2025-ci ildə Böyük Qayıdışa 4 milyarddan çox vəsait xərclənməsinin nəzərdə tutulması gələcəyə yatırımdır.
Liderxeber.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Hikmət Məmmədov parlamentin bugünkü plenar iclasında büdcə zərfinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, bu prosesə artıq 18 milyard manat xərclənib:
“Bu investisiyaları nəzərə alsaq, 2026-cı ildən sonrakı yeni mərhələnin Azərbaycan iqtisadiyyatının sürətlə böyüdüyü dönəm olacağı görünür".