• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Əhalinin və əczaçılıq müəssisələrinin nəzərinə!

Ölkə

18-02-2025, 14:26
Əhalinin və əczaçılıq müəssisələrinin nəzərinə!

“Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikləri təsdiqləyib. Dəyişikliklərdə istifadə təlimatı olmadan satılan dərman vasitələrinə görə apteklərin cərimə ediləcəyi barədə mediada məlumat yayılıb. Əhali arasında çaşqınlıq yaranmaması üçün bildiririk ki, ölkə ərazisində dərman çatışmazlığının qarşısının alınması məqsədilə atılan ən mühüm addımlardan biri də dərman vasitələrinin qeydiyyat-ekspertiza qaydalarının sadələşdirilməsi və beynəlxalq qeydiyyatın tanınması olub”. 

Liderxeber.az xəbər verir ki, bu barədə Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.

Bildirilib ki, dərman vasitələrinin istifadə təlimatları (içlik vərəqə) hər hansı xarici dildə olarsa, qeydiyyat vəsiqə sahibi tərəfindən Azərbaycan dilində təsdiq olunmuş içlik vərəqəsi apteklərə təqdim edilməlidir. Bu tələb “Dərman vasitələri haqqında” Qanunun 11.3-cü maddəsində öz əksini tapır. Belə ki, Azərbaycan dilində olan içlik vərəqəsi  dərman vasitəsini müşayiət etmədiyi təqdirdə istehlakçının tələbi əsasında aptek tərəfindən kağız formasında çap edilərək ona təqdim olunur. Həmin dərman vasitəsinin vəsiqə sahibi apteki Azərbaycan dilində olan istifadə təlimatı ilə təmin etməyə borcludur.

Qanunvericiliyin bu tələbi pozulduğu təqdirdə İnzibati Xətalar Məcəlləsinin 221.13 və 221.14-cü maddələri üzrə protokol tərtib edilərək inzibati tənbeh tədbirləri görülür. Belə ki, 221.3-cü maddəyə əsasən, Azərbaycan dilində olan istifadə təlimatı dərman vasitəsini müşayiət etmədiyi təqdirdə, həmin dərman vasitəsinin vəsiqə sahibi tərəfindən aptekin Azərbaycan dilində olan istifadə təlimatı ilə təmin edilməməsinə görə vəsiqə sahibləri – vəzifəli şəxs olduqda 1500-2000, hüquqi şəxs olduqda isə 5000-7000 manat məbləğində cərimə edilir.

Apteklər isə yalnız vəsiqə sahibləri tərəfindən Azərbaycan dilində təsdiq edilən istifadə təlimatı ilə təmin edildiyi halda, istehlakçının tələbi əsasında içlik vərəqəsinin kağız formasında çap edərək istehlakçıya təqdim etməməsinə görə 50 manat məbləğində cərimə edilir.

“Əlavə olaraq qeyd etməliyik ki, Prezidentin müvafiq göstərişləri əsasında səhiyyə sahəsində aparılan dəyişikliklərdən biri də elektron resept sistemidir ki, bu sistem vasitəsilə vətəndaşlar dərman vasitələrinin istifadə təlimatları ilə elektron qaydada da tanış ola bilərlər. Bunun üçün vətəndaşlar elektron resept sistemində dərmanlar bölməsinə daxil olaraq, müvafiq dərmanın istifadə təlimatını əldə edə bilərlər”, - deyə, məlumatda vurğulanıb.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Səhiyyə

19-07-2024, 16:33

Dərman və tibb vasitələrinin dövlət qeydiyyatına alınması qaydası təsdiq edilib

Cəmiyyət

17-02-2025, 15:02

Bu şəxslərə 7000 manat cərimə tətbiq olunacaq

Cəmiyyət

28-06-2024, 17:17

Azərbaycan qanunvericiliyində yeni anlayış və cərimələr

Ölkə

14-04-2023, 13:46

Müharibə iştirakçıları və qazilərin nəqliyyat sahəsində hansı problemləri var?

Ölkə
Aktyor Aslan Fətullayev vəfat etdi
Aktyor Aslan Fətullayev vəfat etdi
Görmə məsafəsi 1000 metrədək məhdudlaşacaq
Görmə məsafəsi 1000 metrədək məhdudlaşacaq
Sabah da yağış yağacaq
Sabah da yağış yağacaq
Səfərdən qayıdan sürücülərə - Xəbərdarlıq
Səfərdən qayıdan sürücülərə - Xəbərdarlıq
Siyasət
XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım
Bu gün, 09:54
XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım
Bu gün Azərbaycanda Zəfər Günüdür
8-11-2026, 01:54
Bu gün Azərbaycanda Zəfər Günüdür
Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
7-11-2026, 14:18
Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
Prezidentlə xanımı Cəbrayıla getdi
6-11-2026, 12:59
Prezidentlə xanımı Cəbrayıla getdi
Zəngilan Aqroparkı yaradıldı - Fərman
5-11-2026, 16:00
Zəngilan Aqroparkı yaradıldı - Fərman
“Kipr məsələsində də İlham Əliyevin haqqını vermək lazımdır”
5-11-2026, 15:21
“Kipr məsələsində də İlham Əliyevin haqqını vermək lazımdır”
Xəbər Lenti
  • Bu gün, 17:13
    Rusiya 4 nəhəng şirkəti cərimələdi - Səbəb bu imiş
  • Bu gün, 15:58
    Aktyor Aslan Fətullayev vəfat etdi
  • Bu gün, 15:10
    Görmə məsafəsi 1000 metrədək məhdudlaşacaq
  • Bu gün, 14:16
    “Qalatasaray” Batrakovun maaşını 5 milyon avroya qaldıracaq
  • Bu gün, 13:31
    Şri-Lankada üç avtobus toqquşdu - 4 ölü, 70 yaralı
  • Bu gün, 13:15
    İrana hücum üçün hər gün Trampa zəng edir - KİV
  • Bu gün, 12:48
    Sabah da yağış yağacaq
  • Bu gün, 12:21
    Əbu-Dabidə Ukrayna danışıqları başladı
  • Bu gün, 12:09
    Səfərdən qayıdan sürücülərə - Xəbərdarlıq
  • Bu gün, 11:46
    Bu rayona 33 sm qar yağıb
  • Bu gün, 11:14
    Bakıda bu xəstəxana təmirə bağlanır
  • Bu gün, 11:07
    ABŞ İran təhdidinə görə təcili hərəkətə keçdi
  • Bu gün, 10:49
    Xankəndi stadionunda keçiriləcək ilk oyunun - Vaxtı açıqlandı
  • Bu gün, 10:06
    “ABŞ çarəsiz qumarbaz kimi çırpınır” - Trampın açıqlamasını təkzib etdi
  • Bu gün, 09:54
    XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım
  • Bu gün, 09:21
    Maşın dərəyə aşdı - Ölən və yaralananlar var
  • Bu gün, 09:03
    Rusiyaya qarşı yeni sanksiyalar paketini açıqladı - 38 qurum, 24 şəxs...
  • Bu gün, 09:00
    Hörmüz 8 milyard qarşılığında açılacaq? - Tehrandan cavab
  • Dünən, 16:14
    Tarixi müqavilənin bağlandığı yerdə üçrəngli bayraq... - Fotolar
  • Dünən, 15:46
    “Ukraynanın coğrafiyası artıq dəyişib”
  • Dünən, 14:39
    Bu gün Bakını bürüyən səslər... - Video
  • Dünən, 14:21
    Mingəçevirdə Vətən müharibəsi iştirakçısı bıçaqlanıb
  • Dünən, 13:32
    Bakıda yeni alınan avtomobilin üstünə qaz borusu aşdı
  • Dünən, 12:27
    Sabahın havası - Yağış, duman, şaxta
  • Dünən, 11:57
    Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə