Rusiya Prezidenti Vladimir Putin Prezident İlham Əliyevi MDB Dövlət Başçıları Şurasının Moskvada keçiriləcək iclasına dəvət edib.
Liderxeber.az “News.ru”ya istinadən xəbər verir ki, Putin bu barədə Bakıda keçirilən danışıqların yekununda danışıb.
“Oktyabrda İlham Heydər oğlunu MDB Dövlət Başçıları Şurasının iclasında, həmçinin Kazanda keçiriləcək BRICS sammiti çərçivəsində “autriç” formatında görüşdə görməyə şad olacağıq”, - deyə Rusiya lideri qeyd edib.