• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Kəlbəcər şəhərinin Baş Planının detalları açıqlandı

Ölkə

3-05-2024, 14:54
Kəlbəcər şəhərinin Baş Planının detalları açıqlandı

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 may 2024-cü il tarixli, 235 nömrəli Qərarına əsasən, “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı” təsdiq edilib.

LiderXəbər xəbər verir ki, otuzillik erməni işğalı nəticəsində dağıdılan Kəlbəcər şəhərinin Baş Plan konsepsiyası işğal dövründən əvvəlki vəziyyəti və ərazinin relyefi, tarix-memarlıq ənənələri nəzərə alınmaqla tərtib edilib. Plan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə şəhərsalma sahəsində irimiqyaslı layihələrin müəllifi olan İsveçrənin “sa partners” şirkətinin və Bakı Dövlət Layihə İnstitutunun təcrübəli mütəxəssisləri tərəfindən hazırlanıb.

Baş Plana əsasən, Kəlbəcər şəhəri mövcud məskunlaşma ərazisini və yaxınlığındakı Boyaqlı kəndini əhatə edəcək. Şəhərin şimal-şərq istiqamətindəki əsas girişindən başlayaraq cənub-qərb istiqamətində uzanan baş küçəsi planlaşdırma strukturunun əsasını təşkil edir. Küçənin başlanğıc nöqtəsində şəhərin sənaye və istehsalat zonası, orta hissəsində şəhər mərkəzi, bitiş nöqtəsində isə turizm və sosial xidmət obyektləri nəzərdə tutulub.

Qeyd edək ki, şəhərin işğala qədərki (1969-cu ildə tərtib edilən) son Baş Planında ərazisi 130 ha, əhalisinin sayı isə 7500 nəfər təşkil etdiyi halda, 2040-cı ilədək inkişaf konsepsiyasına uyğun olaraq bu rəqəmlər iki dəfədən çox artacaq (290 hektara yaxın ərazi, 17000 nəfər əhali). Şəhərin mərkəzi ortamərtəbəli çoxmənzilli və inzibati binalardan ibarət olacaq. Ətrafda isə fərdi yaşayış evlərinin tikintisi aparılacaq.

Şəhərin ümumi yaşayış fondu 488 min m² təşkil edəcək ki, bunun da böyük hissəsi (421 min m²) fərdi yaşayış evlərinin, 46 min m²-i isə ortamərtəbəli yaşayış binalarının payına düşəcək. Ümumən 2040-cı ilədək əhalinin 4250 mənzillə (adambaşına 25 m²) təmin olunması nəzərdə tutulub.

Şəhərdə həmçinin 4 məktəb (960 şagird yerlik), 4 uşaq bağçası (520 yerlik), 2 xəstəxana (160 çarpayılıq), 1 reabilitasiya mərkəzi (150 çarpayılıq), İşğal və Zəfər muzeyləri, mehmanxanalar, müxtəlif ictimai-iaşə obyektləri və idman meydançalarının tikintisi planlaşdırılır.

Plana əsasən, şəhər ərazisinin 22 %-i yaşıllıqlardan ibarət olacaq, yəni 60 ha sahədə fərqli yaş və sosial qruplar üçün yaşıllıq zolaqları yaradılacaq. Beləliklə, ölkənin digər şəhərlərində ümumi istifadədə olan yaşıllıq sahəsinin adambaşına düşən norması 7-10 m² nəzərdə tutulduğu halda, Kəlbəcər şəhərində bu göstərici 33 m² təşkil edəcək.

Baş Plana uyğun olaraq, şəhərin yol infrastrukturu da müasir standartlar tətbiq edilməklə qurulacaq. Əhali uzunluğu 27 km-dən artıq olan avtomobil, 22 km olan velosiped yollarından rahat şəkildə istifadə edə biləcək.

Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı tapşırığına uyğun olaraq, şəhərin enerji təminatı bərpaolunan enerji potensialından istifadə edilməklə həyata keçiriləcək. Əhalinin içməli su təminatı isə Ağçayın su mənbələri hesabına ödəniləcək.

Kəlbəcər şəhərinin iqtisadi inkişafında xidmət (xüsusən turizm) və kənd təsərrüfatı sektorları böyük rol oynayacaq. Şəhər yenidən qurulan “İstisu” sanatoriyasına yaxın ərazidə yerləşdiyindən burada müalicəvi turizmin inkişafına təkan verəcək obyektlər də inşa olunacaq. Bütün bunlar isə əhalinin dayanıqlı məşğulluğuna əlverişli zəmin yaradacaq.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

22-04-2024, 13:08

Birinci sinfə qəbul üzrə prioritet məktəblərin siyahısı açıqlanıb

Ölkə

24-04-2024, 17:46

Korrupsiyaya qarşı sistemli mübarizə aparılır

Ölkə

23-04-2024, 09:20

Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO

Ölkə

26-01-2024, 17:32

Baş Prokurorluqda geniş kollegiya iclası keçirilib - FOTO

Ölkə

19-10-2023, 09:18

Bakıda sıxlıq müşahidə edilən yollar - SİYAHI

Ölkə
Yağışlı hava şəraiti ilə bağlı sürücülərə - Müraciət
Yağışlı hava şəraiti ilə bağlı sürücülərə - Müraciət
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi açıqlama
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi açıqlama
Çimərliyə getmək istəyənlərin nəzərinə!
Çimərliyə getmək istəyənlərin nəzərinə!
Bir kənddən 7 şəhid - Prezident hamısını təltif etdi
Bir kənddən 7 şəhid - Prezident hamısını təltif etdi
Siyasət
Prezident Qalibafı qəbul etdi - Fotolar
24-06-2026, 17:37
Prezident Qalibafı qəbul etdi - Fotolar
Qalibaf Azərbaycana gəldi - Fotolar
24-06-2026, 09:04
Qalibaf Azərbaycana gəldi - Fotolar
Prezident onu təbrik etdi
23-06-2026, 11:30
Prezident onu təbrik etdi
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar - Yenilənib
22-06-2026, 17:10
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar - Yenilənib
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Bakıda qarşıladı - FOTO
22-06-2026, 11:07
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Bakıda qarşıladı - FOTO
Türkmənistan Prezidenti Azərbaycana gəldi - Fotolar
22-06-2026, 10:02
Türkmənistan Prezidenti Azərbaycana gəldi - Fotolar
Xəbər Lenti
  • Dünən, 14:08
    Türkiyədə 800 minlik saxta evlilik - Azərbaycanlı qadın həbs edildi
  • Dünən, 13:06
    Bakıda BMW işıq dirəyinə Çırpıldı: Xəsarət alanlar var- Foto
  • Dünən, 12:30
    Azərbaycanın müasir enerji strategiyası: İdxaldan asılılığa son, ixracda yeni mərhələ
  • Dünən, 12:00
    Yağışlı hava şəraiti ilə bağlı sürücülərə - Müraciət
  • Dünən, 11:41
    Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi açıqlama
  • Dünən, 11:29
    Putin miqrantlarla bağlı həmin qanunu imzaladı
  • Dünən, 11:00
    Çimərliyə getmək istəyənlərin nəzərinə!
  • Dünən, 10:30
    Pakistanda zəlzələ oldu
  • Dünən, 10:28
    Səkkiz saat yatırsınız, amma yenə yorğunsunuz? - Problem düşündüyünüz yerdə olmaya bilər
  • Dünən, 09:39
    Kimlər təyyarə ilə uçmamalıdırlar? - Mütəxəssis riskləri açıqladı
  • Dünən, 09:29
    ABŞ İranın obyektlərinə zərbələr endirdi
  • Dünən, 09:27
    Misir tarixində ilk dəfə DÇ-də pley-off-a vəsiqə qazandı - Video - Yenilənib
  • Dünən, 08:53
    İraq üçün DÇ başa çatdı - Video
  • Dünən, 17:00
    “160-ın 160-a” əsir mübadiləsi etdilər
  • Dünən, 16:35
    Filippində 6.4 bal gücündə zəlzələ baş verib
  • Dünən, 16:01
    ABŞ “ChatGPT”nin bu modelinin bağlanmasını tələb etdi
  • Dünən, 14:43
    Avropa İttifaqına üzvlüklə bağlı dəyişikliklər olacaq
  • Dünən, 14:00
    Bir kənddən 7 şəhid - Prezident hamısını təltif etdi
  • Dünən, 13:52
    Avstraliyada uşaqlar üçün sosial şəbəkə qadağası sərtləşdirilir
  • Dünən, 13:42
    Bakı və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq
  • Dünən, 13:08
    Bir həftə əvvəl qızıl medal qazanmışdı - Vəfat etdi
  • Dünən, 11:56
    Şimşək çaxır, yağış yağır - Faktiki hava
  • Dünən, 11:34
    Ermənistana 8 vaqon yanacaq göndərildi
  • Dünən, 11:22
    “Narkotik asılılığı qarşısı alına və müalicə oluna bilən xəstəlikdir”
  • Dünən, 10:27
    AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə etdi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə