• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Dövlət Bayrağı Meydanındakı yenilənmiş Bayraq Muzeyi təqdim edilib

Ölkə

8-11-2024, 15:32
Dövlət Bayrağı Meydanındakı yenilənmiş Bayraq Muzeyi təqdim edilib

Bakıda Dövlət Bayrağı Meydanındakı Bayraq Muzeyi yenilənmiş formada təqdim edilib.

Liderxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Bulvar İdarəsinin rəsmisi Əfsanə Mehdiyeva deyib.

O qeyd edib ki, Meydanda yeni bayraq ucaldılmaqla yanaşı, fəaliyyət göstərən Bayraq Muzeyi də yenilənib.

"Muzeydəki yeni Zəfər qalereyasında torpaqlarımızın azadlığı uğrunda canını qurban verən şəhidlər haqqında eksponatlar nümayiş edilir", - Ə.Mehdiyeva bildirib.

Xatırladaq ki, Dövlət Bayrağı Muzeyi Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva tərəfindən 9 noyabr 2010-cu il tarixində açılıb. Muzey fəaliyyəti dövründə Azərbaycanın üçrəngli dövlət bayrağı ilə yanaşı, ölkədə müxtəlif dövrlərdə mövcud olan xanlıqların, dövlətlərin bayraqlarını əyani nümayiş etdirilib və gələn qonaqlara təfərrüatlı məlumatlar çatdırılıb. Bundan başqa, muzeydə Azərbaycanın qədim və zəngin dövlətçilik tarixini əks etdirən 400 eksponat sərgilənib. Hər bir tarixi nümunə haqqında muzeyə gələn qonaqlara təfsilatlı məlumatlar verilib.

2017-ci ildə Dövlət Bayrağı Meydanında aparılan yenidənqurma və bərpa işləri ilə əlaqədar Dövlət Bayrağı Muzeyi də təmirə bağlanıb. Təmir-bərpa işlərinin aparıldığı illər ərzində muzeyin əməkdaşları eksponatların qorunması, saxlanılması, daha da zənginləşdirilməsi istiqamətində çalışmışlar və eksponat sayını 431-ə çatdırıblar.

Təmir-bərpa işlərindən sonra yeni görkəmdə, yeni tərtibatda fəaliyyətə başlayacaq Bayraq Muzeyində 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Zəfər qalereyası” adlı ekspozisiya nümayiş olunur. Qalereyada Müzəffər Ali Baş Komandan tərəfindən işğaldan azad edilmiş ərazilərdə Dövlət Bayrağının ucaldılması və Xankəndi şəhərində Vətən müharibəsindəki qələbənin üçüncü ildönümü ilə bağlı hərbi paradın fotoları nümayiş olunur.

Muzey 6 Sərgi salonundan ibarətdir:

A Sərgi salonunda Azərbaycanın qədim və orta əsrlər dövrünə aid bayraqlar, bayraq ucluqları, hakimiyyət rəmzləri, sikkələr, silahlar, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri nümayiş olunur.

B Sərgi salonu Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan SSR dövrünü əhatə edir. Burada Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentində 7 dekabr 1918-ci il tarixində asılmış Dövlət bayrağı, həmin dövrə aid foto şəkillər, pul əskinazları, poçt markaları, eləcə də Azərbaycan SSRİ-in bayraqları, gerbləri, müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, pul əskinazları və poçt markaları nümayiş olunur.

C Sərgi salonu müstəqillik dövrünü əhatə edir. Burada Ümummilli lider Heydər Əliyevə həsr edilən xatirə medalları və poçt markaları, Azərbaycan Respublikası Prezidentinin ştandartı, Azərbaycan Respublikasının orden və medalları, Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası, eləcə də, Vətən müharibəsinə həsr edilən orden və medallar, dünyanın ən hündür zirvələrində sancılmış Dövlət bayrağı nümayiş etdirilir. Bu salonda "Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanın yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2007-ci il tarixli Sərəncamı, "Azərbaycan Respublikasının Dövlət bayrağı gününün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2009-cu il tarixli Sərəncamı, Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 17 noyabr 1990-cı il tarixli qərarından ibarət stend yerləşdirilib.

D Sərgi salonunda Azərbaycan Silahlı Qüvvələrinin bayraqları, medalları, emblem və şevronları nümayiş olunur.

E və F sektorlarında Azərbaycan Respublikasının hərbi qulluqçularının mərasim geyim formaları nümayiş olunur.

Bundan əlavə, Muzeydəki monitorlarda Azərbaycanın qədim və orta əsrlər, Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan SSR dövrünə, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixindəki xidmətlərinə, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ordu quruculuğuna və Ali Baş Komandanlığı ilə Vətən müharibəsindəki tarixi qələbəyə həsr edilmiş videolar nümayiş olunur.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

26-08-2024, 08:50

Mehriban Əliyevanın doğum günüdür

Ölkə

26-01-2024, 17:32

Baş Prokurorluqda geniş kollegiya iclası keçirilib - FOTO

Ölkə

9-11-2023, 10:32

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Ölkə

26-08-2024, 16:22

Ərəb mediası Mehriban Əliyevaya həsr olunmuş məqalələr dərc edib

Ölkə
“Xanımımla Şuşada daha çox qalmaq üçün nə edə biləcəyimizi planlaşdırdıq”
“Xanımımla Şuşada daha çox qalmaq üçün nə edə biləcəyimizi planlaşdırdıq”
Sabah hava necə olacaq?
Sabah hava necə olacaq?
Qarabağa səfərin ilk günündən bu görüntüləri paylaşdı
Qarabağa səfərin ilk günündən bu görüntüləri paylaşdı
Dənizə getmək istəyənlərin nəzərinə!
Dənizə getmək istəyənlərin nəzərinə!
Siyasət
Fərid Şəfiyev BMTMM-in sədri təyin edildi - Sərəncam
Dünən, 17:30
Fərid Şəfiyev BMTMM-in sədri təyin edildi - Sərəncam
Qida təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı təsdiqləndi
Dünən, 14:39
Qida təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı təsdiqləndi
Prezident Qaradağda açılışda - Fotolar
10-09-2026, 11:56
Prezident Qaradağda açılışda - Fotolar
Prezident Əziz Səncəri təltif etdi
7-09-2026, 14:15
Prezident Əziz Səncəri təltif etdi
Putin Əliyevə zəng etdi
7-09-2026, 13:16
Putin Əliyevə zəng etdi
Bakıda BMT-nin Dördüncü İqlim Həftəsi keçiriləcək
5-09-2026, 09:00
Bakıda BMT-nin Dördüncü İqlim Həftəsi keçiriləcək
Xəbər Lenti
  • Dünən, 14:33
    Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün yenilik
  • Dünən, 14:21
    “Xanımımla Şuşada daha çox qalmaq üçün nə edə biləcəyimizi planlaşdırdıq”
  • Dünən, 13:00
    Pakistan Ermənistana ilk səfirini təyin etdi - Foto
  • Dünən, 12:34
    Sabah hava necə olacaq?
  • Dünən, 11:00
    Qarabağa səfərin ilk günündən bu görüntüləri paylaşdı
  • Dünən, 10:07
    Sağlam qalmağın yolları açıqlandı
  • Dünən, 09:44
    Dənizə getmək istəyənlərin nəzərinə!
  • Dünən, 09:19
    Analoqu olmayan tədbir - Orkestrə robot dirijorluq etdi
  • Dünən, 09:10
    Nepaldakı daşqınlarda ölənlərin sayı artdı
  • Dünən, 09:00
    Şimali Koreya Yapon dənizinə ballistik raketlər buraxdı
  • Dünən, 20:44
    Dələduzluğa görə həbs olunan şirkət rəhbəri şəhid anasına pul “atıb”? - VİDEO
  • Dünən, 17:30
    Fərid Şəfiyev BMTMM-in sədri təyin edildi - Sərəncam
  • Dünən, 16:21
    Yol polisi yanan avtomobili söndürdü
  • Dünən, 16:03
    Kolleclərin boş qalan yerlərinə qəbul nəticələri - Açıqlandı
  • Dünən, 15:53
    Mərhum prokurorun general oğlu yeni idarənin rəisi təyin edildi
  • Dünən, 15:40
    İranın elektrik şəbəkəsi Azərbaycanın enerji sisteminə qoşulub
  • Dünən, 15:28
    “Naxçıvan istiqamətində işlər yekunlaşıb”
  • Dünən, 14:54
    Ərini öldürüb basdırdığı yerdə güllər əkmişdi - 12 il həbs verildi
  • Dünən, 14:01
    11 fərqli ölkə, 1 komanda - “Sabah” ÇL-in tarixinə düşdü
  • Dünən, 13:57
    Şəkidə 4 nəfəri çaqqal dişlədi - Yenilənib
  • Dünən, 13:19
    Xankəndidə bu qədər əhali yaşayır
  • Dünən, 12:32
    Universitetlərdə 3 illik təhsil sisteminə keçilməsi təklif olunur
  • Dünən, 12:14
    “Emin Əmrullayev dedi ki, dərsliklərlə bağlı iclas olsa, tapşırıq verəcək”
  • Dünən, 11:18
    Brokkolini müntəzəm yesəniz, orqanizmdə nə baş verər?
  • Dünən, 11:09
    “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başladı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə