
    2 yaşlı uşaq qonşunun evində yıxılıb öldü
  • Bu gün, 10:14
    Ermənistan Prezidentinin səhhəti kəskin pisləşib - KİV
  • Bu gün, 09:56
    Azərbaycanda bəzi şəxslər vəzifədən kənarlaşdırıla bilərlər
  • Bu gün, 09:19
    Nyu-Yorkda dinozavr skeleti fantastik qiymətə satıldı
  • Bu gün, 09:00
    Avropa İttifaqı geri addım atdı
  • Dünən, 17:36
    Kredit borcu zaminin əmlakına qadağa üçün əsas deyil
  • Dünən, 17:25
    Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
  • Dünən, 16:39
    Prezidentdən daşınmaz əmlakla bağlı - Fərman
  • Dünən, 16:22
    Azərbaycan Kubokunda 1:9 hesabı ilə uduzdular
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə