• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Azərbaycan Hərbi Prokurorluğunun nümayəndə heyəti Rusiyaya səfər edib

Ölkə

29-05-2024, 11:37
Azərbaycan Hərbi Prokurorluğunun nümayəndə heyəti Rusiyaya səfər edib

Baş prokurorunun müavini - hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Baş prokurorunun müavini – Baş hərbi prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Valeri Petrovun dəvəti ilə Rusiyaya səfər edib.

Hərbi Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, nümayəndə heyəti Rusiyanın Baş Hərbi Prokurorluğunda bir sıra tədbirlərdə iştirak edib. Baş hərbi prokuror V.G.Petrov və digər rəhbər vəzifəli şəxslərin iştirakı ilə dəyirmi masa ətrafında keçirilmiş görüşdə o ölkələrimiz arasında olan yaxın dostluq münasibətlərindən və bu əlaqələrin yüksələn xətlə inkişafından, o cümlədən hər iki dövlətin Hərbi prokurorluqları arasındakı sıx əməkdaşlığın mühüm əhəmiyyət kəsb etməsindən, daha da dərinləşməsindən danışıb.

Dəvətə görə Baş hərbi prokuror V.G.Petrova minnətdarlığını ifadə edən ədliyyə general-leytenantı Xanlar Vəliyev dövlətlərimiz arasındakı doğma münasibətlərin yaranmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edib. Xanlar Vəliyev dövlət başçılarının hazırda səmimi münasibətləri uğurla davam etdirdiklərini, xalqlarımız arasındakı bağlılığı vurğulayıb.

Bildirib ki, hər iki hərbi prokurorluq arasındakı əməkdaşlıq V.G.Petrovun təşəbbüsü ilə Azərbaycan Hərbi Prokurorluğunun nümayəndə heyətinin 2018-ci ildə Rusiyaya səfərindən sonra başlayıb, qarşı tərəfin nümayəndə heyətinin 2019-cu ildə Azərbaycana səfəri ilə davam edib və hazırda daha da möhkəmlənib.

Ədliyyə general-leytenantı Xanlar Vəliyev, həmçinin bildirib ki, Ümummilli Liderin müdrik siyasətini müasir müstəvidə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ən yeni tarixi uğurlarla səciyyələnib, onun qətiyyəti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi, xalqın əzmkarlığı, Silahlı Qüvvələrimizin qüdrəti və hərbçilərimizin qəhrəmanlığı sayəsində 30 ilə yaxın işğal altında qalmış dədə-baba torpaqlarımız 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə nəticəsində azad edilib. Bir sutkadan az müddətdə davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində tarixi ərazilərimiz erməni işğalçılarından təmizlənib və ərazi bütövlüyümüz bərpa olunub. Hazırda erməni vandalizminə məruz qalmış ərazilərdə dövlətimizin başçısının və birinci xanımın şəxsi nəzarətləri ilə abadlıq-quruculuq işləri həyata keçirilir.

Hərbi prokuror Xanlar Vəliyev Rusiya sülhməramlılarının səmərəli fəaliyyətindən də söz açıb. Ardınca tərəflər arasında hər iki ölkənin qanunvericiliyi, onun icra vəziyyəti, təkmilləşdirilməsi, habelə sülh və insanlıq əleyhinə, terrorçuluq, eləcə də digər cinayətlərin istintaq taktikası, ibtidai araşdırma prosesində ortaya çıxan problemlər, onların həlli yollar ilə bağlı müzakirələr aparılıb. Həmçinin bu qəbildən olan cinayətlərə qarşı mübarizə üzrə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində nümayəndə heyəti, həmçinin Rusiyanın Müdafiə Nazirliyinin Knyaz Aleksandr Nevski adına Hərbi Universitetinə gedərək, təhsil müəssisəsinin "prokuror-müstəntiq", "maliyyə-iqtisad fakültələrində, "Kriminalistika" və digər kafedralarda təlim-tədris prosesinin gedişi ilə yaxından tanış olublar. Eyni zamanda, nümayəndə heyətinə müasir kriminalistik avadanlıqlar nümayiş etdirilib və məhkəmə-tibbi ekspertizası sahəsində qazanılmış nailiyyətlər barədə ətraflı məlumat verilib. Bundan əlavə, azərbaycanlı kursantlarla görüşüb, onların təhsil, məişət şəraitləri, qayğı və problemləri ilə maraqlanılıb. Bundan başqa, Rusiya Silahlı Qüvvələrinin Baş Məbədi və “Yaddaş yolu” muzey kompleksi ziyarət olunaraq, Böyük Vətən müharibəsində həlak olan hərbi qulluqçularımızın əziz və unudulmaz xatirələri anılıb.

Bundan sonra nümayəndə heyəti Rusiya Federasiyasının Tatarıstan Respublikasına yola düşüb.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

7-11-2023, 13:38

Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM

Ölkə

26-01-2024, 17:32

Baş Prokurorluqda geniş kollegiya iclası keçirilib - FOTO

Ölkə

23-04-2024, 09:20

Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO

Ölkə

26-04-2024, 16:47

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Ölkə

3-05-2023, 19:43

Xanlar Vəliyev: Prezidentin rəhbərliyi ilə son 20 ildə ölkəmiz daha da qüdrətlənib

Ölkə
DİN Formula 1-lə bağlı müraciət yaydı - Video
DİN Formula 1-lə bağlı müraciət yaydı - Video
Bank kartları ilə bağlı - Daha bir qadağa
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 2-də sıralama turu başa çatdı
Formula 2-də sıralama turu başa çatdı
Hava ilə bağlı - Xəbərdarlıq
Hava ilə bağlı - Xəbərdarlıq
Siyasət
Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək
Bu gün, 16:17
Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək
“Təhlükəsizlik artıq yalnız sərhədlərin qorunmasından ibarət deyil” - Əli Nağıyev
Bu gün, 11:11
“Təhlükəsizlik artıq yalnız sərhədlərin qorunmasından ibarət deyil” - Əli Nağıyev
Prezident daha bir dövlət proqramını təsdiqlədi
Dünən, 10:27
Prezident daha bir dövlət proqramını təsdiqlədi
IV Bakı Təhlükəsizlik Forumu öz işinə başlayıb
22-09-2026, 15:53
IV Bakı Təhlükəsizlik Forumu öz işinə başlayıb
“Onlara 2-3 həftə vaxt verilmişdi, santexnikanı aparmağı da yaddan çıxarmayıblar”
22-09-2026, 14:42
“Onlara 2-3 həftə vaxt verilmişdi, santexnikanı aparmağı da yaddan çıxarmayıblar”
Tənqidlərdən sonra - Nazirlik təcili dəyişiklik etdi-Foto
22-09-2026, 14:03
Tənqidlərdən sonra - Nazirlik təcili dəyişiklik etdi-Foto
Xəbər Lenti
  • Bu gün, 17:30
    DİN Formula 1-lə bağlı müraciət yaydı - Video
  • Bu gün, 17:00
    Bank kartları ilə bağlı - Daha bir qadağa
  • Bu gün, 16:17
    Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək
  • Bu gün, 15:36
    Formula 2-də sıralama turu başa çatdı
  • Bu gün, 14:25
    Azərbaycanın boks millisi Avropa çempionatında rekord nəticəyə imza atdı
  • Bu gün, 13:42
    Xəzərdə Qazaxıstanın 19 hərbçisini dalğa aparıb - Azı 9 nəfər ölüb
  • Bu gün, 13:10
    Pezeşkianın çıxışı zamanı nümayəndə heyətimizin zalı tərk etməsi yalandır
  • Bu gün, 12:48
    Formula 1 üzrə 10-cu Azərbaycan Qran-Prisi başladı
  • Bu gün, 11:11
    “Təhlükəsizlik artıq yalnız sərhədlərin qorunmasından ibarət deyil” - Əli Nağıyev
  • Bu gün, 11:00
    Hava ilə bağlı - Xəbərdarlıq
  • Bu gün, 10:07
    Hərbçilərin maaş və pensiyaları artırılır
  • Bu gün, 09:20
    Bu gün Azərbaycan Qran-Prisi start götürür
  • Bu gün, 08:56
    2027-ci il Həcc ziyarəti üçün sənəd qəbulu əvvəlki ildən daha erkən başlayacaq. İlkin olaraq bir nəfər üçün ziyarət paketinin qiyməti 6 100 ABŞ dolları müəyyən edilib. Bu barədə Oxu.Az-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin
  • Dünən, 19:06
    “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamın icrası təmin edilib
  • Dünən, 17:26
    Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır - Qiymət bəlli oldu
  • Dünən, 17:04
    Hörmüz boğazında ticarət gəmisi vuruldu: Yaralılar var
  • Dünən, 16:30
    Prezidentdən “AzerGold”la bağlı - Sərəncam
  • Dünən, 15:43
    Azərbaycanda cərimə meydançası ilə bağlı rüsumlar artırılırdı
  • Dünən, 14:35
    Əfv Sərəncamının icrasına başlanılır
  • Dünən, 13:10
    Bakı-Sumqayıt yolunda dəhşətli qəza - Avtomobillər aşdı
  • Dünən, 12:12
    Rayonlara yağış yağacaq, dolu düşəcək
  • Dünən, 11:57
    Azərbaycan millisi Ermənistanla qarşılaşacaq
  • Dünən, 11:32
    Prezident əfv Sərəncamı imzaladı - Adlar
  • Dünən, 10:49
    ABŞ-nin Ermənistana ayırdığı hərbi vəsaitin həcmi bəlli oldu
  • Dünən, 10:33
    Ermənistan rəsmisi elə gəldiyi gün Bakını tərk edib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə