• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Faiq Xudayev təltif edilib

Ölkə

7-04-2024, 14:00
Faiq Xudayev təltif edilib

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ƏETİ) direktoru a.e.ü.f.d., dosent Xudayev Faiq Allahverdi oğlu 50 illik yubileyi münasibəti ilə Azərbaycan Respublikası “Dərələyəz” İctimai-siyasi, tarixi araşdırma qəzetinin baş redaktoru Raqub Kamalov tərəfindən Fəxri Diploma layiq görülüb. 

LiderXəbər xəbər verir ki, Xudayev Faiq Allahverdi oğlu - (03 aprel 1974-cü il, Ermənistan Əzizbəyov rayonu Gomur kəndi) – 1996-cı ildə Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinin kənd təsərrüfatı fakültəsinin “Aqranomluq” ixtisası üzrə əyani şöbəsini fərqlənmə diplomu ilə bitirib. Əmək fəaliyyətinə 1997-2002-ci illərdə “Bərəkət” firmasında baş direktor vəzifəsində işləməklə başlayıb. 2005-2008-ci illərdə ET Əkinçilik institutunda “Seleksiya və toxumçuluq” ixtisası üzrə aspiranturada təhsil alıb. 2007-2010-cu illərdə Azərbaycan Respublikası Milli Məclisində deputat köməkçisi vəzifəsində, 2008-2010-cu illərdə ET Əkinçilik institutunun “Bitki seleksiyası” şöbəsində kiçik elmi işçi, 2010-2013-cü illərdə isə elmi işçi vəzifələrində çalışıb. 

2012-ci ildə ”Növdaxili hibridləşmədən istifadə etməklə bərk buğdanın seleksiyası üçün yüksək dən keyfiyyətli ilkin materialın yaradılması” mövzusunda dissertasiya işini müdafiə edərək aqrar elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 

2013-2015-ci illər ərzində Aqrar Elm Mərkəzində baş mütəxəssis, 2015-2017-ci illərdə “İnformasiya məsləhət xidməti” şöbəsinin müdir əvəzi və 2018-ci ildə həmin şöbənin müdiri, 2019-cu ildə isə Aqrar Elm və İnnovasiya Mərkəzində “Elmin təşkili və koordinasiyası” şöbəsinin müdiri, ƏETİ-nin “Bitki seleksiyası” şöbəsində aparıcı elmi işçi vəzifələrində işləyib. 

2014-cü ildən Aqrar Elm və İnnovasiya Mərkəzi Gənc Alim və Mütəxəssislər Şurasının sədri seçilib.

2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə “Seleksiya və toxumçuluq” ixtisası üzrə “dosent” elmi adına layiq görülüb. Hazırda “aqrar elmlər doktoru” elmi dərəcəsi almaq üçün “Müxtəlif aqroekoloji şəraitdə növdaxili hibridləşmədən istifadə etməklə makaron sənayesi üçün bərk buğdanın yeni sortlarının yaradılması” mövzusu üzrə tədqiqat işi aparır.  “Gənc aqrarçı alim və mütəxəssislərə dəstək” ictimai birliyinin sədridir.

2020-ci ildən Əkinçilik ETİ-nin direktorudur. 52-dən artıq elmi məqalənin, 3 modul dərs vəsaitinin, işaxtaran vətəndaşların peşə hazırlığı və əlavə təhsil kurslarına cəlbinin təşkili üçün istixana operatorluğuna aid 16, intensiv bağçılıq üzrə 49 təlim elementinin müəllifidir.  Eyni zamanda həmmüəllifi olduğu 48 müxtəlif bitki sortları (20  yumşaq, 12  bərk buğda, 3 arpa, 1 tritikale, 1 noxud, 3 çəltik, 2 qarğıdalı, 1 at paxlası, 3 amarant, 1 kinoa, 1 maralfalfa) rayonlaşdırılmaq üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə təqdim olunmuş və bunlardan 9 yumşaq və bərk buğda sortları rayonlaşdırılaraq Dövlət Reyestrinə daxil edilib və patentlə mühafizə olunur. 

17 iyul 2023-cü il tarixindən Qərbi Azərbaycan İcmasının Qərbi Azərbaycanın rayon və kəndləri üzrə rayon və kənd icmalarının yaradılması və rayon icmalarına sədr təyinatı haqqında Bakı şəhəri 38 nömrəli 14 iyul 2023-cü il tarixli əmrə əsasən 5 il müddətinə ictimai əsaslarla Qərbi Azərbaycan İcmasının Qərbi Azərbaycanın Paşalı rayon icmasının sədri təyin edilib.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

7-11-2023, 13:38

Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM

Ölkə

10-01-2023, 16:40

Görkəmli alim Əsəd Musayevin yubileyi qeyd olunub

İqtisadiyyat

31-01-2024, 07:26

Sialə Rüstəmova: İnstitut baytarlığın problemlərinin həllinə dair elmi-tədqiqat işləri aparır

Ölkə

16-06-2023, 17:45

“Taxılçılığın elmi əsaslarla inkişaf etdirilməsi: problemlər və perspektivlər” mövzusunda tədbir keçirilib

Ölkə

14-06-2023, 17:37

Buğdanın becərilməsi və optimal sortların bölgə üçün seçilməsinə dair tədbir keçirilib

Ölkə
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu
Məhkəmə ekspertləri ilə bağlı - Yeni qərar
Məhkəmə ekspertləri ilə bağlı - Yeni qərar
Bakının bu küçələrində məhdudiyyət olacaq - Siyahı
Bakının bu küçələrində məhdudiyyət olacaq - Siyahı
Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
Siyasət
Prezidentlə xanımı Cəbrayıla getdi
Bu gün, 12:59
Prezidentlə xanımı Cəbrayıla getdi
Zəngilan Aqroparkı yaradıldı - Fərman
Dünən, 16:00
Zəngilan Aqroparkı yaradıldı - Fərman
“Kipr məsələsində də İlham Əliyevin haqqını vermək lazımdır”
Dünən, 15:21
“Kipr məsələsində də İlham Əliyevin haqqını vermək lazımdır”
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
Dünən, 13:40
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
“Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır”
Dünən, 11:43
“Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır”
Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət
Dünən, 10:20
Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət
Xəbər Lenti
  • Bu gün, 17:47
    Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu
  • Bu gün, 17:18
    Məhkəmə ekspertləri ilə bağlı - Yeni qərar
  • Bu gün, 16:33
    Türkiyədə 8 nəfərin qətlə yetirildiyi dəhşətli cinayətin - Təfərrüatı
  • Bu gün, 16:27
    Zəfər Günü ilə əlaqədar Şəkidə “Qəhrəmanlar Bağı” layihəsi həyata keçirilib
  • Bu gün, 16:14
    Neftçalada “Zəfər Günü”nə həsr olunan ağacəkmə aksiyası keçirilib
  • Bu gün, 15:29
    Bakının bu küçələrində məhdudiyyət olacaq - Siyahı
  • Bu gün, 15:11
    Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
  • Bu gün, 14:54
    Mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq
  • Bu gün, 14:46
    Dövlət qurumlarının informasiya təhlükəsizliyi diaqnostikası bu quruma həvalə edildi
  • Bu gün, 14:28
    Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu - Foto
  • Bu gün, 13:45
    Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
  • Bu gün, 13:41
    İrana hücum üçün mümkün tarix açıqlandı
  • Bu gün, 12:59
    Prezidentlə xanımı Cəbrayıla getdi
  • Bu gün, 11:55
    Yükdaşıma sektoruna sadələşdirilmiş vergi rejimi tətbiq ediləcək
  • Bu gün, 11:46
    Gürcüstanda azərbaycanlı qardaşların öldürüldüyü hadisənin - Təfərrüatı
  • Bu gün, 11:09
    Gömrük nəzarəti və sərhədkeçmə prosesləri ilə bağlı monitorinqlər davam etdirilir
  • Bu gün, 11:01
    Sumqayıtda tuneldəki problemlə bağlı açıqlama - Video
  • Bu gün, 10:59
    Putin və Zelenski arasında mümkün görüşü müzakirə edəcəklər
  • Bu gün, 10:17
    Bu rayonlara qar yağıb
  • Bu gün, 10:05
    Ölüm hökmlərini ömürlük həbslə əvəz etdi
  • Bu gün, 09:43
    Fatmayıda evdə partlayış, 2 nəfər yaralandı
  • Bu gün, 09:22
    Vətən müharibəsinin 41-ci günü: Düşmən geri çəkilməyə məcbur edilir
  • Bu gün, 09:00
    Gecələr ürəyimiz niyə zərərli qidalar istəyir?
  • Dünən, 17:46
    Güclü külək əsir
  • Dünən, 17:17
    DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirilib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə