• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Neftçalanın icra başçısı növbəti səyyar qəbul keçirib

Ölkə

16-05-2024, 15:01
Neftçalanın icra başçısı növbəti səyyar qəbul keçirib

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı rayonun ucqar kəndlərindən olan Xəzər kənd sakinləri ilə növbəti səyyar görüşünü keçirdi.⠀
⠀ ⠀⠀⠀
Vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak edib.

Xəzər kəndində şəhidlərin xatirəsinə inşa olunan xatirə kompleksi ziyarət olunub və önünə gül dəstələri düzülüb.

İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.

Xəzər kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəsi çıxış edərək Xəzər kəndi haqqında görüş iştirakçılarına geniş məlumat verib.

Çıxış edənlər  “Azərbaycanda ailə-dövlət siyasətinin formalaşması, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır” mövzusunda görüş iştirakçılarını məlumatlandırıblar. Müstəqil Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. “Ailə xüsusi, mürəkkəb insan münasibətləri aləmidir. Burada böyük bir nəzakət, həssaslıq, şəxsiyyətin ləyaqətinə, ailənin mənafeyinə, hörmət və ehtiram lazımdır”, – deyən Ümummilli Lider Heydər Əliyev ölkəmizə rəhbərliyi dövrlərində ailə siyasətinin formalaşdırılması məsələlərinə böyük diqqət yetirilib, ailələrin sosial problemlərinin həlli istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər görülüb, ailə münasibətlərini tənzimləyən zəngin hüquqi baza yaradılması haqqında iştirakçılara məlumat veriblər.

Görüşdə çıxış edən Neftçala RİH-in başçısı Mirhəsən Seyidov  bildirib ki, Ulu Öndər Heydər Əliyev milli mənəvi dəyərlərin qorunmasının vacibliyini vurğulayaraq deyirdi: “Azərbaycan xalqının milli ənənələrindən biri də ondan ibarətdir ki, uşağa diqqət, qayğı hər bir ailənin, hər bir insanın əsas vəzifəsi, mənəviyyatımızın əsas hissəsi olubdur”. Ulu Öndər Heydər Əliyevin ailə siyasəti Azərbaycanda bu gün də məqsədyönlü surətdə həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva milli mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərirlər. Dövlət başçımız İlham Əliyev müasir Azərbaycanın həyatında ailə dəyərlərinin önəmini yüksək qiymətləndirərək deyib: “Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi üçün və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksək olmalıdır”. O, ailənin sosial-mədəni inkişafda və milli dəyərlərin qorunmasında mühüm rol oynadığını və bu dəyərlərin gələcək nəsillərə ötürülməsinin vacibliyini qeyd edib. Ailə, hər bir fərdin inkişafı və cəmiyyətin rifahı üçün əsas daşdır və bu, Azərbaycanın mədəni irsinin ayrılmaz bir hissəsidir.

Möhtəşəm Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda  Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamı məhz məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək,  azərbaycan xalqının milli-mənəvi dəyərlərini, haqqını özünə qaytarmaq vəzifəsidir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı çox ciddi və konkret tövsiyə və tapşırıqlarını verib, Azərbaycan xalqının haqqının özünə qaytarılması və tarixi ədalətin bərpa olunması, Qərbi Azərbaycan İcmasının hüquqlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ölkə rəhbərinin sərgilədiyi bu mövqe həm tarixçilər, həm də hüquqşünaslar qarşısında ciddi vəzifələr qoyub.

Neftçala RİH-in başçısı Neftçala rayonunda görülən yenidənqurma işləri haqqında görüş iştirakçılarına məlumat verib.

Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, rayon ərazisində aparılan abadlıq- quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

26-04-2024, 07:51

Neftçalanın icra başçısı vətəndaşların problemlərini dinlədi

Ölkə

2-03-2023, 18:51

Neftçalanın icra başçısı səyyar qəbul keçirib

Ölkə

25-05-2023, 15:41

Neftçalanın icra başçısı səyyar qəbul keçirib

Ölkə

19-10-2023, 17:56

Neftçalanın icra başçısı növbəti səyyar qəbul keçirib

Ölkə

18-08-2023, 14:05

Neftçalanın icra başçısı növbəti səyyar qəbul keçirib

Ölkə
Ordubada yeni başçı təyin edildi
Ordubada yeni başçı təyin edildi
İnhisarçılığa qarşı yeni mexanizm qaydaları təsdiqləndi
İnhisarçılığa qarşı yeni mexanizm qaydaları təsdiqləndi
İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib
İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı - Nekroloq
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı - Nekroloq
Siyasət
Səfir etimadnaməsini Ceyhun Bayramova təqdim etdi
Dünən, 18:15
Səfir etimadnaməsini Ceyhun Bayramova təqdim etdi
HDQ-də buraxılış mərasimi keçirilib
Dünən, 15:19
HDQ-də buraxılış mərasimi keçirilib
Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar
Dünən, 14:54
Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar
Prezident Fələstin səfirliyinə maliyyə yardımı ilə bağlı Protokolu təsdiqlədi
Dünən, 14:01
Prezident Fələstin səfirliyinə maliyyə yardımı ilə bağlı Protokolu təsdiqlədi
Prezidentin rəsmi qarşılanma mərasimi oldu
31-07-2026, 09:23
Prezidentin rəsmi qarşılanma mərasimi oldu
Japarov: Qırğızıstan və Azərbaycan bir-birinin timsalında etibarlı dost qazanıb
31-07-2026, 08:35
Japarov: Qırğızıstan və Azərbaycan bir-birinin timsalında etibarlı dost qazanıb
Xəbər Lenti
  • Dünən, 18:00
    Ali Məhkəmədə kibergigiyena təlimlərinə start verilib
  • Dünən, 15:47
    Metronun əvəzinə bu avtobuslar işləyəcək - Siyahı
  • Dünən, 15:34
    Baş prokuror vətəndaşları qəbul edib
  • Dünən, 14:25
    Bakının mərkəzində "Avatr"ın sükanı bloklandı, qəza baş verdi
  • Dünən, 14:23
    Metrodan istifadə edənlərə VACİB XƏBƏR!
  • Dünən, 13:27
    Gömrük Komitəsinin sədri Qusarda vətəndaşları qəbul edib
  • Dünən, 13:19
    Ordubada yeni başçı təyin edildi
  • Dünən, 12:24
    “Azərpoçt”-da Yaponiya Parlamentinin nümayəndə heyəti ilə görüş keçirilib
  • Dünən, 11:33
    İnhisarçılığa qarşı yeni mexanizm qaydaları təsdiqləndi
  • Dünən, 11:23
    Yay aylarında təcili tibbi yardıma ən çox nə ilə bağlı müraciətlər daxil olur?
  • Dünən, 10:28
    Vətəndaşlar “mygov” üzərindən FHN-ə müraciət edə biləcəklər
  • Dünən, 09:53
    "YAŞAT" Fondunun Londondakı yay məktəbi başa çatıb  
  • Dünən, 19:00
    Qaxda Aqrar Biznes Festivalı keçirilib
  • Dünən, 18:49
    Bakıda iki marşrut üzrə avtobuslar yenilənir
  • Dünən, 18:15
    Səfir etimadnaməsini Ceyhun Bayramova təqdim etdi
  • Dünən, 15:19
    HDQ-də buraxılış mərasimi keçirilib
  • Dünən, 14:54
    Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar
  • Dünən, 14:47
    8 ölkədən olan əcnəbi tələbələr Yeni Klinikada təcrübə keçiblər
  • Dünən, 14:01
    Prezident Fələstin səfirliyinə maliyyə yardımı ilə bağlı Protokolu təsdiqlədi
  • Dünən, 12:13
    İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib
  • 3-08-2026, 07:57
    Bu qidalar sizi diqqətsiz edəcək
  • 1-08-2026, 19:11
    Bakıda Metadon Mərkəzinin tikintisi ilə bağlı tender elan edilib
  • 1-08-2026, 18:05
    Bu nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
  • 1-08-2026, 17:00
    İyulda Maliyyə Nazirliyi 4 depozit hərracı keçirib
  • 1-08-2026, 16:31
    Əmək müqaviləsi yoxdursa, işçi nə etməlidir?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə