• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Azərbaycan istehsalı olan "Olivea" zeytun yağı Londonda gümüş medala layiq görülüb

Ölkə

28-06-2024, 10:57
Azərbaycan istehsalı olan "Olivea" zeytun yağı Londonda gümüş medala layiq görülüb

"Grand Agro" şirkətinin yüksək texnologiyaların tətbiqi ilə istehsal etdiyi "Olivea Extra Virgin Olive oil" məhsulu nüfuzlu London Beynəlxalq Keyfiyyətli Zeytun Yağı Müsabiqəsində gümüş medal qazanıb.

Bu mühüm nailiyyət Azərbaycan məhsullarının yüksək keyfiyyətindən və dünya bazarında beynəlxalq səviyyədə tanınmasından xəbər verir. Belə bir mötəbər beynəlxalq müsabiqədə qazanılan gümüş medal "Olivea Extra Virgin Olive oil" məhsulunun ən yüksək keyfiyyət standartlarına cavab verdiyini təsdiq edir. Bu uğur "Grand Agro" şirkətinin nüfuzunu yüksəltməklə yanaşı, həm də Azərbaycanın keyfiyyətli kənd təsərrüfatı məhsulları istehsalçısı kimi potensialını bir daha əyani şəkildə nümayiş etdirir.

"Biz bu nailiyyətlə qürur duyur və qarşıda bizi daha çox qələbələrin gözlədiyinə əminliyimizi ifadə edirik", - "Grand Agro" şirkətindən bildirilib.

Qeyd edək ki, London Beynəlxalq Keyfiyyətli Zeytun Yağı Müsabiqəsi zeytun yağının istehsalı, emalı və pərakəndə satışı üzrə ixtisaslaşmış şirkətləri məhsulun keyfiyyətinin təmin edilməsinin və yaxşılaşdırılmasının zəruriliyi barədə məlumatlandırmaq məqsədilə təşkil edilir. Müsabiqə zeytun yağı istehsalında təcrübə mübadiləsi və qabaqcıl təcrübələrin təşviqi üçün platforma rolunu oynayır. Xatırladaq ki, "Olivea Extra Virgin Olive oil" məhsulu 2021-ci ildə sözügedən müsabiqədə bürünc medala layiq görülüb.

Builki tədbir məhsulun gümüş medal qazanması ilə yanaşı, həm də Azərbaycanın Beynəlxalq Zeytun Şurasına (IOC) 21-ci üzv kimi qəbul edilməsi ilə əlamətdar olub. Zeytun yağı və süfrəlik zeytun istehsal və istehlak edən tərəfləri bir araya gətirən və dünyada yeganə hökumətlərarası təşkilat olan Beynəlxalq Zeytun Şurası BMT-nin himayəsi altında fəaliyyət göstərir. IOC-a üzvlük Azərbaycan istehsalçıları üçün yeni imkanlar açır və sənayenin gələcək inkişafına töhfə verir.

Azərbaycanda istehsal olunan və artıq Rusiya, İspaniya, Türkiyə, İsrail, BƏƏ və Gürcüstan kimi ölkələrə ixrac olunan "Olivea Extra Virgin Olive oil" məhsulu 2022-ci ildə öz sahəsində ixrac lideri olub. Beynəlxalq arenada əldə olunan bu nailiyyət Azərbaycan məhsullarına yüksək etimaddan və bu məhsulların dünya bazarında rəqabət qabiliyyətindən xəbər verir. Azərbaycanda "Olivea Extra Virgin Olive oil" məhsulunu əsas pərakəndə satış şəbəkələrində əldə etmək mümkündür.

Qeyd edək ki, "Grand Agro" şirkəti 3000 hektardan artıq bağ sahəsində zeytun yetişdirir. Şirkət Azərbaycanda uzun müddətdə baxımsız vəziyyətdə qalmış zeytun bağlarını bərpa etməyə nail olub.

"Grand Agro" şirkəti və onun məhsulları haqqında sizi maraqlandıran bütün məlumatları şirkətin "Instagram" səhifəsindən əldə edə bilərsiniz.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

17-05-2024, 09:25

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar

Ölkə

3-06-2024, 10:05

Bakı daha bir mötəbər tədbirə ev sahibliyi edir

Ölkə

28-06-2024, 12:53

Milli Məclis Azərbaycanda aqrar təyinatlı torpaqlarda tikililərlə bağlı yeni qaydanı qəbul edib

Ölkə

15-06-2024, 14:35

Ölkəmizdə əczaçılıq məhsullarının istehsalı artıb

Mədəniyyət

1-03-2024, 15:25

Baytarlıq Elmi-Tədqiqat İnstitutu Aqrar Biznes Festivalında - FOTOLAR

Ölkə
Aktyor Aslan Fətullayev vəfat etdi
Aktyor Aslan Fətullayev vəfat etdi
Görmə məsafəsi 1000 metrədək məhdudlaşacaq
Görmə məsafəsi 1000 metrədək məhdudlaşacaq
Sabah da yağış yağacaq
Sabah da yağış yağacaq
Səfərdən qayıdan sürücülərə - Xəbərdarlıq
Səfərdən qayıdan sürücülərə - Xəbərdarlıq
Siyasət
XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım
Bu gün, 09:54
XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım
Bu gün Azərbaycanda Zəfər Günüdür
8-11-2026, 01:54
Bu gün Azərbaycanda Zəfər Günüdür
Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
7-11-2026, 14:18
Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
Prezidentlə xanımı Cəbrayıla getdi
6-11-2026, 12:59
Prezidentlə xanımı Cəbrayıla getdi
Zəngilan Aqroparkı yaradıldı - Fərman
5-11-2026, 16:00
Zəngilan Aqroparkı yaradıldı - Fərman
“Kipr məsələsində də İlham Əliyevin haqqını vermək lazımdır”
5-11-2026, 15:21
“Kipr məsələsində də İlham Əliyevin haqqını vermək lazımdır”
Xəbər Lenti
  • Bu gün, 17:13
    Rusiya 4 nəhəng şirkəti cərimələdi - Səbəb bu imiş
  • Bu gün, 15:58
    Aktyor Aslan Fətullayev vəfat etdi
  • Bu gün, 15:10
    Görmə məsafəsi 1000 metrədək məhdudlaşacaq
  • Bu gün, 14:16
    “Qalatasaray” Batrakovun maaşını 5 milyon avroya qaldıracaq
  • Bu gün, 13:31
    Şri-Lankada üç avtobus toqquşdu - 4 ölü, 70 yaralı
  • Bu gün, 13:15
    İrana hücum üçün hər gün Trampa zəng edir - KİV
  • Bu gün, 12:48
    Sabah da yağış yağacaq
  • Bu gün, 12:21
    Əbu-Dabidə Ukrayna danışıqları başladı
  • Bu gün, 12:09
    Səfərdən qayıdan sürücülərə - Xəbərdarlıq
  • Bu gün, 11:46
    Bu rayona 33 sm qar yağıb
  • Bu gün, 11:14
    Bakıda bu xəstəxana təmirə bağlanır
  • Bu gün, 11:07
    ABŞ İran təhdidinə görə təcili hərəkətə keçdi
  • Bu gün, 10:49
    Xankəndi stadionunda keçiriləcək ilk oyunun - Vaxtı açıqlandı
  • Bu gün, 10:06
    “ABŞ çarəsiz qumarbaz kimi çırpınır” - Trampın açıqlamasını təkzib etdi
  • Bu gün, 09:54
    XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım
  • Bu gün, 09:21
    Maşın dərəyə aşdı - Ölən və yaralananlar var
  • Bu gün, 09:03
    Rusiyaya qarşı yeni sanksiyalar paketini açıqladı - 38 qurum, 24 şəxs...
  • Bu gün, 09:00
    Hörmüz 8 milyard qarşılığında açılacaq? - Tehrandan cavab
  • Dünən, 16:14
    Tarixi müqavilənin bağlandığı yerdə üçrəngli bayraq... - Fotolar
  • Dünən, 15:46
    “Ukraynanın coğrafiyası artıq dəyişib”
  • Dünən, 14:39
    Bu gün Bakını bürüyən səslər... - Video
  • Dünən, 14:21
    Mingəçevirdə Vətən müharibəsi iştirakçısı bıçaqlanıb
  • Dünən, 13:32
    Bakıda yeni alınan avtomobilin üstünə qaz borusu aşdı
  • Dünən, 12:27
    Sabahın havası - Yağış, duman, şaxta
  • Dünən, 11:57
    Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə