• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

"Dəniz nəqliyyatında insan resurları və gəmi heyətinin idarəolunması" mövzusunda konfrans keçirilib

Ölkə

20-06-2024, 13:55
"Dəniz nəqliyyatında insan resurları və gəmi heyətinin idarəolunması" mövzusunda konfrans keçirilib

Bu gün Bakıda "Baku Shipping Dinner"in fəaliyyəti çərçivəsində "United Alliance Group LTD" və tərəfdaşı olduğu şirkətlərin sponsorluğu ilə "Dəniz Nəqliyyatı sahəsində İnsan Resursları və Gəmi Heyətinin İdarə olunmasına dair konfrans" baş tutub.

Liderxeber.az xəbər verir ki, konfransda Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Gürcüstan daxil olmaqla 20-ə yaxın dövlət qurumu və ümumilikdə Xəzər, Aralıq dənizi və Qara Dəniz sahili ətrafı 10 ölkədən nümayəndələr iştirak ediblər.

Konfransda "United Alliance Group LTD" şirkətinin direktoru Asif Mehtiyev açılış nitqi ilə çıxış edərək konfransın məqsədi, dəniz sektoru üçün önəmi və dəniz nəqliyyatı sahəsində heyət idarəçiliyi və təhlükəsizliyi barədə ümumi məlumat verib.

Konfransın keçirilməsində əsas məqsəd Xəzər, Aralıq və Qara dəniz regionlarının gəmiçilik sektorunda fəaliyyət göstərən gəmi sahiblərini, dənizçilik üzrə insan resursları və gəmiçilik şirkətlərinin nümayəndələrini bir araya gətirərək gəmidə insan faktorunun əsas amil kimi önəmini diqqətə çatdırmaq, dənizçilik üzrə heyət idarəçiliyi, dəniz təhlükəsizliyində insan resurslarının idarə edilməsi barədə bilik və təcrübələrin bölüşdürülməsi, eləcə də tədbirdə iştirak edən xarici gəmiçilik şirkətləri ilə əməkdaşlığı artıraraq dənizçilərin beynəlxalq sularda iş imkanlarının və yeni iş yerlərinin yaradılmasına dəstək göstərmək olub.

Tədbir zamanı Beynəlxalq Dəniz Təşkilatının (IMO), Dünya Dəniz Universitetindən professorların, Türkiyə Dənizçilik Baş İdarəsinin və böyük gəmiçilik şirkətlərinin nümayəndələri, eləcə də digər iştirakçılar tərəfindən dəniz təhlükəsizliyi, gəmidə insan faktoru, dekarbonizasiya və kibertəhlükəsizlik, Dənizçilik İnstitutu - Dəniz Sektorunda Aparıcı Peşəkar İnkişaf, ətraf mühitin mühafizəsinin qorunması üzrə müasir texnologiyaların gəmilərdə tətbiqi mövzusunda təqdimatlar edilib.

Tədbirdə çıxış edən Beynəlxalq Dəniz Təşkilatının (IMO) texniki əməkdaşlıq şöbəsinin keçmiş rəhbəri Juvenal Şindu dənizçilik sahəsində gender məsələləri, qadınların çalışması ilə bağlı məsələyə toxunub:

"Araşdırmalar göstərir ki, bu sektorda qadınlar daha çox kruiz sahəsində çalışırlar. Şirkət rəhbərliyində qadınların təmsilçiliyi təxminən 20 faizdir. İllər ərzində qadınlar bu sahədə irəliləyirlər, amma bu sahədə çalışan xanımların sayı 2 faizi keçmir".

Dünya Dəniz Universitetinin professoru Dimitrios Dalaklis isə çıxışında dəniz industriyasında rəqəmsallaşdırma mövzusuna toxunub. Hazırda bu sahədə avtomatlaşdırma və rəqəmsallaşdırmaya böyük önəm verildiyini deyib. O, dənizçilik sahəsinin illərlə dəyişiklərə məruz qaldığını, yeni bacarıqların ortaya çıxdığını və gələcəkdə smart limanların olacağını diqqətə çatdırıb.

Dünya Dənizçilik Universitetinin (World Maritime University) professoru Aykut Ölçer açıqlamasında tədbirin məhsuldar olacağını və dənizçiliyin inkişafına töhfə verə biləcəyini bildirib:

"Tədbirin proqramına və spikerlərin adlarına baxdıqda dənizçiliklə bağlı mühüm müzakirələrin gedəcəyinə bir daha əmin oluruq. Tədbirdə təhlükəsizlikdən, dənizçilərin əmək şəraitinin yaxşılaşdırılmasına və rəqəmsallaşmanın inkişafına qədər məsələlər müzakirə olunacaq. Düşünürəm ki, bu tədbir hər birimiz üçün əhəmiyyətli olar və dənizçiliyin inkişafına öz töhfəsini verər".

"United Alliance Group LTD" şirkətinin Mətbuat Xidmətinin rəhbəri Sevgül Abdullayeva isə açıqlamasında bildirib ki, konfransın keçirilməsində əsas məqsəd gəmiçilik sektorunda çalışanları, gəmi sahiblərini, gəmiçilik şirkətlərinin nümayəndələrini bir araya gətirmək, həmçinin dəniz nəqliyyatı sahəsində maarifləndirmə işlərini, sularda dənizçilik imkanlarını artırmaqdır. Bu tədbir növbəti konfransların keçirilməsi üçün bizə stimul verəcək".

Sonda beynəlxalq ekspertlərin iştirakı ilə panel müzakirələr keçirilib.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

3-06-2024, 10:05

Bakı daha bir mötəbər tədbirə ev sahibliyi edir

Ölkə

7-11-2023, 13:38

Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM

Ölkə

23-05-2024, 15:38

"Arxeoloji turizm və dayanıqlı idarəetmə" mövzusunda beynəlxalq konfrans işə başlayıb

Siyasət

14-03-2024, 14:36

Jalə Əhmədova: “Azərbaycan-Qazaxıstan münasibətləri yeni səviyyəyə yüksəlib

Ölkə

26-01-2024, 17:32

Baş Prokurorluqda geniş kollegiya iclası keçirilib - FOTO

Ölkə
8 Noyabr - Qürurumuz, tariximiz, gələcəyimiz - Fotolar
8 Noyabr - Qürurumuz, tariximiz, gələcəyimiz - Fotolar
“Döyüş yolu anbaan gözümün qarşısındadır” - Zəfərimizlə adaş olan komandir
“Döyüş yolu anbaan gözümün qarşısındadır” - Zəfərimizlə adaş olan komandir
Prezident Şuşada açılışda - Fotolar
Prezident Şuşada açılışda - Fotolar
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu
Siyasət
Prezidentlə xanımı Cəbrayıla getdi
Dünən, 12:59
Prezidentlə xanımı Cəbrayıla getdi
Zəngilan Aqroparkı yaradıldı - Fərman
Dünən, 16:00
Zəngilan Aqroparkı yaradıldı - Fərman
“Kipr məsələsində də İlham Əliyevin haqqını vermək lazımdır”
Dünən, 15:21
“Kipr məsələsində də İlham Əliyevin haqqını vermək lazımdır”
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
Dünən, 13:40
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
“Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır”
Dünən, 11:43
“Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır”
Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət
5-11-2026, 10:20
Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət
Xəbər Lenti
  • Bu gün, 10:26
    8 Noyabr - Qürurumuz, tariximiz, gələcəyimiz - Fotolar
  • Bu gün, 10:10
    “Döyüş yolu anbaan gözümün qarşısındadır” - Zəfərimizlə adaş olan komandir
  • Bu gün, 10:00
    “Şəfa” “Araz-Naxçıvan”a, “Zirə” “Qəbələ”yə qarşı
  • Bu gün, 09:46
    Həmin şəxslərə 20 milyon mükafat verəcəklər
  • Bu gün, 09:22
    Prezident Şuşada açılışda - Fotolar
  • Bu gün, 09:00
    “Vens iki həftədir İranla gizli danışıqlar aparır”
  • Dünən, 17:47
    Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu
  • Dünən, 17:18
    Məhkəmə ekspertləri ilə bağlı - Yeni qərar
  • Dünən, 16:33
    Türkiyədə 8 nəfərin qətlə yetirildiyi dəhşətli cinayətin - Təfərrüatı
  • Dünən, 16:27
    Zəfər Günü ilə əlaqədar Şəkidə “Qəhrəmanlar Bağı” layihəsi həyata keçirilib
  • Dünən, 16:14
    Neftçalada “Zəfər Günü”nə həsr olunan ağacəkmə aksiyası keçirilib
  • Dünən, 15:29
    Bakının bu küçələrində məhdudiyyət olacaq - Siyahı
  • Dünən, 15:11
    Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
  • Dünən, 14:54
    Mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq
  • Dünən, 14:46
    Dövlət qurumlarının informasiya təhlükəsizliyi diaqnostikası bu quruma həvalə edildi
  • Dünən, 14:28
    Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu - Foto
  • Dünən, 13:45
    Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
  • Dünən, 13:41
    İrana hücum üçün mümkün tarix açıqlandı
  • Dünən, 12:59
    Prezidentlə xanımı Cəbrayıla getdi
  • Dünən, 11:55
    Yükdaşıma sektoruna sadələşdirilmiş vergi rejimi tətbiq ediləcək
  • Dünən, 11:46
    Gürcüstanda azərbaycanlı qardaşların öldürüldüyü hadisənin - Təfərrüatı
  • Dünən, 11:09
    Gömrük nəzarəti və sərhədkeçmə prosesləri ilə bağlı monitorinqlər davam etdirilir
  • Dünən, 11:01
    Sumqayıtda tuneldəki problemlə bağlı açıqlama - Video
  • Dünən, 10:59
    Putin və Zelenski arasında mümkün görüşü müzakirə edəcəklər
  • Dünən, 10:17
    Bu rayonlara qar yağıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə