• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Rəşad Nəbiyev: "2030-cu ilə qədər bütün avtobusların elektrikləşdirilməsi hədəflənir"

Ölkə

20-11-2024, 14:13
Rəşad Nəbiyev: "2030-cu ilə qədər bütün avtobusların elektrikləşdirilməsi hədəflənir"

Azərbaycan dayanıqlı nəqliyyat sistemi qurmaqda qətiyyətlidir.

Liderxeber.az xəbər verir ki, bunu Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev COP29 çərçivəsində keçirilən nazirlərin mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, Azərbaycanın Milli Müəyyən Edilmiş Töhfələr (NDC) çərçivəsində "yaşıl nəqliyyat" siyasətlərinin planlaşdırılması və tətbiqi üçün praktik yollar müəyyən edilib:

“Emissiyaların azaldılması və vətəndaşların həyat keyfiyyətinin yüksəldilməsi məqsədilə nəqliyyat infrastrukturunun inkişafına ciddi ehtiyac var. Bu istiqamətdə Azərbaycan qətiyyətlə irəliləyir”.

R.Nəbiyev Azərbaycanın iqlim dəyişikliklərinə qarşı mübarizədə öhdəliklərindən bəhs edərək bildirib ki, ölkə 2030-cu ilə qədər istixana qazı emissiyalarını 35 % azaltmağı hədəfləyib. Onun sözlərinə görə, bu məqsədlə Bakı şəhəri üçün Mobillik Transformasiya Proqramı hazırlanıb:

"Bu proqram çərçivəsində hər bir aktiv mobil vətəndaş üçün iqlim və yol hərəkəti ilə bağlı emissiyaların 2030-cu ilə qədər 0,6 metrik ton CO2 səviyyəsinə qədər azaldılması planlaşdırılır. Ən müasir texnologiyaları və insan mərkəzli yanaşmanı birləşdirərək Azərbaycan daha "yaşıl" və daha bağlı gələcəyə doğru irəliləyir”.

Nazir proqram çərçivəsində görülən konkret tədbirlər haqqında da məlumat verib: "Mikromobillik üçün 100 kilometr uzunluğunda infrastrukturun yaradılması nəzərdə tutulur və artıq bunun 30 kilometrdən çoxu istifadəyə verilib. İctimai nəqliyyatın əhatə dairəsinin əhalinin 90 %-nə çatdırılması əsas prioritetlərdəndir".

O bildirib ki, elektrik avtobus parkının genişləndirilməsi istiqamətində də əhəmiyyətli addımlar atılıb: "Son dövrdə parka 160 elektrik avtobusu əlavə edilib və 2030-cu ilə qədər bütün avtobusların elektrikləşdirilməsi hədəflənir".

R.Nəbiyev nəqliyyat sahəsində innovasiyaların tətbiqinə xüsusi diqqət yetirildiyini də vurğulayıb: “Qısa müddət ərzində Bakının "rəqəmsal əkizini" yaratmağa nail olmuşuq. Bu rəqəmsal platforma bütün fəaliyyətlərimizdə məlumat əsaslı qərarların daha effektiv şəkildə qəbul edilməsinə imkan yaradır”.

Azərbaycanın bu təşəbbüsləri, iqlim dəyişiklikləri ilə mübarizə və dayanıqlı nəqliyyat sistemi qurulması istiqamətində qlobal səviyyədə nümunəvi addımlardır, nazir bildirib

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

25-05-2024, 19:18

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

Ölkə

12-08-2024, 11:33

Bakı ilk dəfə olaraq İqlim Fəaliyyəti Həftəsinə ev sahibliyi edəcək

Dünya

3-07-2024, 18:05

Astanada Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə qəbul olunub

Ölkə

6-11-2024, 13:37

Dini Liderlərin Qlobal Sammiti yekunlaşıb

Ölkə
“Xəstəxanada üç dəfə qıcolma tutdu, əlillik təyin edilmir” - Rəsmi açıqlama
“Xəstəxanada üç dəfə qıcolma tutdu, əlillik təyin edilmir” - Rəsmi açıqlama
“Azərbaycan əsgəri İrəvanda Koçaryanla qonşu kamerada saxlanılır”
“Azərbaycan əsgəri İrəvanda Koçaryanla qonşu kamerada saxlanılır”
Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
Çin avtomobillərinə bu qadağanı qoydular - Casusluqda şübhəli bilinirlər
Çin avtomobillərinə bu qadağanı qoydular - Casusluqda şübhəli bilinirlər
Siyasət
Deputat kimi heç bir səlahiyyəti olmadığından gileyləndi - Ziyafət Əsgərov günahı onda gördü
Bu gün, 13:30
Deputat kimi heç bir səlahiyyəti olmadığından gileyləndi - Ziyafət Əsgərov günahı onda gördü
Ombudsman bu sahələrə daha çox maliyyə ayrılmasını təklif etdi
Bu gün, 12:14
Ombudsman bu sahələrə daha çox maliyyə ayrılmasını təklif etdi
XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım
Dünən, 09:54
XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım
Bu gün Azərbaycanda Zəfər Günüdür
8-11-2026, 01:54
Bu gün Azərbaycanda Zəfər Günüdür
Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
7-11-2026, 14:18
Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
Prezidentlə xanımı Cəbrayıla getdi
6-11-2026, 12:59
Prezidentlə xanımı Cəbrayıla getdi
Xəbər Lenti
  • Bu gün, 14:16
    “Xəstəxanada üç dəfə qıcolma tutdu, əlillik təyin edilmir” - Rəsmi açıqlama
  • Bu gün, 13:30
    Deputat kimi heç bir səlahiyyəti olmadığından gileyləndi - Ziyafət Əsgərov günahı onda gördü
  • Bu gün, 13:27
    “Ən ciddi siqnallardan biri yığılıb qalan vergi borclarıdır”
  • Bu gün, 13:01
    “Azərbaycan əsgəri İrəvanda Koçaryanla qonşu kamerada saxlanılır”
  • Bu gün, 12:23
    Azərbaycan samboçusu dünya çempionatında gümüş medal qazandı
  • Bu gün, 12:14
    Ombudsman bu sahələrə daha çox maliyyə ayrılmasını təklif etdi
  • Bu gün, 11:36
    Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
  • Bu gün, 11:18
    Çin avtomobillərinə bu qadağanı qoydular - Casusluqda şübhəli bilinirlər
  • Bu gün, 10:31
    “Əllərin qana bulaşıb...” - Bayden ailəsinə hücum
  • Bu gün, 10:08
    ADY yükdaşımaları üzrə ən yüksək göstəricilər əldə edib
  • Bu gün, 09:46
    Şöbə rəisi qəfil vəfat etdi
  • Bu gün, 09:12
    Paşinyan Türkiyədədir
  • Bu gün, 08:54
    Pezeşkian Türkiyəyə gedir
  • Dünən, 17:13
    Rusiya 4 nəhəng şirkəti cərimələdi - Səbəb bu imiş
  • Dünən, 15:58
    Aktyor Aslan Fətullayev vəfat etdi
  • Dünən, 15:10
    Görmə məsafəsi 1000 metrədək məhdudlaşacaq
  • Dünən, 14:16
    “Qalatasaray” Batrakovun maaşını 5 milyon avroya qaldıracaq
  • Dünən, 13:31
    Şri-Lankada üç avtobus toqquşdu - 4 ölü, 70 yaralı
  • Dünən, 13:15
    İrana hücum üçün hər gün Trampa zəng edir - KİV
  • Dünən, 12:48
    Sabah da yağış yağacaq
  • Dünən, 12:21
    Əbu-Dabidə Ukrayna danışıqları başladı
  • Dünən, 12:09
    Səfərdən qayıdan sürücülərə - Xəbərdarlıq
  • Dünən, 11:46
    Bu rayona 33 sm qar yağıb
  • Dünən, 11:14
    Bakıda bu xəstəxana təmirə bağlanır
  • Dünən, 11:07
    ABŞ İran təhdidinə görə təcili hərəkətə keçdi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə